"Avroviziya 2026" ləğv edilmək təhlükəsi altındadır

"Avroviziya 2026" ləğv edilmək təhlükəsi altındadırNiderland "Avroviziya 2026"nı boykot etməyi düşünür.

Axşam.az xəbər verir ki, ölkənin "AVROTROS" yayım şirkəti müsabiqədə imtina barədə məlumat yayıb. Bildirilib ki, buna səbəb Qəzza zolağında davam edən münaqişə fonunda İsrailin iştirak etməsi olub.

"Mövcud şəraitdə baş verənlərin ciddi humanitar nəticələrini nəzərə alaraq, biz artıq İsrailin iştirakına haqq qazandıra bilmərik" deyə, məlumatda yazılıb.

Bundan əlavə, Niderland tərəfi mətbuat azadlığının məhdudlaşdırılmasından və İsrail hakimiyyətinin "Avroviziya 2025"in təşkilinə guya müdaxiləsindən narahatlığını bildirib. Yayımçının sözlərinə görə, müsabiqədən siyasi məqsədlər üçün istifadə edilib ki, bu da onun ruhuna ziddir.

İspaniya hakimiyyəti də analoji mövqedən çıxış edib. Mədəniyyət naziri Ernest Urtasun və baş nazir Pedro Sançes açıq şəkildə İsraili iştirakçılar siyahısından çıxarmağa çağırıblar. Madriddən sonra İrlandiya və Sloveniyadakı televiziya şirkətləri mümkün boykotu dəstəkləyiblər. İrlandiyanın RTE telekanalı İsrailin iştirakını "əxlaqsızlıq" adlandırıb.

Qeyd edək ki, 70-cisi keçiriləcək "Avroviziya" müsabiqəsi 2026-cı ilin mayına planlaşdırılıb. Musiqili tədbirin ev sahibi Vyana olacaq. Avstriyanın paytaxtı üçüncü dəfə bu foruma ev sahibliyi edəcək.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 691   Tarix: 13 sentyabr 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

İran ABŞ ilə birbaşa danışıqlar tələbini təkzib etdi

Rəsmi Tehran danışıqların bərpası üçün ABŞ prezidenti Donald Trampa müraciət etməyib, lakin vasitəçilər vasitəsilə əlaqələrə müsbət yanaşır. xəbər verir ki, IRIB teleradioşirkəti adı açıqlanmayan rəsmi mənbəyə istinadən məlumat yayıb. "Biz Birləşmiş Ştatlarla yeni danışıqlar mərhələsi tələb etməmişik

12.07.2026 191
.

"Gözümə gün düşdü" - Aşan avtobusun sürücüsü DANIŞDI+VİDEO Unikal

Xəbər verdiyimiz kimi, Zaqatala-Bakı marşrutu üzrə hərəkət edən iritutumlu sərnişin avtobusu aşıb. "Qafqazinfo" xəbər verir ki, həmin avtobusun sürücüsü Ramil Abışov hadisə ilə bağlı danışıb. O, qəza anını belə təsvir edib:. "Restorandan çıxıb gəlirdim, hava təzə-təzə işıqlanırdı. Gözüm

12.07.2026 416
.

Estoniya Rusiya ilə sərhəddə hərbi şəhərcik inşa etmək niyyətindədir

Estoniya hakimiyyəti Rusiya ilə həmsərhəd Narvada ilk hərbi şəhərcik inşa etmək niyyətindədir və burada Müdafiə Qüvvələrinin təxminən 200 hərbi qulluqçusundan ibarət bölməsinin yerləşdirilməsi planlaşdırılır. "Report" xəbər verir ki, bu barədə ERR agentliyinə müsahibəsində Estoniya Müdafi

12.07.2026 222
.

CNN: Oman Hörmüz boğazında gəmiçiliyin iki sahəyə bölünməsini təklif edib

Oman Maskatda keçirilən danışıqlar zamanı İrana Hörmüz boğazında gəmiçiliyin iki sahəyə bölünməsini təklif edib. "Report" xəbər verir ki, bu barədə CNN telekanalı mənbəyə istinadən məlumat yayıb. "Oman sularından keçən cənub marşrutu üzrə gəmilərin sərbəst hərəkəti təmin ediləcək. İra

12.07.2026 179
.

"Zibil" ifadəsi Paşinyanı məhkəməyə apardı - keçmiş deputata iddia qaldırıldı

Ermənistanın Baş naziri Nikol Paşinyan "Mənim Addımım" fraksiyasından olan keçmiş deputat Sofiya Ovsepyana qarşı mülki iddia qaldırıb. xəbər verir ki, TASS-ın Datalex məhkəmə qeydləri sisteminə istinadən yaydığı məlumata görə, baş nazir təxminən 16,2 min ABŞ dollarına bərabər olan 6 milyo

09:27 67
.

Səhvən su əvəzinə sirkə turşusu içdi

Ağdamda sirkə turşusundan zəhərlənən gənc qız Bakıya göndərilib. BİG.AZ "Qafqazinfo"ya istinadən xəbər verir ki, hadisə rayonun Əfətli kəndində qeydə alınıb. Kənd sakini, 2008-ci il təvəllüdlü Aytac Hüseynova gecə saatlarında su əvəzinə bilməyərəkdən sirkə turşusu içib. Yaxınları tərəfində

12.07.2026 292
.

Trampa qarşı sui-qəsd cəhdi olsa, İrana "minlərlə raket zərbəsi" endirilə bilər

ABŞ Prezidenti Donald Tramp bildirib ki, Tehran tərəfindən ona qarşı sui-qəsd cəhdi olsa, ABŞ İrana "minlərlə raket zərbəsi" endirəcək. "Report" xəbər verir ki, bu barədə Ağ Evin rəhbəri "Truth Social" sosial şəbəkə hesabında yazıb. "Min raket istifadəyə hazırdır v

12.07.2026 180
.

Həftənin ilk iş gününün havası AÇIQLANDI

Sabah Bakıda və Abşeron yarımadasında hava əsasən yağmursuz olacaq. Mülayim şimal-qərb küləyi əsəcək. BİG.AZ xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Havanın temperaturu gecə 20-25, gündüz 30-35 isti olacaq. Atmosfer təzyiqi 757 mm civə sütunu təşkil edəcək. Nisbi rütubə

12.07.2026 304
.

İran XİN: BMT TŞ-nin nüvə proqramı ilə bağlı qətnaməsinin müddəti bitib

İran Xarici İşlər Nazirliyinin (XİN) sözçüsü İsmayıl Bəqai BMT Təhlükəsizlik Şurasının (TŞ) İslam Respublikasının nüvə proqramı ilə bağlı son iclasını tənqid edib. "Report" ISNA-ya istinadən xəbər verir ki, İ. Bəqai iclasın ABŞ, Böyük Britaniya və Fransanın tələbi ilə keçirildiyini bildirib

12.07.2026 223
.

TOP MP3