"Qarşı tərəf bunu açıq şəkildə təkzib etməlidir" - Video

"Qarşı tərəf bunu açıq şəkildə təkzib etməlidir" - Video"Susmağımın ən böyük səbəbi hər şeyi qanuna həvalı etməyim idi. Artıq apellyasiya məhkəməsində də qalibik".

"Qafqazinfo" xəbər verir ki, bu sözləri müğənni Aysel Əlizadə "Öz aramızda" proqramında qonaq olarkən bildirib.

Uzun illərdir aparıcı Xoşqədəm Hidayətqızı ilə aralarında məhkəmə işi gedən ifaçı bildirib ki, hazırda qarşı tərəfin hər şeyi təkzib etməsi gözlənilir: "Amma müxtəlif variantlarla, ünvan dəyişikliyi və digər yollarla qaçınmalar olur. Artıq istədiyimiz məqamlar ortaya çıxsa da, iş prosesi uzanır. Yenə də vəkilim təkzibin yerinə yetirilmədiyi üçün bu işlə bağlı bir daha müraciətlər edir və qanuni tələblərini təqdim edir. Mən düşünürəm ki, belə halların qanunlarımızla ziddiyyət təşkil etməsi mümkün deyil. Yenə də deyirəm, öz dövlətimin qanunlarına inanıram.

Mən nə baş verməsindən asılı olmayaraq, bütün məhkəmələri dövlətimin qanunları ilə udmuşam. Yalnız bir məsələ qalıb: qarşı tərəf bunu açıq şəkildə təkzib etməlidir. Amma məsələ uzadılır, qarışdırılır, sanki mənim bunu qəbul edəcəyim düşünülür. Heç vaxt! Çünki mən haqlı olduqca, haqqımı tələb edəcəyəm. Bununla da dəfələrlə sübut edəcəyəm ki, Azərbaycan dövlətinin qanunları həmişə aşkar və ədalətli olub və məhz həmin qanunlara əsasən bütün məhkəmələrdə qərarlar çıxarılıb".

A.Əlizadə onu da qeyd edib ki, 5 ildə cəmi iki dəfə bu barədə danışıb: "Sonradan "təkzib" kimi təqdim olunan videoçarxa baxanda çox gülməyim gəldi. Çünki sanki istehza ilə hazırlanmış bir təkzib idi. Mənim hər gün efirim yoxdur ki, çıxıb danışım. Bu 5 ildə ikinci dəfədir ki, çıxıb nələrisə deyirəm. Çünki mən susduqca, abrımı qoruduqca baxıram ki, daha da üstümə gəlinir. Mənə vəkilim də, dostlarım da deyirdi ki, sus. Çünki cavab verdikcə söhbət daha da böyüyəcək. Susduqca da məsələ çox uzandı. Susmağıma çox peşmanam. Çünki bununla məni tamaşaçıların gözündə günahkar çıxardılar.

Qarşı tərəfin, adı mənimlə hallanan bəyin öz həyat yoldaşından başqa, elə mənim vaxtdan sevdiyi qadın olub. Ondan iki uşağı da var. Bildiyim qədər o qadın sadə həyat yaşayan biridir və adı da Ayseldir. Bunlar efirdə səsləndirilməyib".

Qeyd edək ki, 2019-cu ildə "Səni Axtarıram" verilişində qonaq olan Turanə Nəcəfova adlı qadın Aysel Əlizadəni keçmiş əri ilə münasibətdə ittiham edib. Söhbət zamanı Xoşqədəm Hidayətqızının müğənni haqda səsləndirdiyi fikirlər onlar arasında qalmaqala səbəb olub. A. Əlizadə X.Hidayətqızı və T.Nəcəfovanın sözlərinin şərəf və ləyaqətinə xələl gətirdiyini əsas gətirərək təzminat iddiası qaldırıb. İki il əvvəl Bakı Apellyasiya Məhkəməsinin çıxardığı qərara əsasən, Xoşqədəm Hidayətqızı vurduğu mənəvi zərərə görə Aysel Əlizadəyə 3 min manat təzminat ödəməli idi.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 1170   Tarix: 13 sentyabr 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Süni intellekt xəstələrə dərman təyin etməyə başladı

ABŞ-nin Yuta ştatında xəstələrə həkim müayinəsi olmadan süni intellekt vasitəsilə dərman təyin edilməsinə imkan verən pilot proqramın icrasına başlanılıb. "Qafqazinfo"nun xəbərinə görə, "Nolla Health" şirkətinin hazırladığı "Nolla Derm" tətbiqi 18 yaşdan yuxarı sakinlər

08.10.2026 255
.

Azərbaycan MDB məkanında aparıcı dövlətə çevrilib

Azərbaycanın apardığı çoxvektorlu və balanslı xarici siyasət bu gün ölkəmizin beynəlxalq aləmdə qazandığı nüfuzun, etimadın və etibarlılığın əsas dayağına çevrilib. Son günlərdə Prezident İlham Əliyevin iştirak etdiyi beynəlxalq və regional təşkilatların tədbirləri bu siyasətin növbəti təzahürü kim

12:22 0
.

Prezident MDB Dövlət Başçıları Şurasının geniş tərkibdə iclasında iştirak edir

Türkmənistanın Türkmənbaşı şəhərində MDB Dövlət Başçıları Şurasının geniş tərkibdə iclası keçirilir. "Qafqazinfo" xəbər verir ki, Azərbaycan Prezidenti İlham Əliyev tədbirdə iştirak edir

12:28 0
.

Paşinyandan Zeynəb Həsənovanın mahnısı ilə paylaşım

Ermənistanın baş naziri Nikol Paşinyan Azərbaycan müğənnisi Zeynəb Həsənovanın mahnısının müşayiəti ilə video paylaşıb. xəbər verir ki, Paşinyan videonu özünün Telegram kanalında yayımlayıb. Kadrlarda MDB sammitində iştirak etmək üçün səfər etdiyi Türkmənistanda, musiqi sədaları altında hərəkət edə

11:07 150
.

Türkmənistanda mühüm sammit: İlham Əliyevin çıxışı Azərbaycanın Mərkəzi Asiyada artan rolunu bir daha ortaya qoydu

İlham Əliyev Türkmənistanda Mərkəzi Asiya Dövlət Başçıları ilə görüşdə çıxış edib. Xəbər verdiyimiz kimi, oktyabrın 8-də Türkmənistanın Türkmənbaşı şəhərində Azərbaycan Respublikası və Mərkəzi Asiya Dövlət Başçılarının 8-ci Məşvərət görüşü keçirilib. Azərbaycan Prezidenti İlham Əliyev görüşdə çıxış edərə

08.10.2026 234
.

Antarktidada nəhəng təhlükə: Dəniz səviyyəsi kəskin yüksələ bilər

Şərqi Antarktidanın buz örtüyü altında dünya okeanının səviyyəsini ciddi şəkildə yüksəldə biləcək nəhəng buz kütləsi yerləşir. Alimlər iqlim dəyişikliyi nəticəsində bu ərazidəki buzlaqların sabitliyini itirə biləcəyi barədə xəbərdarlıq ediblər. xarici mediaya istinadən xəbər verir ki, söhbət Antarktidanı

08.10.2026 230
.

Can Yaman dəyişdi

Karyerasını bir müddətdir xaricdə davam etdirən türkiyəli aktyor Can Yaman görünüşündə dəyişiklik edib. Axşam.az xəbər verir ki, aktyor uzun saqqallarını kəsərək yeni görünüşünü paylaşıb. Qeyd edək ki, Can Türkiyədə son olaraq "Bay yanlış" serialında rol alıb. Ekran işinin çəkilişləri 2020-c

08.10.2026 346
.

Türkmənbaşı görüşü ölkəmizin növbəti diplomatik uğurudur

Azərbaycanın regional və beynəlxalq siyasətdə mövqeyi daha da möhkəmlənir. Bunu Türkmənistanın Türkmənbaşı şəhərinin "Avaza" milli turizm zonasında keçirilən Müstəqil Dövlətlər Birliyinin Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclasında görmək oldu. Qeyd edək ki, Müstəqil Dövlətlər Birliy

12:16 1
.

Prezident MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclasında - Fotolar

Türkmənistanın Türkmənbaşı şəhərində MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclası keçirilir. "Qafqazinfo" xəbər verir ki, Azərbaycan Prezidenti İlham Əliyev tədbirdə çıxış edib

10:10 104
.