Eks-sevgilisindən Hidayətə ittihamlar - "550 min pulumu ələ keçirib, məni dəfələrlə döyüb"

Eks-sevgilisindən Hidayətə ittihamlar - "550 min pulumu ələ keçirib, məni dəfələrlə döyüb"İş adamı Ş.Yunusova tanınmış fitnesçi, 1994-cü il təvəllüdlü Hidayət Məhərrəmlinin ona qarşı dələduzluq etdiyini, yarım milyondan çox pulunu ələ keçirdiyini deyir.

"Qafqazinfo"ya müraciət edən 36 yaşlı xanım biznesmen H.Məhərrəmli ilə əvvəllər sevgi münasibətində olduğunu, qarşı tərəfin onun etibarından sui-istifadə etdiyini deyib.

O iddia edib ki, bir vaxtlar taksi sürücüsü olan Hidayət hazırda əldə etdiyi hər şeyi onun hesabına qazanıb:

"5 il əvvəl Hidayət Məhərrəmli ilə o taksi sürücüsü işləyəndə təsadüfən tanış olmuşdum. Sonra mənə idman zalında məşq keçdiyini dedi. Mən məşq etdiyim zaldan çıxıb, onun məşq keçdiyi idman zalına getməyə başladım. Hidayət mənim harada işlədiyimi, nə işlə məşğul olduğumu biləndən sonra münasibətlərimiz 3-4 ayın içində daha da sıxlaşdı və mənə evlilik təklif etdi. Mən isə bir-birimizə çox güvəndiyimizi deyərək hələ 2-3 il birgə işləməyi, öz markamızı yaratmağı, onun yarışlarda iştirak edərək məşhurlaşa biləcəyini və bundan sonra rahat evlənəcəyimizi dedim və buna razılaşdıq. Münasibətlərimiz barəsində mənim və onun ailəsi də məlumatlı idi, bir-birimizin evində dəfələrlə olmuşduq, aramızda ciddi münasibət formalaşmışdı".

Eks-sevgilisindən Hidayətə ittihamlar - "550 min pulumu ələ keçirib, məni dəfələrlə döyüb"Ş.Yunusova bildirib ki, bundan sonra o, Hidayətin məşhurlaşması, yarışlarda iştirakı üçün böyük məbləğdə pul xərcləyib, həmçinin Hidayətin təklifi ilə gəlir əldə etmək üçün ona çoxlu pul verib: "Münasibətimizin başlamasından sonra onun tanınması, marketinqi üçün böyük məbləğlər yatırmağa başladım. Məqsəd isə o idi ki, məşhurlaşsın, tələbələri çox olsun, birgə brend yaradaq, həmin brendi təmsil etsin və bundan gəlir əldə edək. Həmişə mənə deyirdi ki, protein satışında yaxşı pul var, yaxşı gəlir əldə edə bilərik. Mən də başladım ona hissə-hissə pullar verməyə.

Belə ki, protein satışı, idman geyimlərinin istehsalı, idman qidalarının satışı və göyərti toxumlarının satışı biznesi üçün hissə-hissə pullar almağa başladı. "Prius" markalı maşın sürdüyünə görə deyirdi ki, bu maşına görə adama hörmət qoymurlar. Ona görə əvvəlcə ona "Lexus", daha sonra "Mercedes" markalı lüks avtomobil aldım. Ümumilikdə ona 4 dəfə, hər dəfə daha bahalı olmaqla avtomobil və avtomobil nömrə nişanı almışam. Onu ancaq "Under Armour" firmasından geyindirirdim, mənim kartımla Dubayda, Türkiyədə alış-verişlər edirdi, ən bahalı telefonlar, aksesuarlar alırdıq ki, tanınsın və bu yolla da biznesimizi də inkişaf etdirək. Hazırda boynunda olan 14 min manatlıq boyunbağını da mən almışam. Maşının üzərindəki bahalı nömrə də mənim adımadır. Lakin daha sonra məlum oldu ki, Hidayət heç bir biznes qurmayıb və vəd etdiyi şeylər də yalandır, biznes qurmaq üçün aldığı 550 min manat pulu istəyəndə isə müxtəlif yollarla bundan boyun qaçırmağa başladı".

Şikayətçinin sözlərinə görə, Hidayət Məhərrəmli pullarını geri istədikdə onu döyməyə, eləcə də hədələməyə başlayıb: "İlk illər məni döyməyib. Lakin onun yalanlarını, vəd etdiyi biznesi qurmadığını, gəlir gətirmədiyini görərək pulumu istəyəndən sonra mənə şiddət göstərməyə başladı və dəfələrlə döyərək xəsarətlər yetirdi. Həmçinin məni müxtəlif tanışları, dövlət qurumlarında işləyən şəxslərin adları ilə şantaj etməyə başladı. Hətta qardaşımla da təhdidlər edirdi, onu tutduracağını deyirdi, mənim də başıma oyun açdıracağını, əxi dostlarına əlimi kəsdirəcəyini, evdən kənara çıxa bilməyəcəyimi deyirdi. Hər dəfə deyirdi ki, heç kim ona heç nə edə bilməz. Bütün günü sosial şəbəkədə videolar paylaşır, mənə acıq verir ki, "hara şikayət edirsən elə, həyat mənim vecimə deyil".

Eks-sevgilisindən Hidayətə ittihamlar - "550 min pulumu ələ keçirib, məni dəfələrlə döyüb"Ş.Yunusova üzləşdiyi vəziyyətlə bağlı Daxili İşlər Nazirliyinə müraciət etdiyini və Hidayət Məhərrəmlinin əməlləri ilə bağlı araşdırmaların başladığını qeyd edib: "Mən əslində onunla birgə quracağımız biznes üçün daha çox xərc çəkmişəm, onun məşhurlaşması və bu yolla biznesi inkişaf etdirməsi üçün müxtəlif xarici yarışlara getməsini, ən bahalı restoran və hotellərdə qalmasını, hər il ən prestijli şəkildə ad günlərini qeyd etməsini və çəkilişlər etməsini təşkil edərək maliyyələşdirmişəm. Lakin geri istədiyim məbləğ sırf biznes qurmaq və gəlir əldə etmək adı ilə məndən aldığı vəsaitdir. Xahiş edirəm aidiyyəti qurumlar müraciətimə baxsınlar və mənə dəymiş zərərin ödənilməsinə köməklik etsinlər".

Məsələ ilə bağlı Hidayət Məhərrəmlinin özü ilə əlaqə saxladıq. Tanınmış fitnesçi bildirdi ki, Ş.Yunusovanın iddiaları həqiqətə uyğun deyil: "Deyilənlərin hamısı yalandır, şər-böhtandır. Mənim əlimdə sübutlar, videolar var. O xanımla mən 2 ildir ki, əlaqəmi kəsmişəm. O, məni şantaj edir. Hazırda bununla bağlı polis tərəfindən araşdırma aparılır və araşdırmanın nəticəsində də hər şey məlum olacaq".

DİN-in Mətbuat xidmətinin əməkdaşı Elbrus İbrahimov sorğumuza cavab olaraq bildirib ki, vətəndaşa məxsus pul vəsaitlərinin ələ keçirilməsinə dair daxil olan müraciət üzrə DİN-in aidiyyəti baş idarəsində araşdırma aparılır. Təfərrüatlar araşdırma predmetidir.

Eks-sevgilisindən Hidayətə ittihamlar - "550 min pulumu ələ keçirib, məni dəfələrlə döyüb"Eks-sevgilisindən Hidayətə ittihamlar - "550 min pulumu ələ keçirib, məni dəfələrlə döyüb"Eks-sevgilisindən Hidayətə ittihamlar - "550 min pulumu ələ keçirib, məni dəfələrlə döyüb"Eks-sevgilisindən Hidayətə ittihamlar - "550 min pulumu ələ keçirib, məni dəfələrlə döyüb"Eks-sevgilisindən Hidayətə ittihamlar - "550 min pulumu ələ keçirib, məni dəfələrlə döyüb"


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 1295   Tarix: 11 sentyabr 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

"Laçınla bağlı qərarı dəstəklədiklərinə görə minnətdarlığımı bildirirəm" - Yenilənib

"Bu il Müstəqil Dövlətlər Birliyi 35 illiyini qeyd edir". "Qafqazinfo" xəbər verir ki, bu barədə Prezident İlham Əliyev MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclasında çıxışı zamanı bildirib. "Son illər ərzində MDB siyasi dialoqun aparılması, qarşılıqlı faydalı əməkdaşlığı

11:00 122
.

"Onlar xalqlar arasında möhkəm dostluq körpüsü rolunu oynayır"

"Üçüncü MDB Oyunlarının Azərbaycanda uğurla keçirilməsi bütün Birlik üçün əlamətdar idman hadisəsinə çevrildi". "Qafqazinfo" xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclasında çıxışı zamanı bildirib. Dövlət başçısı qeyd edi

12:43 0
.

İsraildə yüksək kirayə qiymətləri rusiyalı ailəni çətin vəziyyətə saldı

Rusiyalı səyahət bloqçusu İsrailə köçdükdən sonra vətəninə qayıdan həmyerlisi ilə söhbət edib. Həmsöhbəti İsraildə yaşadığı müddətdə yerli həyat tərzinə tam uyğunlaşa bilmədiyini və qarşılaşdığı çətinlikləri bölüşüb. xəbər verir ki, müəllif müşahidələrini Zen platformasında "Like Travel Travel"

11:15 146
.

Prezident MDB Dövlət Başçıları Şurasının geniş tərkibdə iclasında iştirak edir

Türkmənistanın Türkmənbaşı şəhərində MDB Dövlət Başçıları Şurasının geniş tərkibdə iclası keçirilir. "Qafqazinfo" xəbər verir ki, Azərbaycan Prezidenti İlham Əliyev tədbirdə iştirak edir

12:28 58
.

Şəkərbura, paxlava bəzək verir Türkmənbaşına... - Fotolar

Oktyabrın 8-də Azərbaycan Prezidenti İlham Əliyev Türkmənbaşı şəhərində keçirilən MDB Ölkələrinin Milli Kulinariya Festivalı ilə tanış olub. "Qafqazinfo" xəbər verir ki, MDB Ölkələrinin Milli Kulinariya Festivalı Türkmənistanın 2026-cı ildə bu quruma sədrliyi ilə bağlı təşkil etdiyi tədbirlə

08.10.2026 279
.

İnsanların ömür uzunluğu azalıb - SƏBƏBLƏR

2011-ci ildən etibarən Avropada gözlənilən ömür uzunluğunun artım tempi nəzərəçarpacaq dərəcədə zəifləyib. xarici mediaya istinadən xəbər verir ki, araşdırmalar bunun əsas səbəblərinin düzgün olmayan qidalanma, fiziki aktivliyin azlığı, piylənmə və COVID-19 pandemiyasının nəticələri ilə bağlı olduğun

08.10.2026 249
.

İlham Əliyev iclasda iştirak etmək üçün "Avaza" Kompleksinə getdi - Fotolar

Bu gün Azərbaycan Prezidenti İlham Əliyev Türkmənbaşı şəhərində keçirilən MDB Dövlət Başçıları Şurasının iclasında iştirak etmək üçün "Avaza" Kompleksinə gedib. "Qafqazinfo" xəbər verir ki, Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədov Azərbaycan Prezidenti İlham Əliyevi qarşılayıb

10:05 116
.

Can Yaman dəyişdi

Karyerasını bir müddətdir xaricdə davam etdirən türkiyəli aktyor Can Yaman görünüşündə dəyişiklik edib. Axşam.az xəbər verir ki, aktyor uzun saqqallarını kəsərək yeni görünüşünü paylaşıb. Qeyd edək ki, Can Türkiyədə son olaraq "Bay yanlış" serialında rol alıb. Ekran işinin çəkilişləri 2020-c

08.10.2026 351
.

Gündüz İsmayılov: Gənclərin milli-mənəvi dəyərlər ruhunda tərbiyəsi aktual məsələlərdəndir

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılov gənclərin milli-mənəvi dəyərlər ruhunda tərbiyəsinin, dini maarifləndirmənin və bu sahədə aidiyyəti qurumların fəaliyyətinin əlaqələndirilməsinin vacibliyini vurğulayıb. BİG.AZ xəbər verir ki, o, "Gənc nəslin milli-mənəvi dəyərlə

10:46 134
.