Məşhur aktyor Tahir İsmayılovun nəvəsi dünyaya gəldi
Azərbaycan Dövlət Milli Gənc Tamaşaçılar Teatrının aktyoru Tahir İsmayılovun nəvəsi dünyaya gəlib.
BiG.AZ xəbər verir ki, aktyorun qızı Aybəniz İsmayılovanın (Haşımova) ötən ilin aprelində toy mərasimi baş tutub. Dünən isə Aybənizin oğlu dünyaya gəlib.
27 ildir teatr fəaliyyəti ilə məşğul olan Tahir İsmayılov bu xoşbəxt anı bizimlə bölüşüb:
"Aybəniz mənim ikinci qızımdır. Bu xoşbəxtliyi mənə yaşatdığı üçün ona təşəkkür edirəm. Allah arzusunda olanlara nəsib etsin. İnşallah böyük qızımın da toy mərasimi yaxın günlərdə olacaq. Sevincimizi bizimlə bölüşən hər kəsə təşəkkür edirəm," – deyə aktyor bildirib.



BiG.Az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş










