Qumar mafiyasının 20 milyonluq sərvəti - Evlər, obyektlər, lüks avtomobillər…

Qumar mafiyasının 20 milyonluq sərvəti - Evlər, obyektlər, lüks avtomobillər…Kiberpolisin qumar mafiyasına qarşı keçirdiyi ən böyük əməliyyatlardan birinin istintaqı tamamlanıb.

"Qafqazinfo"nun əldə etdiyi məlumata görə, araşdırma nəticəsində dəstə üzvlərinin hamısının Ağcabədinin Hacıbədəlli kənd sakinləri olduqları müəyyənləşib.

Onların 20 milyon manatlıq sərvətə yiyələndiyi üzə çıxıb.

Dəstəyə 26 yaşlı Elmidar İsmayılzadə başçılıq edib. Onunla birgə atası Eldəniz və qardaşı Elvin İsmayılzadə, həmçinin daha 8 nəfər – Elmin Quliyev, İntiqam Rüstəmov, Şəmil və Zamiq Məhərrəmlilər, Elnur Nağıyev, Nemət Qurbanov, Cavid Əsədov və Bəxtiyar Tağıyev cinayət məsuliyyətinə cəlb olunub. Onlardan yalnız biri istintaq müddətində azadlıqdadır.

Qumar mafiyasının 20 milyonluq sərvəti - Evlər, obyektlər, lüks avtomobillər…Bu qumar şəbəkəsi Daxili İşlər Nazirliyinin (DİN) Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsi tərəfindən keçirilən əməliyyatla çökdürülüb. İstintaq materiallarına görə, şəbəkə internet üzərindən təşkil etdiyi qumar oyunlarından 5 il ərzində 13 milyon manata yaxın gəlir əldə edib. Həmin pullar cinayətdən xəbərsiz şəxslərin adına alınan minlərlə bank kartı vasitəsilə leqallaşdırılıb.

Cinayət yolu ilə əldə edilən gəlir hesabına dəstə üzvləri əsasən yaxınlarının adına milyonluq əmlaklar rəsmiləşdiriblər. Cinayət işində ən diqqətçəkən hissə də həmin əmlakların siyahısıdır.

Faktiki olaraq dəstə başçısı Elmidar İsmayılzadə və atası ilə qardaşına məxsus olan əmlakların ümumi dəyəri 20 milyon manatdan artıqdır:

- Ağcabədinin Hacıbədəlli kəndində 129, 89029 hektar torpaq sahəsi - Orta bazar dəyəri 17 milyon 859 min manat;

- "Range Rover", "Lexus LX 570", "Mersedes Benz G63", "Kia", "Ford Mustang minik", "Kia Forte" markalı avtomobillər - Orta bazar dəyəri 1 milyon 300 min manat;

- Bakının mərkəzində onlarla mənzil - Orta bazar dəyəri 1 milyon 500 min manatdan artıq;

- Paytaxt və Ağcabədi rayonunda bağ evləri - Orta bazar dəyəri 1 milyon 300 min manatdan artıq;

- Obyektlər - orta bazar dəyəri 1 milyon 500 min manata yaxın.

Qumar mafiyasının 20 milyonluq sərvəti - Evlər, obyektlər, lüks avtomobillər…Bunlardan əlavə, siyahıya dəyəri dəqiqləşdirilməmiş mülklər də daxildir.

İşdə adı keçən əsas fiqur Elmidar İsmayılovun vəkili Orxan Zeynalov deyib ki, istintaq materialları artıq Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. İşi Hüseyn Hüseynlinin sədrlik etdiyi hakimlər araşdıracaq. Müdafiə tərəfi hesab edir ki, onların təqdim etdikləri sübutlar işin gedişatını dəyişə bilər. Əks halda ittihamlar təsdiqlənərsə, dəstə üzvlərini 10 ildən çox həbs cəzası gözləyir.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 1035   Tarix: 10 sentyabr 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

İlham Əliyev MDB-nin iştirakçı ölkələrinin milli stendləri ilə tanış olub - Fotolar

Oktyabrın 9-da Azərbaycan Prezidenti İlham Əliyev və MDB Dövlət Başçıları Şurasının iclasında iştirak edən digər dövlət və hökumət başçıları "Avaza" Kompleksində iştirakçı ölkələrin milli stendləri ilə tanış olublar. "Qafqazinfo" xəbər verir ki, Azərbaycan stendində milli incəsənətimiz

13:49 0
.

Azərbaycan və Mərkəzi Asiya: Strateji tərəfdaşlığın yeni perspektivləri

"Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə münasibətləri yüksək səviyyədə inkişaf edir. Türkmənlər Azərbaycanın dil və soy baxımından yaxın xalqlarındandır. Tarixi və siyasi əlaqələrimizin kökləri olduqca möhkəmdir. Türkmənistan ortaq layihələrin həyata keçirilməsində hər zaman maraqlı olub və b

12:18 132
.

Süni intellekt xəstələrə dərman təyin etməyə başladı

ABŞ-nin Yuta ştatında xəstələrə həkim müayinəsi olmadan süni intellekt vasitəsilə dərman təyin edilməsinə imkan verən pilot proqramın icrasına başlanılıb. "Qafqazinfo"nun xəbərinə görə, "Nolla Health" şirkətinin hazırladığı "Nolla Derm" tətbiqi 18 yaşdan yuxarı sakinlər

08.10.2026 260
.

Cəbrayıldakı mina partlayışları ilə bağlı - XİN-dən açıqlama

"Bu gün Cəbrayıl rayonunda ata və oğul mina partlayışı nəticəsində ağır xəsarət alıb. Bu insidentlə 2020-ci il müharibəsi başa çatandan sonra Azərbaycanda mina qurbanlarının sayı 443-ə çatıb". "Qafqazinfo" xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyinin "X" hesabınd

08.10.2026 326
.

Türkmənistanda mühüm sammit: İlham Əliyevin çıxışı Azərbaycanın Mərkəzi Asiyada artan rolunu bir daha ortaya qoydu

İlham Əliyev Türkmənistanda Mərkəzi Asiya Dövlət Başçıları ilə görüşdə çıxış edib. Xəbər verdiyimiz kimi, oktyabrın 8-də Türkmənistanın Türkmənbaşı şəhərində Azərbaycan Respublikası və Mərkəzi Asiya Dövlət Başçılarının 8-ci Məşvərət görüşü keçirilib. Azərbaycan Prezidenti İlham Əliyev görüşdə çıxış edərə

08.10.2026 235
.

"Laçınla bağlı qərarı dəstəklədiklərinə görə minnətdarlığımı bildirirəm" - Yenilənib

"Bu il Müstəqil Dövlətlər Birliyi 35 illiyini qeyd edir". "Qafqazinfo" xəbər verir ki, bu barədə Prezident İlham Əliyev MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclasında çıxışı zamanı bildirib. "Son illər ərzində MDB siyasi dialoqun aparılması, qarşılıqlı faydalı əməkdaşlığı

11:00 134
.

Türkmənbaşıda Azərbaycan və Mərkəzi Asiya liderlərinin görüşündən sonra ziyafət təşkil olunub - VİDEO

Türkmənistanın Türkmənbaşı şəhərində Azərbaycan və Mərkəzi Asiya Dövlət başçılarının 8-ci Məşvərət görüşündən sonra konsert proqramı təşkil olunub. Dövlət başçıları və tədbir iştirakçıları üçün təqdim olunan konsert proqramında müxtəlif musiqi və səhnə nümunələri nümayiş etdirilib. Konsert proqramında

08.10.2026 330
.

Prezidentin Türkmənistan səfərindən - Görüntülər - Video

Prezident İlham Əliyevin sosial media hesablarında Türkmənistana işgüzar səfəri ilə bağlı videoçarx paylaşılıb. Həmin paylaşımı təqdim edirik:

08.10.2026 273
.

Paşinyandan Zeynəb Həsənovanın mahnısı ilə paylaşım

Ermənistanın baş naziri Nikol Paşinyan Azərbaycan müğənnisi Zeynəb Həsənovanın mahnısının müşayiəti ilə video paylaşıb. xəbər verir ki, Paşinyan videonu özünün Telegram kanalında yayımlayıb. Kadrlarda MDB sammitində iştirak etmək üçün səfər etdiyi Türkmənistanda, musiqi sədaları altında hərəkət edə

11:07 216
.