Ramin Məmmədov: "Məqsədimiz tarixini anlayan və dövlətinin nailiyyətlərini dərk edən vətəndaş yetişdirməkdir"
"Milli-mənəvi dəyərlər yalnız keçmişdən miras qalan irs deyil, həm də dövlətçiliyin gələcəyini təmin edən əsas amillərdən biridir".
BiG.AZ xəbər verir ki, bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov "Gənc nəslin milli-mənəvi dəyərlər ruhunda tərbiyəsi" mövzusunda keçirilən konfransda çıxışı zamanı deyib.
Komitə sədri bildirib ki, gənclərin milli-mənəvi dəyərlər əsasında formalaşdırılması ilə yanaşı, gələcək Azərbaycan cəmiyyətinin hansı dəyərlər və vətəndaşlıq məsuliyyəti üzərində qurulması da mühüm əhəmiyyət daşıyır.
R.Məmmədov qeyd edib ki, Ümummilli Lider Heydər Əliyevin dövlətçilik fəlsəfəsində gənclər siyasəti hər zaman xüsusi yer tutub. Onun sözlərinə görə, Ulu Öndərin əsasını qoyduğu bu siyasət Prezident İlham Əliyev tərəfindən müasir çağırışlar nəzərə alınmaqla davam etdirilir.
Komitə sədri vurğulayıb ki, milli-mənəvi tərbiyə insan kapitalının formalaşdırılması, sosial dayanıqlılığın gücləndirilməsi və gənclərin qərarvermə qabiliyyətinin inkişafı baxımından da vacibdir.
O bildirib ki, məqsəd öz tarixini yalnız bilən deyil, həm də anlayan, milli kimliyini dərk edən, müstəqil düşünən və dövlətçilik məsuliyyətini anlayan vətəndaşlar yetişdirməkdir.
R.Məmmədov ailə və təhsillə yanaşı, informasiya məkanının da gənclərin dünyagörüşünün formalaşmasında mühüm rol oynadığını diqqətə çatdırıb. O qeyd edib ki, internet, sosial media, rəqəmsal texnologiyalar və süni intellekt ideoloji təsirlərin yayılma imkanlarını genişləndirib.
Komitə sədri bildirib ki, informasiya bolluğu özlüyündə düzgün dünyagörüşünün formalaşmasına zəmanət vermir. Onun sözlərinə görə, gənclər doğru ilə yanlışı, sağlam dini yanaşma ilə xurafatı, mənəvi dəyərlə radikal ideyanı fərqləndirməyi bacarmalıdırlar.
R.Məmmədov dini dəyərlərin insan ləyaqətinə, mərhəmətə, ədalətə, qarşılıqlı hörmətə, ictimai həmrəyliyə və sülhə xidmət etməli olduğunu vurğulayıb. O, Azərbaycanın dünyəvi dövlət modeli ilə dini-mənəvi dəyərlər arasında ziddiyyət olmadığını qeyd edib.
Komitə sədri Gənclər və İdman Nazirliyi ilə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi arasında əməkdaşlığın daha sistemli qurulmasının vacibliyini də diqqətə çatdırıb. O, birgə maarifləndirici proqramların, sosial media məzmunlarının və dini, eləcə də media savadlılığını artıran təlimlərin həyata keçirilməsini təklif edib.
R.Məmmədov əlavə edib ki, görülən işlərin nəticələrini qiymətləndirmək üçün birgə monitorinq və təhlil mexanizmləri də yaradıla bilər. Onun sözlərinə görə, əsas məqsəd milli kimliyinə bağlı, müasir dünyagörüşlü, bilikli və dövlətçilik məsuliyyətini dərk edən Azərbaycan gəncinin formalaşmasına töhfə verməkdir.
Aynur Babazadə
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 138 Tarix: 09 oktyabr 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş"Mənim təşəbbüsümlə Trampı Nobel Sülh Mükafatına birgə namizəd göstərmişik"
"Prezident Donald Tramp 8 avqust 2025-ci ildə ev sahibliyi etdiyi Vaşinqton Sülh Zirvəsində Azərbaycan və Ermənistan arasında sülhün bərqərar olmasında tarixi rol oynayıb". "Qafqazinfo" xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyevin "X" sosial şəbəkəsindəki səhifəsind
10:00 120 Aİ Rusiyaya qarşı fərdi sanksiyaların müddətini uzadıb
Avropa İttifaqı (Aİ) Şurası Rusiyanın xaricdə sabitliyi pozan fəaliyyətlərinə görə məsuliyyət daşıyan şəxslərə qarşı fərdi sanksiyaların qüvvədə olma müddətini bir il - 2027-ci il oktyabrın 9-dək uzatmaq qərarına gəlib. "Report" xəbər verir ki, bu barədə "İnterfaks" Aİ Şurasının kommunikesin
08.10.2026 235 Can Yaman dəyişdi
Karyerasını bir müddətdir xaricdə davam etdirən türkiyəli aktyor Can Yaman görünüşündə dəyişiklik edib. Axşam.az xəbər verir ki, aktyor uzun saqqallarını kəsərək yeni görünüşünü paylaşıb. Qeyd edək ki, Can Türkiyədə son olaraq "Bay yanlış" serialında rol alıb. Ekran işinin çəkilişləri 2020-c
08.10.2026 346 Uşağın özünə inamını artıran 5 ifadə
Öz sərhədlərini qorumağı, kömək istəməyi və problemləri barədə danışmağı bacarmaq uşağın özünə daha çox güvənməsinə və çətin vəziyyətlərdən daha asan çıxmasına kömək edir. bu 5 ifadəni təqdim edir:. Valideynlər uşaqlara çoxsaylı vacib bacarıqlar öyrədirlər: oxumağı və yazmağı, oyuncaqları yığışdırmağı
08.10.2026 278 Prezident MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclasında - Fotolar
Türkmənistanın Türkmənbaşı şəhərində MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclası keçirilir. "Qafqazinfo" xəbər verir ki, Azərbaycan Prezidenti İlham Əliyev tədbirdə çıxış edib
10:10 104 Türkmənbaşı görüşü ölkəmizin növbəti diplomatik uğurudur
Azərbaycanın regional və beynəlxalq siyasətdə mövqeyi daha da möhkəmlənir. Bunu Türkmənistanın Türkmənbaşı şəhərinin "Avaza" milli turizm zonasında keçirilən Müstəqil Dövlətlər Birliyinin Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclasında görmək oldu. Qeyd edək ki, Müstəqil Dövlətlər Birliy
12:16 1 Kosmosda ilk dəfə insanların rentgen şəkilləri çəkildi
"Fram2" kommersiya missiyası zamanı ilk dəfə kosmosda insanların diaqnostika üçün yararlı rentgen görüntüləri əldə edilib. Təcrübə gələcək Ay və Mars uçuşlarında astronavtların müayinəsi üçün yeni imkanlar açır. xarici mediaya istinadla xəbər verir ki, araşdırmada üç ekipaj üzvü iştirak edib
08.10.2026 238 "Laçınla bağlı qərarı dəstəklədiklərinə görə minnətdarlığımı bildirirəm" - Yenilənib
"Bu il Müstəqil Dövlətlər Birliyi 35 illiyini qeyd edir". "Qafqazinfo" xəbər verir ki, bu barədə Prezident İlham Əliyev MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclasında çıxışı zamanı bildirib. "Son illər ərzində MDB siyasi dialoqun aparılması, qarşılıqlı faydalı əməkdaşlığı
11:00 103 Maduronun xanımı həbsxanada infarkt keçirdi
Venesuelanın keçmiş prezidenti Nikolas Maduronun həyat yoldaşı Siliya Floresin ABŞ həbsxanasında səhhətinin ciddi şəkildə pisləşdiyi bildirilir. Onun iyul ayında infarkt keçirmiş ola biləcəyi və 11 kiloqramdan çox arıqladığı açıqlanıb. xəbər verir ki, bu barədə "Associated Press" (AP) agentliy
08.10.2026 286