"Space TV"nin yayımı 6 saatlıq dayandırılacaq - Bu çıxışa görə
Bu gün Azərbaycan Respublikası Audiovizual Şurasının onlayn iclası keçirilib. İclasda "Space TV" kanalının efirində qanunvericiliyin pozulması faktı müzakirə edilib.
"Qafqazinfo" xəbər verir ki, 11 sentyabrda kanalın efirində 08.00-09.30 arası yayımlanan "Xəbərin izində" proqramının aparıcısı Səidə Bəkirqızı tərəfindən Ağdamda 16 yaşlı məktəbli qıza qarşı baş vermiş cinsi zorakılıqla bağlı xəbər təqdim olunarkən və şərh edilərkən "Media haqqında" Azərbaycan Respublikasının Qanununun 14.1.4-cü (ayrı-seçkilik təbliğ olunmamalıdır) və 14.1.9-cu (nifrət çıxışlarına yol verilməməlidir) maddələrinin tələbləri pozulub.
Şura aparatının Audiovizual proqramların monitorinqi və təhlili şöbəsinin mütəxəssisləri tərəfindən fakt ayrı-seçkiliyin təbliği və nifrət çıxışı kimi qeydə alınıb, daha sonra müvafiq prosedurlara uyğun olaraq Audiovizual Şuranın hüquqşünasları tərəfindən də pozuntu faktı kimi təsdiq olunub.
Audiovizual Şuranın üzvləri aparıcının baş vermiş və istintaqı aparılan cinayət hadisəsini şərh edərkən həmin hadisənin törədildiyi bölgə və həmin bölgə əhalisi haqqında xoşagəlməz fikirlər səsləndirməsinin, qanunvericiliyə və jurnalistikanın etik prinsiplərinə məhəl qoymadan emosional formada cinayətin təfərrüatlarının efir vasitəsilə araşdırılmasının, bunu edərkən hər hansı yaşayış məntəqəsinin adının hallandırılmasının, cinayətin törədilməsinin həmin məkanla əlaqələndirilməsinin yolverilməz olduğunu bildiriblər.
"Space TV" redaksiyası tərəfindən yayımda aparıcının çıxışının zorakılığa çağırış və təbliğ məzmunlu hissəsinin səsi məhdudlaşdırılsa da, efirə gedən parçada kifayət qədər pozuntu və nifrət nitqi halları biruzə verib. Qeyd olunanları nəzərə alaraq, Audiovizual Şuranın üzvləri 16 sentyabr 2025-ci il tarixində həmin proqramın yayımı zamanından başlayaraq 6 saat müddətində (saat 08.00-dan 14.00-dək) "Space TV" kanalının yayımının dayandırılması haqqında yekdilliklə qərar qəbul ediblər.
Bundan əlavə, Audiovizual Şura üzvləri aparıcı Səidə Bəkirqızı tərəfindən proqramın həmin hissəsinin (efir zamanı səsi verilməyən zorakılığa çağırış məzmunlu hissə də daxil olmaqla) sosial şəbəkə hesabları vasitəsilə yayımlanması halını qəti surətdə pisləyib, bunu jurnalist etikasına uyğun olmayan və peşəkarlıqldan uzaq bir hərəkət kimi qiymətləndiriblər.
Audiovizual Şura bir daha, bütün yayımçılardan yayımı zamanı qanunvericiliyin tələblərinə riayət edilməsinin təmin olunmasını tələb edir və bu istiqamətdə redaksiya heyəti ilə, xusüsən də aparıcılar ilə izahedici işin aparılmasını ciddi tövsiyə edir.
Kanalın yayımına məhdudiyyətə səbəb olan həmin çıxışı təqdim edirik:
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 1343 Tarix: 13 sentyabr 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşBakının bu rayonunda 30 bina söküləcək
"Nəsimi rayonunda qəzalı vəziyyətdə olan və istismar müddətini başa vurmuş 30-a yaxın yaşayış binasının sökülməsi nəzərdə tutulur". "Qafqazinfo" -ə istinadən xəbər verir ki, bunu Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC) sədri Vüqar Oruc açıqlayıb. Onun sözlərinə görə, sökünt
15:46 0 Bəhruz Quliyev: Vahid məktəbli forması və intizam qaydaları dünyəvi təhsilin və milli təhlükəsizliyin tələbidir
"Vahid məktəbli formasının tətbiqi və təhsil müəssisələrində intizam qaydalarının qorunması hər bir dövlətin təhsil siyasətinin mühüm tərkib hissəsidir. Məktəb, ilk növbədə, bilik və tərbiyə ocağıdır. Burada əsas məqsəd şagirdlər arasında bərabərliyi təmin etmək, vahid intizam mühiti formalaşdırma
11:54 168 Prezident Hindistanın yeni səfirini qəbul etdi - Fotolar
Azərbaycan Prezidenti İlham Əliyev bu gün Hindistanın ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Abhay Kumarı qəbul edib. "Qafqazinfo" xəbər verir ki, səfir etimadnaməsini dövlət başçısına təqdim edib. Abhay Kumar ikitərəfli münasibətlərin inkişafı üçün səylərini əsirgəməyəcəyin
14:04 125 Trampın kürəkəninə qarşı iddia qaldırıldı
"Citizens for Responsibility and Ethics" təşkilatı (CREW) ABŞ Prezidentinin kürəkəni Cared Kuşnerə qarşı məhkəmə iddiası qaldırıb. "Yeni Sabah" xəbər verir ki, CREW onu qeyri-qanuni diplomatik funksiyaları yerinə yetirməkdə ittiham edir. Təşkilat nümayəndələri təyinat üçün tələblə
15.10.2026 384 AQEM-in Bakı Zirvə Toplantısı Azərbaycanın beynəlxalq nüfuzunu daha da artırır
Azərbaycan müasir beynəlxalq münasibətlər sistemində etibarlı tərəfdaş kimi tanınır və dünyada böyük etimad qazanıb. Ölkəmiz xarici siyasətində milli maraqlar və beynəlxalq hüquq normaları ilə yanaşı, sülh, sabitlik, inkişaf və qarşılıqlı faydalı əməkdaşlıq kimi meyarları da əsas götürür, beynəlxal
10:44 177 "Məktəbli forması vahid təhsil mühitinin qorunmasına xidmət edir" - RƏY
"Məktəbli forması bütün dünyada qəbul olunmuş bir yanaşmadır. Müxtəlif ölkələrin özünəməxsus məktəbli geyim forması və bu sahədə müəyyən etdiyi qaydalar var. Şagirdlərin vahid forma ilə məktəbə gəlməsi təhsil müəssisələrində ümumi nizamın qorunmasına, vahid təhsil mühitinin formalaşmasına və məktəblilə
14:31 117 Süni intellekt işimizi əlimizdən alacaq, yoxsa işimizi dəyişəcək?
Bir vaxtlar kompüterlərin ofislərə daxil olması da narahatlıq doğururdu. İnsanlar düşünürdülər ki, görəsən, bu texnologiya onların işini əllərindən alacaqmı? Ardınca internet, elektron hökumət, onlayn bankçılıq və müxtəlif avtomatlaşdırılmış sistemlər həyatımıza daxil oldu. İndi isə gündəmin əsas mövzularında
13:56 141 Qoşqar Bəylərov: Məktəbdə vahid geyim qaydaları nizam-intizamı və bərabərliyi təmin edir
"Məktəblərdə vahid geyim formasının tətbiqi lazımdır və bunun müəyyən əsasları da var. Çünki məktəb, ilk növbədə, təhsil və tərbiyə müəssisəsidir. Xüsusilə azyaşlı şagirdlərin təhsil aldığı mühitdə vahid geyim standartlarının müəyyən edilməsi nizam-intizamın qorunması, şagirdlər arasında geyiml
14:15 129 Yuxuda danışmaq hansı hallarda sağlamlıq probleminin əlaməti ola bilər?
Yuxuda danışmaq bir çox insanda müşahidə olunan və əksər hallarda təhlükəli sayılmayan haldır. İnsan yuxu zamanı pıçıldaya, anlaşılmaz sözlər deyə, hətta qarşısındakı şəxslə söhbət edirmiş kimi görünə bilər. Lakin bu vəziyyət tez-tez təkrarlanırsa və başqa əlamətlərlə müşayiət olunursa, sağlamlıqla bağl
13:51 135