Vaşinqton razılaşması – Azərbaycanın diplomatik uğuru və Cənubi Qafqazda yeni mərhələ

Vaşinqton razılaşması – Azərbaycanın diplomatik uğuru və Cənubi Qafqazda yeni mərhələAzərbaycan və Ermənistan liderlərinin Vaşinqtonda, ABŞ prezidenti Donald Trampın iştirakı ilə parafladıqları sənəd Cənubi Qafqaz tarixində dönüş nöqtəsi kimi qiymətləndirilir. Prezident İlham Əliyevin "Əl-Ərəbiyyə" telekanalına müsahibəsində səsləndirdiyi fikirlər də göstərir ki, söhbət sadəcə diplomatik anlaşmadan yox, 30 ildən artıq davam edən münaqişənin rəsmi olaraq başa çatmasından gedir. Bu səbəbdən sənədin əhəmiyyəti yalnız Bakı və İrəvanla məhdudlaşmır, həm regional, həm də beynəlxalq miqyasda ciddi maraq doğurur.

Mövzu ilə bağlı BiG.AZ-a açıqlama verən politoloq Tural İsmayılov bildirib ki, Vaşinqton razılaşması Azərbaycanın diplomatik uğurlarından biri kimi qiymətləndirilməlidir. Onun sözlərinə görə, sənəd Qarabağ müharibəsindən sonra yaranmış yeni reallıqları beynəlxalq müstəvidə daha da möhkəmləndirir və göstərir ki, Azərbaycan yalnız region daxilində deyil, qlobal güclərin vasitəçiliyi ilə də öz mövqeyini qəbul etdirə bilir:
Vaşinqton razılaşması – Azərbaycanın diplomatik uğuru və Cənubi Qafqazda yeni mərhələ"Razılaşma ABŞ kimi supergücün vasitəçiliyini təmin etməklə Azərbaycanın beynəlxalq nüfuzunu daha da artırır. Bu, həm də Bakının Qərb platformalarında fəal oyunçuya çevrilməsinin göstəricisidir. Azərbaycanın əldə etdiyi razılaşma regional sabitlik üçün yeni mexanizmlər yaradır."

Ekspert əlavə edib ki, Vaşinqton razılaşması Azərbaycanın praqmatik və balanslı xarici siyasət kursunu nümayiş etdirir. Bu yanaşma həm region dövlətləri, həm də böyük güclərlə əməkdaşlığın güclənməsinə xidmət edir.

Sənəd həmçinin Ermənistanla münasibətlərdə yeni səhifə açmaq imkanı yaradır. İsmayılovun sözlərinə görə, Azərbaycan müharibədə qalib gəlməsinə baxmayaraq, konstruktiv addımlar atmağa hazır olduğunu göstərir ki, bu da ölkəni region xalqları və beynəlxalq ictimaiyyət qarşısında məsuliyyətli tərəfdaş kimi təqdim edir.

"Vaşinqton razılaşması Azərbaycanın diplomatik çevikliyinin, güclənmiş siyasi çəkisinin və qlobal oyunçularla bərabərhüquqlu tərəfdaşlığının bariz nümunəsi hesab edilməlidir," – deyə politoloq vurğulayıb.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 784   Tarix: 10 sentyabr 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

İlham Əliyev MDB-nin iştirakçı ölkələrinin milli stendləri ilə tanış olub - Fotolar

Oktyabrın 9-da Azərbaycan Prezidenti İlham Əliyev və MDB Dövlət Başçıları Şurasının iclasında iştirak edən digər dövlət və hökumət başçıları "Avaza" Kompleksində iştirakçı ölkələrin milli stendləri ilə tanış olublar. "Qafqazinfo" xəbər verir ki, Azərbaycan stendində milli incəsənətimiz

13:49 0
.

Azərbaycan və Mərkəzi Asiya: Strateji tərəfdaşlığın yeni perspektivləri

"Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə münasibətləri yüksək səviyyədə inkişaf edir. Türkmənlər Azərbaycanın dil və soy baxımından yaxın xalqlarındandır. Tarixi və siyasi əlaqələrimizin kökləri olduqca möhkəmdir. Türkmənistan ortaq layihələrin həyata keçirilməsində hər zaman maraqlı olub və b

12:18 132
.

Süni intellekt xəstələrə dərman təyin etməyə başladı

ABŞ-nin Yuta ştatında xəstələrə həkim müayinəsi olmadan süni intellekt vasitəsilə dərman təyin edilməsinə imkan verən pilot proqramın icrasına başlanılıb. "Qafqazinfo"nun xəbərinə görə, "Nolla Health" şirkətinin hazırladığı "Nolla Derm" tətbiqi 18 yaşdan yuxarı sakinlər

08.10.2026 260
.

Cəbrayıldakı mina partlayışları ilə bağlı - XİN-dən açıqlama

"Bu gün Cəbrayıl rayonunda ata və oğul mina partlayışı nəticəsində ağır xəsarət alıb. Bu insidentlə 2020-ci il müharibəsi başa çatandan sonra Azərbaycanda mina qurbanlarının sayı 443-ə çatıb". "Qafqazinfo" xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyinin "X" hesabınd

08.10.2026 326
.

Türkmənistanda mühüm sammit: İlham Əliyevin çıxışı Azərbaycanın Mərkəzi Asiyada artan rolunu bir daha ortaya qoydu

İlham Əliyev Türkmənistanda Mərkəzi Asiya Dövlət Başçıları ilə görüşdə çıxış edib. Xəbər verdiyimiz kimi, oktyabrın 8-də Türkmənistanın Türkmənbaşı şəhərində Azərbaycan Respublikası və Mərkəzi Asiya Dövlət Başçılarının 8-ci Məşvərət görüşü keçirilib. Azərbaycan Prezidenti İlham Əliyev görüşdə çıxış edərə

08.10.2026 235
.

"Laçınla bağlı qərarı dəstəklədiklərinə görə minnətdarlığımı bildirirəm" - Yenilənib

"Bu il Müstəqil Dövlətlər Birliyi 35 illiyini qeyd edir". "Qafqazinfo" xəbər verir ki, bu barədə Prezident İlham Əliyev MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclasında çıxışı zamanı bildirib. "Son illər ərzində MDB siyasi dialoqun aparılması, qarşılıqlı faydalı əməkdaşlığı

11:00 134
.

Türkmənbaşıda Azərbaycan və Mərkəzi Asiya liderlərinin görüşündən sonra ziyafət təşkil olunub - VİDEO

Türkmənistanın Türkmənbaşı şəhərində Azərbaycan və Mərkəzi Asiya Dövlət başçılarının 8-ci Məşvərət görüşündən sonra konsert proqramı təşkil olunub. Dövlət başçıları və tədbir iştirakçıları üçün təqdim olunan konsert proqramında müxtəlif musiqi və səhnə nümunələri nümayiş etdirilib. Konsert proqramında

08.10.2026 330
.

Prezidentin Türkmənistan səfərindən - Görüntülər - Video

Prezident İlham Əliyevin sosial media hesablarında Türkmənistana işgüzar səfəri ilə bağlı videoçarx paylaşılıb. Həmin paylaşımı təqdim edirik:

08.10.2026 273
.

Paşinyandan Zeynəb Həsənovanın mahnısı ilə paylaşım

Ermənistanın baş naziri Nikol Paşinyan Azərbaycan müğənnisi Zeynəb Həsənovanın mahnısının müşayiəti ilə video paylaşıb. xəbər verir ki, Paşinyan videonu özünün Telegram kanalında yayımlayıb. Kadrlarda MDB sammitində iştirak etmək üçün səfər etdiyi Türkmənistanda, musiqi sədaları altında hərəkət edə

11:07 216
.