Dünya çempionu Nəriman Cavadzadədən hava limanında "kontrabanda" aşkarlandı
Azərbaycan Kunq-Fu Federasiyasının peşəkarlardan ibarət yığma komandasının baş məşqçisi Nəriman Cavadzadəyə cinayət işi açılıb.
BiG.AZ "Qaynarinfo"ya istinadən xəbər verir ki, 1990-cı ildə Ağsu şəhərində anadan olmuş Nəriman Cavadzadə barəsində iltizam növündə qətimkan tədbiri seçilib.
Onun Cinayət Məcəlləsinin 213-1.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmədə baxılıb.
Məlum olub ki, Nəriman Cavadzadə Əbu-Dabi-Bakı aviareysi ilə Azərbaycana gəldiyi zaman çamadanına keçirilmiş gömrük baxışı zamanı 1 640 manat dəyərində siqaret və elektron siqaretlər aşkarlanıb.
Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Nəriman Cavadzadə irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilməyərək deyib ki, idmançıdır və yığma komandanın baş məşqçisi işləyir. Üzərində 5 ədəd telefon və bir çanta olub. Əşyaları da çantanın içərisinə yerləşdirib. O, 2018-ci ildən gömrük orqanlarında xidmətə başladığını, 2024-cü ilin yanvar ayında öz ərizəsi ilə vəzifədən azad olunduğunu deyib. İdmançı gömrük orqanlarında sonuncu dəfə Dövlət Gömrük Komitəsinin Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin Sərnişin şöbəsində inzibatçı vəzifəsində çalışıb. Onun fikrincə, bu ittiham ona qarşı qərəzin nəticəsidir.
Məhkəmənin qərarı ilə baş məşqçi bir il müddətinə aksiz markası ilə markalanmalı olan məhsulların satış fəaliyyəti ilə məşğul olma hüququndan məhrum edilməklə, 2000 manat cərimə edilib.
Çamadanında aşkar edilən 50 qutu "Vozol Vista 20000" markalı elektron siqaret və 18 qutu "Parliament platinum" markalı siqaret dövlət nəfinə müsadirə olunub.
Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılıb.
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 603 Tarix: 10 sentyabr 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Bu ətləri qətiyyən almaq olmaz - Ekspertdən XƏBƏRDARLIQ
"Hansı ölkədən idxal olunmasından asılı olmayaraq bütün ətlər sərhədi keçəndə aidiyyəti qurum tərəfindən həm qida təhlükəsizliyi qaydalarına uyğun şəkildə nəzarət, həm də risk əsaslı laborator analizlər aparılmalıdır. Bu məhsullar satış mərkəzlərinə soyuq qida zəncirində gətirilməlidir, temperatu
20.12.2025 319 Rusiya Arktikada ABŞ ilə əməkdaşlığa hazırlaşır
Rusiya Arktikada ABŞ ilə əməkdaşlığa hazırlıq görür. "Report" xəbər verir ki, bu barədə Rusiya Prezidentinin xüsusi nümayəndəsi, Rusiya Birbaşa İnvestisiyalar Fondunun baş direktoru Kirill Dmitriyev bildirib. "ABŞ ilə Arktikada əməkdaşlığa hazırlaşırıq", - o, "X" sosia
15:00 0 "Killer" tutub valideynlərini öldürtdü: mirasa görə
ABŞ-ın Nyu-Meksiko ştatında miras məqsədilə törədilmiş amansız qətldə ittiham olunan iki gənc saxlanılıb. xarici mediaya istinadla bildirir ki, 19 yaşlı Darren Munyos 58 yaşlı atası Oskar Munyosu və 71 yaşlı ögey anası Dinanı öldürmək üçün 18 yaşlı dostu Xulio Zamoranı muzdla tutmaqda şübhəli bilinir
12:10 121 Sabah hava necə olacaq? - PROQNOZ
Azərbaycanda dekabrın 22-nə olan hava proqnozu açıqlanıb. BİG.AZ xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bakıda və Abşeron yarımadasında hava şəraiti dəyişkən buludlu olacaq, əsasən yağmursuz keçəcək. Lakin 21-dən 22-nə keçən gecə bəzi yerlərdə yağış yağacağı gözlənilir
13:01 92 ABŞ-də Rusiya səfirliyinin qarşısındakı "casus evi" satışa çıxarılıb
Vaşinqtonda Rusiya səfirliyinin qarşısında yerləşən ev 3.85 milyon dollara satışa çıxarılıb. xəbər verir ki, bu barədə yazan "The Washington Post" nəşri həmin villanı "casus evi" adlandırıb. Məlumata görə, həmin ev 1935-ci ildə inşa edilib və uzun illər italyalı miqrant ailəsi v
13:40 21 Azərbaycan piy və yağ ixracını 1 %-dən çox artırıb
Bu ilin yanvar-noyabr aylarında Azərbaycan 25 milyon 991,02 min ABŞ dolları dəyərində 16 min 123,66 ton bitki və heyvan mənşəli piylər və yağlar ixrac edib. "Report" Dövlət Gömrük Komitəsinin statistikasına istinadən xəbər verir ki, ötən ilin eyni dövrü ilə müqayisədə ixrac edilən məhsulu
20.12.2025 205 Saxta sürücülük vəsiqəsi istifadə edən şəxs CƏZALANDIRILIB
Saxta sürücülük vəsiqəsindən istifadə etməkdə təqsirləndirilən Rusiya vətəndaşı barəsində hökm çıxarılıb. -a istinadla xəbər verir ki, 1990-cı il təvəllüdlü Rusiya Federasiyasının vətəndaşı - Emil Şərəfxan oğlu İsmayılov Cinayət Məcəlləsinin 320.2-ci maddəsi ilə (saxta sənəddən istifadə) ittiham olunub
20.12.2025 225 Şabranda qadın evinin həyətində ölü tapıldı
Şabran şəhərində qadın yaşadığı evin həyətində ölü halda tapılıb. BİG.AZ -a istinadla xəbər verir ki, hadisə şəhər ərazisində baş verib. 49 yaşlı Sahibə Xankərəm qızı Əliyevanın meyiti yaşadığı evin həyətində ailə üzvləri tərəfindən aşkar edilib. Onun ölüm səbəbi hələlik məlum deyil. Faktla bağlı araşdırm
11:00 131 Qəbiristanlıqda huşsuz vəziyyətdə tapılan kişi xəstəxanada öldü
Qaxda qəbiristanlıqda huşsuz vəziyyətdə tapılan kişi xəstəxanada ölüb. xəbər verir ki, Qax şəhərindəki qəbiristanlıqda 1981-ci il təvəllüdlü Ruslan Məmmədov huşsuz vəziyyətdə tapılıb. O, təcili tibbi yardım maşını ilə Qax Rayon Mərkəzi Xəstəxanasına aparılıb, amma həyatını xilas etmək mümkün olmayıb
15:30 0