Ekspert: "Məktəbli avtobusları təhlükəsizlik, ekoloji fayda və təhsil bərabərliyi baxımından mühüm addımdır"

Ekspert: "Məktəbli avtobusları təhlükəsizlik, ekoloji fayda və təhsil bərabərliyi baxımından mühüm addımdır"Elm və Təhsil naziri Emin Əmrullayev media üçün keçirdiyi brifinqdə məktəbli avtobuslarının fəaliyyəti ilə bağlı yeniliklərin olacağını açıqlayıb.

Mövzu ilə bağlı BiG.AZ-a danışan təhsil eksperti Kamran Əsədov bildirib ki, məktəbli avtobuslarının tətbiqi həm təhsil, həm də nəqliyyat sahəsində ciddi dəyişikliklərə səbəb olacaq. Onun sözlərinə görə, əsas məqsəd şagirdlərin məktəbə təhlükəsiz və rahat şəkildə çatdırılmasını təmin etmək və şəhərdaxili nəqliyyat axınını optimallaşdırmaqdır.

Əsədov qeyd edib ki, mövcud vəziyyətdə valideynlərin şəxsi avtomobillərdən geniş istifadə etməsi səhər və axşam saatlarında yollarda sıxlıq yaradır:
"Bakı Nəqliyyat Agentliyinin məlumatına görə, səhər saatlarında şəhərdaxili avtomobil sıxlığının 25%-dən çoxu məhz şagirdlərin valideynləri ilə bağlıdır. Məktəbli avtobuslarının istifadəyə verilməsi bu yükü azalda bilər".

Ekspert əlavə edib ki, "Yol hərəkəti haqqında" Qanunun 37-ci maddəsinə əsasən, məktəbli və uşaq nəqliyyatı vasitələri xüsusi işarələrlə təchiz edilməli və təhlükəsizlik qaydalarına riayət olunmalıdır. Avtobusların tətbiqi şagirdlərin fərdi nəqliyyat və ictimai avtobuslarla məktəbə getməsinin yaratdığı riskləri də azaldacaq.
Ekspert: "Məktəbli avtobusları təhlükəsizlik, ekoloji fayda və təhsil bərabərliyi baxımından mühüm addımdır"Kamran Əsədov beynəlxalq təcrübəyə də diqqət çəkib:

Almaniyada məktəbli avtobusları şəhərətrafı və kənd yerlərində geniş tətbiq edilir və bu sistem yol hərəkəti sıxlığını 15%-ə qədər azaldıb;

ABŞ-da avtobuslar yüksək təhlükəsizlik standartları ilə fəaliyyət göstərir, siqnallar, dayanma nişanları və kameralarla təchiz olunur;

Avstraliyada sürücülər uşaq psixologiyası üzrə testlərdən keçirlər;

Fransa və Kanadada isə məktəb avtobusları əsasən elektrik və hibrid mühərriklərlə işləyir.

Ekspertin fikrincə, bu sistemin Azərbaycanda tətbiqi ekoloji baxımdan da önəmlidir, çünki şəxsi avtomobillərin azalması atmosferə atılan karbon qazının miqdarını da azaldacaq.

Maliyyələşmə məsələsinə toxunan Əsədov bildirib ki, müxtəlif ölkələrdə bu sahədə fərqli mexanizmlər mövcuddur. Məsələn, Böyük Britaniyada məktəbli avtobuslarının saxlanılması yerli hökumətlər tərəfindən maliyyələşdirilir, Türkiyədə isə bu xidmət özəl şirkətlər tərəfindən göstərilir. Azərbaycanda isə dövlət dəstəyi ilə yanaşı, özəl sektorun iştirakı da nəzərdən keçirilməlidir.
Ekspert: "Məktəbli avtobusları təhlükəsizlik, ekoloji fayda və təhsil bərabərliyi baxımından mühüm addımdır"Onun sözlərinə görə, avtobusların idarə edilməsi, sürücülərin sertifikasiyası, texniki nəzarət və marşrutların planlaşdırılması kimi məsələlər də xüsusi diqqət tələb edir. Əks halda, sistem yalnız inzibati qərar olaraq qalacaq və real nəticə verməyəcək.

Kamran Əsədov əlavə edib ki, məktəbli avtobusları təhsil bərabərliyini də gücləndirə bilər:
"Ucqar kəndlərdə yaşayan şagirdlər üçün məktəbə getmək çətinlik yaradır. Məktəbli avtobusları isə regionlarda təhsilin əlçatanlığını artıraraq davamiyyəti yüksəldə bilər. Türkiyədə "Servis Taşımacılığı Sistemi" proqramı bu sahədə uğurlu nümunədir".

Ekspertin qənaətinə görə, məktəbli avtobuslarının tətbiqi təhlükəsizliyi artıracaq, nəqliyyat sıxlığını azaldacaq, ekoloji fayda yaradacaq və təhsil bərabərliyinə töhfə verəcək. Lakin bunun üçün güclü qanunvericilik bazası, maliyyə dəstəyi və səmərəli idarəetmə mexanizmləri vacibdir.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 707   Tarix: 12 sentyabr 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

"Laçınla bağlı qərarı dəstəklədiklərinə görə minnətdarlığımı bildirirəm" - Yenilənib

"Bu il Müstəqil Dövlətlər Birliyi 35 illiyini qeyd edir". "Qafqazinfo" xəbər verir ki, bu barədə Prezident İlham Əliyev MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclasında çıxışı zamanı bildirib. "Son illər ərzində MDB siyasi dialoqun aparılması, qarşılıqlı faydalı əməkdaşlığı

11:00 122
.

"Onlar xalqlar arasında möhkəm dostluq körpüsü rolunu oynayır"

"Üçüncü MDB Oyunlarının Azərbaycanda uğurla keçirilməsi bütün Birlik üçün əlamətdar idman hadisəsinə çevrildi". "Qafqazinfo" xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclasında çıxışı zamanı bildirib. Dövlət başçısı qeyd edi

12:43 0
.

İsraildə yüksək kirayə qiymətləri rusiyalı ailəni çətin vəziyyətə saldı

Rusiyalı səyahət bloqçusu İsrailə köçdükdən sonra vətəninə qayıdan həmyerlisi ilə söhbət edib. Həmsöhbəti İsraildə yaşadığı müddətdə yerli həyat tərzinə tam uyğunlaşa bilmədiyini və qarşılaşdığı çətinlikləri bölüşüb. xəbər verir ki, müəllif müşahidələrini Zen platformasında "Like Travel Travel"

11:15 146
.

Prezident MDB Dövlət Başçıları Şurasının geniş tərkibdə iclasında iştirak edir

Türkmənistanın Türkmənbaşı şəhərində MDB Dövlət Başçıları Şurasının geniş tərkibdə iclası keçirilir. "Qafqazinfo" xəbər verir ki, Azərbaycan Prezidenti İlham Əliyev tədbirdə iştirak edir

12:28 58
.

Şəkərbura, paxlava bəzək verir Türkmənbaşına... - Fotolar

Oktyabrın 8-də Azərbaycan Prezidenti İlham Əliyev Türkmənbaşı şəhərində keçirilən MDB Ölkələrinin Milli Kulinariya Festivalı ilə tanış olub. "Qafqazinfo" xəbər verir ki, MDB Ölkələrinin Milli Kulinariya Festivalı Türkmənistanın 2026-cı ildə bu quruma sədrliyi ilə bağlı təşkil etdiyi tədbirlə

08.10.2026 279
.

İnsanların ömür uzunluğu azalıb - SƏBƏBLƏR

2011-ci ildən etibarən Avropada gözlənilən ömür uzunluğunun artım tempi nəzərəçarpacaq dərəcədə zəifləyib. xarici mediaya istinadən xəbər verir ki, araşdırmalar bunun əsas səbəblərinin düzgün olmayan qidalanma, fiziki aktivliyin azlığı, piylənmə və COVID-19 pandemiyasının nəticələri ilə bağlı olduğun

08.10.2026 249
.

İlham Əliyev iclasda iştirak etmək üçün "Avaza" Kompleksinə getdi - Fotolar

Bu gün Azərbaycan Prezidenti İlham Əliyev Türkmənbaşı şəhərində keçirilən MDB Dövlət Başçıları Şurasının iclasında iştirak etmək üçün "Avaza" Kompleksinə gedib. "Qafqazinfo" xəbər verir ki, Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədov Azərbaycan Prezidenti İlham Əliyevi qarşılayıb

10:05 116
.

Can Yaman dəyişdi

Karyerasını bir müddətdir xaricdə davam etdirən türkiyəli aktyor Can Yaman görünüşündə dəyişiklik edib. Axşam.az xəbər verir ki, aktyor uzun saqqallarını kəsərək yeni görünüşünü paylaşıb. Qeyd edək ki, Can Türkiyədə son olaraq "Bay yanlış" serialında rol alıb. Ekran işinin çəkilişləri 2020-c

08.10.2026 351
.

Gündüz İsmayılov: Gənclərin milli-mənəvi dəyərlər ruhunda tərbiyəsi aktual məsələlərdəndir

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılov gənclərin milli-mənəvi dəyərlər ruhunda tərbiyəsinin, dini maarifləndirmənin və bu sahədə aidiyyəti qurumların fəaliyyətinin əlaqələndirilməsinin vacibliyini vurğulayıb. BİG.AZ xəbər verir ki, o, "Gənc nəslin milli-mənəvi dəyərlə

10:46 134
.