Bağçada dayə tərəfindən uşağa təzyiq göstərilməsi iddiaları TƏSDİQLƏNMƏDİ
"Barama" adlı uşaq bağçasında dayə tərəfindən azyaşlının fiziki təzyiqə məruz qalması iddiaları polis əməkdaşları tərəfindən araşdırılıb.
DİN-in Mətbuat Xidmətinin əməkdaşı polis leytenantı Elbrus İbrahimov BAKU.WS-ə bildirib ki, polisə daxil olan məlumat əsasında təhqiqat qrupu adıçəkilən bağçada olub. Videogörüntülərə baxılaraq hadisə şahidlərinin, eləcə də digər şəxslərin izahatları alınıb. Toplanmış materiallar üzrə azyaşlının dayə tərəfindən döyülmədiyi müəyyən edilib. Həmçinin o da məlum olub ki, azyaşlının boğaz nahiyəsindəki xəsarətin izi digər həmyaşıdı ilə mübahisə edərkən baş verib. Dayə azyaşlılar arasında olan mübahisəni gördükdə isə onları ayırmağa çalışıb. İddialar üzrə aparılan araşdırmanın nəticəsində dayənin azyaşlıya qarşı fiziki zor tətbiq etməsi halı təsdiqini tapmayıb.
.
09:01
Bakının Nəsimi rayonunda yerləşən "Barama" adlı uşaq bağçasında azyaşlının şiddətə məruz qalması ilə bağlı Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb.
DİN-in Mətbuat Xidmətinin əməkdaşı Elbrus İbrahimov BAKU.WS-ə bildirib ki, sentyabr ayının 2-də Bakının Nəsimi rayonunda yerləşən bağçaların birində uşağa qarşı kobud rəftar edilməsi ilə bağlı polisə məlumat daxil olub:
"Məsələ ilə bağlı ərazi üzrə polis orqanında təhqiqat araşdırması aparılır".
*10.09.2025, 23:00
Bakının Nəsimi rayonunda yerləşən uşaq bağçasında dayə uşaqlardan birinə qarşı pis rəftar edib.
Bu barədə uşağın valideyni Aysel Gheibi Mokarrami BAKU.WS-in "qaynar xətti"nə şikayət edib.
Onun sözlərinə görə, Hüseyinbala Əliyev 21A ünvanında yerləşən "Barama" adlı uşaq bağçasında övladı A.G.M. Fatimə adlı dayə tərəfindən şiddətə məruz qalıb.
"Dayə uşağın boğazından tutub və qaldırıb. Uşağın boğazında və qollarında çızıq izləri var. Bu barədə hüquq-mühafizə orqanlarına bildirmişik. Ekspert rəyini isə bu gün hazır ediblər. İstəyirəm ki, övladıma bunu edən cəzalandırılsın", - deyə Aysel Gheibi Mokarrami bildirib.
Hadisənin görüntülərini təqdim edirik:

BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 1118 Tarix: 11 sentyabr 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş"Laçınla bağlı qərarı dəstəklədiklərinə görə minnətdarlığımı bildirirəm" - Yenilənib
"Bu il Müstəqil Dövlətlər Birliyi 35 illiyini qeyd edir". "Qafqazinfo" xəbər verir ki, bu barədə Prezident İlham Əliyev MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclasında çıxışı zamanı bildirib. "Son illər ərzində MDB siyasi dialoqun aparılması, qarşılıqlı faydalı əməkdaşlığı
11:00 122 "Onlar xalqlar arasında möhkəm dostluq körpüsü rolunu oynayır"
"Üçüncü MDB Oyunlarının Azərbaycanda uğurla keçirilməsi bütün Birlik üçün əlamətdar idman hadisəsinə çevrildi". "Qafqazinfo" xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclasında çıxışı zamanı bildirib. Dövlət başçısı qeyd edi
12:43 0 İsraildə yüksək kirayə qiymətləri rusiyalı ailəni çətin vəziyyətə saldı
Rusiyalı səyahət bloqçusu İsrailə köçdükdən sonra vətəninə qayıdan həmyerlisi ilə söhbət edib. Həmsöhbəti İsraildə yaşadığı müddətdə yerli həyat tərzinə tam uyğunlaşa bilmədiyini və qarşılaşdığı çətinlikləri bölüşüb. xəbər verir ki, müəllif müşahidələrini Zen platformasında "Like Travel Travel"
11:15 146 Prezident MDB Dövlət Başçıları Şurasının geniş tərkibdə iclasında iştirak edir
Türkmənistanın Türkmənbaşı şəhərində MDB Dövlət Başçıları Şurasının geniş tərkibdə iclası keçirilir. "Qafqazinfo" xəbər verir ki, Azərbaycan Prezidenti İlham Əliyev tədbirdə iştirak edir
12:28 58 Şəkərbura, paxlava bəzək verir Türkmənbaşına... - Fotolar
Oktyabrın 8-də Azərbaycan Prezidenti İlham Əliyev Türkmənbaşı şəhərində keçirilən MDB Ölkələrinin Milli Kulinariya Festivalı ilə tanış olub. "Qafqazinfo" xəbər verir ki, MDB Ölkələrinin Milli Kulinariya Festivalı Türkmənistanın 2026-cı ildə bu quruma sədrliyi ilə bağlı təşkil etdiyi tədbirlə
08.10.2026 279 İnsanların ömür uzunluğu azalıb - SƏBƏBLƏR
2011-ci ildən etibarən Avropada gözlənilən ömür uzunluğunun artım tempi nəzərəçarpacaq dərəcədə zəifləyib. xarici mediaya istinadən xəbər verir ki, araşdırmalar bunun əsas səbəblərinin düzgün olmayan qidalanma, fiziki aktivliyin azlığı, piylənmə və COVID-19 pandemiyasının nəticələri ilə bağlı olduğun
08.10.2026 249 İlham Əliyev iclasda iştirak etmək üçün "Avaza" Kompleksinə getdi - Fotolar
Bu gün Azərbaycan Prezidenti İlham Əliyev Türkmənbaşı şəhərində keçirilən MDB Dövlət Başçıları Şurasının iclasında iştirak etmək üçün "Avaza" Kompleksinə gedib. "Qafqazinfo" xəbər verir ki, Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədov Azərbaycan Prezidenti İlham Əliyevi qarşılayıb
10:05 116 Can Yaman dəyişdi
Karyerasını bir müddətdir xaricdə davam etdirən türkiyəli aktyor Can Yaman görünüşündə dəyişiklik edib. Axşam.az xəbər verir ki, aktyor uzun saqqallarını kəsərək yeni görünüşünü paylaşıb. Qeyd edək ki, Can Türkiyədə son olaraq "Bay yanlış" serialında rol alıb. Ekran işinin çəkilişləri 2020-c
08.10.2026 351 Gündüz İsmayılov: Gənclərin milli-mənəvi dəyərlər ruhunda tərbiyəsi aktual məsələlərdəndir
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılov gənclərin milli-mənəvi dəyərlər ruhunda tərbiyəsinin, dini maarifləndirmənin və bu sahədə aidiyyəti qurumların fəaliyyətinin əlaqələndirilməsinin vacibliyini vurğulayıb. BİG.AZ xəbər verir ki, o, "Gənc nəslin milli-mənəvi dəyərlə
10:46 134