Trampdan İsrailin Qətərə hücumuna reaksiya: "Nə İsrailin, nə də Amerikanın məqsədinə xidmət etmir"
ABŞ prezidenti Donald Tramp sosial media hesabında İsrailin Qətərin paytaxtı Dohada Həmas danışıqlar qrupuna hücumu ilə bağlı açıqlama verib.
BiG.AZ xarici mediaya istinadən xəbər verir ki, Tramp, "Suveren ölkə və ABŞ-ın yaxın müttəfiqi, sülhə nail olmaq üçün bizimlə bərabər çox çalışan və cəsarətli risklər götürən Qətəri birtərəfli qaydada bombalamaq nə İsrailin, nə də Amerikanın məqsədlərinə xidmət etmir", – deyə bildirib.
O, həmçinin əlavə edib ki, "Bu qərarı mən deyil, baş nazir Netanyahu verib". Trampın sözlərinə görə, hücumdan qısa müddət əvvəl ABŞ ordusu vasitəsilə hadisədən xəbərdar olublar.
BiG.Az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş










