Tovuzda avtomobillər toqquşaraq körpüdən AŞDI: Yaralılar var
Tovuzda ağır yol-nəqliyyat hadisəsi olub.
Oxu.Az xəbər verir ki, qəza rayonun Əlimərdanlı kəndi ərazisində baş verib.
Belə ki, "Toyota Prius" avtomobili "Opel" markalı avtomobillə toqquşub.
Qəza zamanı 1989-cu il təvəllüdlü Zaur Mehdiyev və 2002-ci il təvəllüdlü Ağası Məmmədov müxtəlif bədən xəsarətləri alıblar.
Yaralılar Tovuz Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Vəziyyətləri orta ağırdır.
Qeyd olunub ki, xəsarət alanlar taksi fəaliyyəti göstəriblər.
Faktla bağlı araşdırma başlanılıb.
BiG.Az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş










