Müəllimlərin vahid geyim forması: nüfuzun qorunması, yoxsa əlavə yük?

Müəllimlərin vahid geyim forması: nüfuzun qorunması, yoxsa əlavə yük?Müəllimlərin vahid geyim formasına keçməsi məsələsi yenidən gündəmə gəlib. Bu qərarın gözlənilən olub-olmadığı və hazırda hansı məktəblərdə tətbiq olunduğu sual doğurur.

Mövzu ilə bağlı BiG.AZ-a açıqlama verən təhsil eksperti Kamran Əsədov bildirib ki, müəllimlərin vahid geyim formasına keçməsi ilə bağlı təhlil göstərir ki, bu məsələ yalnız estetik yanaşma deyil, həm də müəllim nüfuzunun qorunması, şagirdlər qarşısında rol model funksiyasının gücləndirilməsi və məktəb mühitində intizamın artırılması ilə əlaqədardır. Dövlət Statistika Komitəsinin məlumatına görə, hazırda Azərbaycanda 150 mindən çox müəllim fəaliyyət göstərir və bu kütlənin vahid qayda ilə tənzimlənməsi cəmiyyətin təhsil mühitinə yanaşmasında mühüm dəyişikliklər yarada bilər. Azərbaycan Respublikasının "Təhsil haqqında Qanunu"nun 18-ci maddəsində müəllimlərin peşə etikasına riayət etməsi, şagirdlərə nümunə olması, ictimaiyyət qarşısında müəllim nüfuzunu qorumaq öhdəliyi açıq şəkildə göstərilir. Bu müddəa faktiki olaraq geyim mədəniyyətinə də şamil olunur:

"Müsbət tərəfi ondan ibarətdir ki, müəyyən geyim standartlarının tətbiqi müəllimlərin imicini möhkəmləndirə, şagirdlər və valideynlər qarşısında daha peşəkar obraz formalaşdıra bilər. Elm və Təhsil Nazirliyinin son illərdə müəllimlərin peşəkarlığının artırılması, sertifikasiya imtahanlarının keçirilməsi, yeni dərsliklərin tətbiqi və məktəblərin müasir infrastrukturla təmin edilməsi istiqamətində gördüyü işlər fonunda geyim mədəniyyətinə diqqətin artması məntiqli və məqsədyönlü yanaşmadır. Məsələn, 2023-cü ildə keçirilən sertifikasiya imtahanlarında 60 mindən çox müəllim iştirak etmiş və bu proses onların peşəkar səviyyəsini yüksəltməklə yanaşı, ictimaiyyətin müəllim peşəsinə inamını artırmışdır. Geyim qaydaları da bu prosesin davamı kimi müəllim nüfuzuna əlavə dəstək verə bilər.
Müəllimlərin vahid geyim forması: nüfuzun qorunması, yoxsa əlavə yük?Mənfi tərəf isə əlavə maliyyə yükü ilə bağlıdır. Vahid forma tətbiq ediləcəyi təqdirdə, on minlərlə müəllimin eyni geyimi təmin etməsi xərclər tələb edəcək. Əgər bu məsələ dövlət tərəfindən qarşılanmasa, müəllimlər üçün əlavə maliyyə yükü yarana bilər. Həmçinin geyim azadlığı məhdudlaşdırıldıqda müəllimlərin fərdi üslubu itə bilər və bu da müəyyən narazılıq doğura bilər. Amma təcrübə göstərir ki, Avropa ölkələrinin əksəriyyətində vahid müəllim forması tətbiq olunmur, lakin müəllimlər üçün "peşəkar görünüş kodeksi" mövcuddur. Məsələn, Almaniya və Fransada müəllimlər rəsmi və səliqəli geyim tərzinə riayət edirlər, amma dövlət onları vahid formaya məcbur etmir. Yaponiyada isə müəllimlər üçün ciddi geyim qaydaları var və bu, məktəb mühitində intizamın gücləndirilməsinə xidmət edir.

Müqayisə aparsaq, Azərbaycan modeli bu gün daha çox Avropa praktikasına yaxındır, yəni formal geyim məcburiyyəti yoxdur, amma etik normalar tələb olunur. Əgər gələcəkdə vahid geyim məsələsi gündəmə gəlsə, bu, yalnız pedaqoji etikaya uyğun standartların müəyyənləşdirilməsi və tövsiyə xarakterli qaydaların tətbiqi formasında daha səmərəli olar. Nazirliyin müsbət tərəfi ondadır ki, hazırda bu məsələni tələsik qərarla deyil, geniş ictimai müzakirə ilə yanaşır və əsas diqqəti tədrisin məzmununa yönəldir.

Dəyişəcək olan cəmiyyətin müəllimdən gözləntiləridir. Müəllimlərin yalnız bilik verən deyil, həm də nümunə göstərən sima kimi qəbul olunması, onların görünüşündə intizam və peşəkarlığın önə çəkilməsi artıq təhsil ictimaiyyətində əsas tendensiyaya çevrilir. Dəyişməli olan isə konkret forma tətbiqi deyil, müəllimlərin geyim mədəniyyətinə dair etik kodeksin hazırlanmasıdır. Əgər bu kodeks qəbul olunsa, müəllimlər həm fərdi azadlıqlarını qoruyar, həm də cəmiyyətin pedaqoji gözləntilərinə cavab verərlər. Elm və Təhsil Nazirliyinin bu sahədə diqqəti və islahat yönümlü yanaşması təqdir edilməlidir, çünki bu, yalnız müəllimlərin deyil, ümumi təhsil mühitinin nüfuzunu artıran vacib addımdır".


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 1026   Tarix: 10 sentyabr 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

İlham Əliyev MDB-nin iştirakçı ölkələrinin milli stendləri ilə tanış olub - Fotolar

Oktyabrın 9-da Azərbaycan Prezidenti İlham Əliyev və MDB Dövlət Başçıları Şurasının iclasında iştirak edən digər dövlət və hökumət başçıları "Avaza" Kompleksində iştirakçı ölkələrin milli stendləri ilə tanış olublar. "Qafqazinfo" xəbər verir ki, Azərbaycan stendində milli incəsənətimiz

13:49 0
.

Azərbaycan və Mərkəzi Asiya: Strateji tərəfdaşlığın yeni perspektivləri

"Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə münasibətləri yüksək səviyyədə inkişaf edir. Türkmənlər Azərbaycanın dil və soy baxımından yaxın xalqlarındandır. Tarixi və siyasi əlaqələrimizin kökləri olduqca möhkəmdir. Türkmənistan ortaq layihələrin həyata keçirilməsində hər zaman maraqlı olub və b

12:18 132
.

Süni intellekt xəstələrə dərman təyin etməyə başladı

ABŞ-nin Yuta ştatında xəstələrə həkim müayinəsi olmadan süni intellekt vasitəsilə dərman təyin edilməsinə imkan verən pilot proqramın icrasına başlanılıb. "Qafqazinfo"nun xəbərinə görə, "Nolla Health" şirkətinin hazırladığı "Nolla Derm" tətbiqi 18 yaşdan yuxarı sakinlər

08.10.2026 260
.

Cəbrayıldakı mina partlayışları ilə bağlı - XİN-dən açıqlama

"Bu gün Cəbrayıl rayonunda ata və oğul mina partlayışı nəticəsində ağır xəsarət alıb. Bu insidentlə 2020-ci il müharibəsi başa çatandan sonra Azərbaycanda mina qurbanlarının sayı 443-ə çatıb". "Qafqazinfo" xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyinin "X" hesabınd

08.10.2026 326
.

Türkmənistanda mühüm sammit: İlham Əliyevin çıxışı Azərbaycanın Mərkəzi Asiyada artan rolunu bir daha ortaya qoydu

İlham Əliyev Türkmənistanda Mərkəzi Asiya Dövlət Başçıları ilə görüşdə çıxış edib. Xəbər verdiyimiz kimi, oktyabrın 8-də Türkmənistanın Türkmənbaşı şəhərində Azərbaycan Respublikası və Mərkəzi Asiya Dövlət Başçılarının 8-ci Məşvərət görüşü keçirilib. Azərbaycan Prezidenti İlham Əliyev görüşdə çıxış edərə

08.10.2026 235
.

"Laçınla bağlı qərarı dəstəklədiklərinə görə minnətdarlığımı bildirirəm" - Yenilənib

"Bu il Müstəqil Dövlətlər Birliyi 35 illiyini qeyd edir". "Qafqazinfo" xəbər verir ki, bu barədə Prezident İlham Əliyev MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclasında çıxışı zamanı bildirib. "Son illər ərzində MDB siyasi dialoqun aparılması, qarşılıqlı faydalı əməkdaşlığı

11:00 134
.

Türkmənbaşıda Azərbaycan və Mərkəzi Asiya liderlərinin görüşündən sonra ziyafət təşkil olunub - VİDEO

Türkmənistanın Türkmənbaşı şəhərində Azərbaycan və Mərkəzi Asiya Dövlət başçılarının 8-ci Məşvərət görüşündən sonra konsert proqramı təşkil olunub. Dövlət başçıları və tədbir iştirakçıları üçün təqdim olunan konsert proqramında müxtəlif musiqi və səhnə nümunələri nümayiş etdirilib. Konsert proqramında

08.10.2026 330
.

Prezidentin Türkmənistan səfərindən - Görüntülər - Video

Prezident İlham Əliyevin sosial media hesablarında Türkmənistana işgüzar səfəri ilə bağlı videoçarx paylaşılıb. Həmin paylaşımı təqdim edirik:

08.10.2026 273
.

Paşinyandan Zeynəb Həsənovanın mahnısı ilə paylaşım

Ermənistanın baş naziri Nikol Paşinyan Azərbaycan müğənnisi Zeynəb Həsənovanın mahnısının müşayiəti ilə video paylaşıb. xəbər verir ki, Paşinyan videonu özünün Telegram kanalında yayımlayıb. Kadrlarda MDB sammitində iştirak etmək üçün səfər etdiyi Türkmənistanda, musiqi sədaları altında hərəkət edə

11:07 216
.