Dil vasitəsilə hansı xəstəlikləri "diaqnoz" etmək olar?

Dil vasitəsilə hansı xəstəlikləri "diaqnoz" etmək olar?Mütəxəssislər bildirirlər ki, dilin vəziyyətinə baxaraq müəyyən xəstəliklərin riski haqqında fikir söyləmək olar. Alimlər sübut ediblər ki, ağız boşluğunun sağlamlığı yalnız dişlərin və diş ətinin vəziyyəti ilə məhdudlaşmır bu, həm də ciddi xəstəliklərin, o cümlədən Altsheymer xəstəliyinin inkişaf riskinə birbaşa təsir göstərir. Dişlərə və diş ətinə müntəzəm qulluq etmək idrak pozuntularının yaranma ehtimalını azalda və ümumi sağlamlığı yaxşılaşdıra bilər.

Lent.az bu xəstəlikləri təqdim edir:

Dilin vəziyyəti və sağlamlıq göstəriciləri

Həkim Pol Ettlinger vurğulayır ki, dilə baxış sağlamlıq haqqında dəyərli məlumat verə bilər. Sarımtıl örtük adətən siqaret çəkənlərdə, ağız gigiyenasına əməl etməyənlərdə və ya göbələk infeksiyası (soor) zamanı müşahidə olunur. Bəzən dilin rəngindəki dəyişikliklər müəyyən dərmanların qəbulu ilə bağlı olur. Ağ örtük də diqqətdən kənarda qalmamalıdır bu, leykoplakiya, qırmızı yastı dəmrov, kandidal stomatit və ya selikli qişanın xroniki iltihabları kimi problemlərə işarə edə bilər. Normal halda dil çəhrayı, səthi bərabər və kiçik təbii qabarcıqlarla olmalıdır.

Ağız sağlamlığı və ümumi xəstəliklər

Diş və diş əti problemləri daha ciddi fəsadlara gətirib çıxara bilər. Patogen bakteriyalar qan dövranına keçdikdə, damar divarlarında yağ lövhələrinin yığılmasına səbəb ola bilər ki, bu da zamanla damarların daralması və elastikliyini itirməsi ilə nəticələnir. Bu proses infarkt və insult riskini artırır. Dilin rəngində və strukturunda baş verən dəyişikliklər yalnız ağız boşluğu problemlərini deyil, həm də sistemik pozuntuları göstərə bilər: Dərinin və dilin kəskin saralması qaraciyər və ya öd yolları xəstəliklərindən xəbər verə bilər. Dildə və dırnaqlarda solğunluq anemiyaya işarə ola bilər.

Profilaktika və erkən diaqnostika

Stomatoloqlar və terapevtlər həmfikirdirlər ki, müntəzəm ağız gigiyenası, dişlərin peşəkar təmizlənməsi və dilin görünüşündəki dəyişikliklərə diqqət yetirmək xəstəlikləri erkən mərhələdə aşkarlamağa imkan verir. Bu yanaşma yalnız kariyes və parodontit riskini azaltmır, həm də ürək, damar və hətta beyinlə bağlı ağırlaşmaların qarşısını almağa kömək edir. Bundan əlavə, həkimlər düzgün qidalanmanın oynaqların zədələnmə prosesini ləngidə biləcəyini və bəzi hallarda xəstəliyin qarşısını ala biləcəyini bildirirlər. Oynaqlarda və qığırdaqlarda ağrı olan insanların rasionunda mütləq olmalı olan TOP-10 məhsul da açıqlanıb.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 776   Tarix: 12 sentyabr 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Süni intellekt xəstələrə dərman təyin etməyə başladı

ABŞ-nin Yuta ştatında xəstələrə həkim müayinəsi olmadan süni intellekt vasitəsilə dərman təyin edilməsinə imkan verən pilot proqramın icrasına başlanılıb. "Qafqazinfo"nun xəbərinə görə, "Nolla Health" şirkətinin hazırladığı "Nolla Derm" tətbiqi 18 yaşdan yuxarı sakinlər

08.10.2026 255
.

Azərbaycan MDB məkanında aparıcı dövlətə çevrilib

Azərbaycanın apardığı çoxvektorlu və balanslı xarici siyasət bu gün ölkəmizin beynəlxalq aləmdə qazandığı nüfuzun, etimadın və etibarlılığın əsas dayağına çevrilib. Son günlərdə Prezident İlham Əliyevin iştirak etdiyi beynəlxalq və regional təşkilatların tədbirləri bu siyasətin növbəti təzahürü kim

12:22 0
.

Prezident MDB Dövlət Başçıları Şurasının geniş tərkibdə iclasında iştirak edir

Türkmənistanın Türkmənbaşı şəhərində MDB Dövlət Başçıları Şurasının geniş tərkibdə iclası keçirilir. "Qafqazinfo" xəbər verir ki, Azərbaycan Prezidenti İlham Əliyev tədbirdə iştirak edir

12:28 0
.

Paşinyandan Zeynəb Həsənovanın mahnısı ilə paylaşım

Ermənistanın baş naziri Nikol Paşinyan Azərbaycan müğənnisi Zeynəb Həsənovanın mahnısının müşayiəti ilə video paylaşıb. xəbər verir ki, Paşinyan videonu özünün Telegram kanalında yayımlayıb. Kadrlarda MDB sammitində iştirak etmək üçün səfər etdiyi Türkmənistanda, musiqi sədaları altında hərəkət edə

11:07 150
.

Türkmənistanda mühüm sammit: İlham Əliyevin çıxışı Azərbaycanın Mərkəzi Asiyada artan rolunu bir daha ortaya qoydu

İlham Əliyev Türkmənistanda Mərkəzi Asiya Dövlət Başçıları ilə görüşdə çıxış edib. Xəbər verdiyimiz kimi, oktyabrın 8-də Türkmənistanın Türkmənbaşı şəhərində Azərbaycan Respublikası və Mərkəzi Asiya Dövlət Başçılarının 8-ci Məşvərət görüşü keçirilib. Azərbaycan Prezidenti İlham Əliyev görüşdə çıxış edərə

08.10.2026 234
.

Antarktidada nəhəng təhlükə: Dəniz səviyyəsi kəskin yüksələ bilər

Şərqi Antarktidanın buz örtüyü altında dünya okeanının səviyyəsini ciddi şəkildə yüksəldə biləcək nəhəng buz kütləsi yerləşir. Alimlər iqlim dəyişikliyi nəticəsində bu ərazidəki buzlaqların sabitliyini itirə biləcəyi barədə xəbərdarlıq ediblər. xarici mediaya istinadən xəbər verir ki, söhbət Antarktidanı

08.10.2026 230
.

Can Yaman dəyişdi

Karyerasını bir müddətdir xaricdə davam etdirən türkiyəli aktyor Can Yaman görünüşündə dəyişiklik edib. Axşam.az xəbər verir ki, aktyor uzun saqqallarını kəsərək yeni görünüşünü paylaşıb. Qeyd edək ki, Can Türkiyədə son olaraq "Bay yanlış" serialında rol alıb. Ekran işinin çəkilişləri 2020-c

08.10.2026 346
.

Türkmənbaşı görüşü ölkəmizin növbəti diplomatik uğurudur

Azərbaycanın regional və beynəlxalq siyasətdə mövqeyi daha da möhkəmlənir. Bunu Türkmənistanın Türkmənbaşı şəhərinin "Avaza" milli turizm zonasında keçirilən Müstəqil Dövlətlər Birliyinin Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclasında görmək oldu. Qeyd edək ki, Müstəqil Dövlətlər Birliy

12:16 1
.

Prezident MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclasında - Fotolar

Türkmənistanın Türkmənbaşı şəhərində MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclası keçirilir. "Qafqazinfo" xəbər verir ki, Azərbaycan Prezidenti İlham Əliyev tədbirdə çıxış edib

10:10 104
.