Metroda interval 1 dəqiqə 45 saniyəyə endirildi - İlk dəfə

Metroda interval 1 dəqiqə 45 saniyəyə endirildi - İlk dəfə"Bakı Metropoliteni" QSC tərəfindən sentyabrın 15-dən tətbiq ediləcək payız-qış hərəkət qrafikinə əsasən, metropoliten tarixində ilk dəfə pik saatlarda qatarlar arasında interval 1 dəqiqə 45 saniyəyə endirilir.

BiG.AZ xəbər verir ki, bu barədə "Bakı Metropoliteni" QSC məlumat yayıb.

Bildirilib ki, bu göstərici 34 cüt/saat prinsipi (1 saat ərzində 1 stansiyadan hər iki istiqamətdə keçən qatarların sayı) əsasında əldə olunub və bununla da son bir il ərzində artıq ikinci dəfə tarixi rekord qeydə alınıb:

"Bu ilin may ayında mövcud texniki imkanlar daxilində aparılmış təkmilləşmə işləri sayəsində interval pik saatlarda 1 dəqiqə 52 saniyəyə endirilmişdi. İndi isə görülmüş əlavə tədbirlər, rəqəmsallaşma sahəsində tətbiq olunmuş yeniliklər pik saatlarda qatarların hərəkətinin daha da sıxlaşdırılmasına imkan yaradıb.

Qeyd edilən texniki və rəqəmsal yeniliklər sayəsində 34 cüt qatarla hərəkət sxeminə keçid öz növbəsində sərnişindaşıma potensialını əhəmiyyətli dərəcədə artırır. Beş vaqondan ibarət bir qatarın maksimal tutumunun 1600 nəfər olduğunu nəzərə alsaq, bu hesabla, hər iki istiqamətdə əlavə olunan qatarların daşıma gücü eyni vaxtda 6400 sərnişinə çatır. Yeni qrafik üzrə təşkil olunmuş 34 cüt qatarın dövriyyəsi nəticəsində pik saatların ümumi müddəti ərzində, yəni təxminən 4,5 saatda 28 800 sərnişinin daşınması mümkün olacaq. İş günlərinin ümumi həcmi ilə birlikdə bu rəqəm illik hesabla 8 milyondan artıq sərnişinin daşınmasına əlavə imkan yaradacaq.

Yeni qrafikə əsasən "28 May–Əhmədli" sahəsində:

- İş günləri səhər (saat 07:30–09:30) və axşam (saat 17:00–19:30) pik saatlarda interval 1 dəqiqə 45 saniyə təşkil edəcək;

- Səhər saat 07:00–07:30 aralığında interval 1 dəqiqə 52 saniyə, 09:30–10:00 aralığında isə 2 dəqiqə olacaq;

- Axşam 19:30–20:00 aralığında interval 2 dəqiqəyə qədər saxlanılacaq.

Qeyd edilib ki, pik saatlarda intervalda edilmiş bu dəyişiklik sərnişinlərin rahat və təhlükəsiz hərəkətinin təminatı istiqamətində mühüm nəticə olmaqla yanaşı, sentyabrın 15-dən proqnozlaşdırılan sərnişin tələbatının qarşılanması baxımından da əlavə imkanlar yaradır.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 767   Tarix: 12 sentyabr 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

"Laçınla bağlı qərarı dəstəklədiklərinə görə minnətdarlığımı bildirirəm" - Yenilənib

"Bu il Müstəqil Dövlətlər Birliyi 35 illiyini qeyd edir". "Qafqazinfo" xəbər verir ki, bu barədə Prezident İlham Əliyev MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclasında çıxışı zamanı bildirib. "Son illər ərzində MDB siyasi dialoqun aparılması, qarşılıqlı faydalı əməkdaşlığı

11:00 122
.

"Onlar xalqlar arasında möhkəm dostluq körpüsü rolunu oynayır"

"Üçüncü MDB Oyunlarının Azərbaycanda uğurla keçirilməsi bütün Birlik üçün əlamətdar idman hadisəsinə çevrildi". "Qafqazinfo" xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclasında çıxışı zamanı bildirib. Dövlət başçısı qeyd edi

12:43 0
.

İsraildə yüksək kirayə qiymətləri rusiyalı ailəni çətin vəziyyətə saldı

Rusiyalı səyahət bloqçusu İsrailə köçdükdən sonra vətəninə qayıdan həmyerlisi ilə söhbət edib. Həmsöhbəti İsraildə yaşadığı müddətdə yerli həyat tərzinə tam uyğunlaşa bilmədiyini və qarşılaşdığı çətinlikləri bölüşüb. xəbər verir ki, müəllif müşahidələrini Zen platformasında "Like Travel Travel"

11:15 146
.

Prezident MDB Dövlət Başçıları Şurasının geniş tərkibdə iclasında iştirak edir

Türkmənistanın Türkmənbaşı şəhərində MDB Dövlət Başçıları Şurasının geniş tərkibdə iclası keçirilir. "Qafqazinfo" xəbər verir ki, Azərbaycan Prezidenti İlham Əliyev tədbirdə iştirak edir

12:28 58
.

Şəkərbura, paxlava bəzək verir Türkmənbaşına... - Fotolar

Oktyabrın 8-də Azərbaycan Prezidenti İlham Əliyev Türkmənbaşı şəhərində keçirilən MDB Ölkələrinin Milli Kulinariya Festivalı ilə tanış olub. "Qafqazinfo" xəbər verir ki, MDB Ölkələrinin Milli Kulinariya Festivalı Türkmənistanın 2026-cı ildə bu quruma sədrliyi ilə bağlı təşkil etdiyi tədbirlə

08.10.2026 279
.

İnsanların ömür uzunluğu azalıb - SƏBƏBLƏR

2011-ci ildən etibarən Avropada gözlənilən ömür uzunluğunun artım tempi nəzərəçarpacaq dərəcədə zəifləyib. xarici mediaya istinadən xəbər verir ki, araşdırmalar bunun əsas səbəblərinin düzgün olmayan qidalanma, fiziki aktivliyin azlığı, piylənmə və COVID-19 pandemiyasının nəticələri ilə bağlı olduğun

08.10.2026 249
.

İlham Əliyev iclasda iştirak etmək üçün "Avaza" Kompleksinə getdi - Fotolar

Bu gün Azərbaycan Prezidenti İlham Əliyev Türkmənbaşı şəhərində keçirilən MDB Dövlət Başçıları Şurasının iclasında iştirak etmək üçün "Avaza" Kompleksinə gedib. "Qafqazinfo" xəbər verir ki, Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədov Azərbaycan Prezidenti İlham Əliyevi qarşılayıb

10:05 116
.

Can Yaman dəyişdi

Karyerasını bir müddətdir xaricdə davam etdirən türkiyəli aktyor Can Yaman görünüşündə dəyişiklik edib. Axşam.az xəbər verir ki, aktyor uzun saqqallarını kəsərək yeni görünüşünü paylaşıb. Qeyd edək ki, Can Türkiyədə son olaraq "Bay yanlış" serialında rol alıb. Ekran işinin çəkilişləri 2020-c

08.10.2026 351
.

Gündüz İsmayılov: Gənclərin milli-mənəvi dəyərlər ruhunda tərbiyəsi aktual məsələlərdəndir

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılov gənclərin milli-mənəvi dəyərlər ruhunda tərbiyəsinin, dini maarifləndirmənin və bu sahədə aidiyyəti qurumların fəaliyyətinin əlaqələndirilməsinin vacibliyini vurğulayıb. BİG.AZ xəbər verir ki, o, "Gənc nəslin milli-mənəvi dəyərlə

10:46 134
.