ABŞ-də öldürülən fəal Kirkin arvadı ilk dəfə ictimaiyyət qarşısında danışdı: Ərinin qətl səbəbini açıqladı
ABŞ-də qətlə yetirilən siyasi fəal Çarli Kirkin həyat yoldaşı Erika Kirk ilk dəfə ictimaiyyət qarşısında çıxış edib.
Bu barədə Oxu.Az CNN-ə istinadən xəbər verir.
Çıxışından əvvəl qadın səssiz şəkildə dua edib.
Erika Kirk ərinin işini və irsini davam etdirəcəyini, onun siyasi hərəkatını dəstəkləyəcəyini vəd edib. O, həmçinin Kirkin davamçılarını kilsə icmasının üzvləri olmağa çağırıb və mərhum ərinə and içib.
"Çarli, söz verirəm ki, sənin irsinin ölməsinə heç vaxt icazə verməyəcəyəm. Söz verirəm ki, "Turning Point USA"i bu ölkənin tarixində ən böyük təşkilata çevirəcəyəm", - deyə o, ərinin ruhuna müraciətlə bildirib.
Erika Kirk, həmçinin ABŞ-nin vitse-prezidenti Cey Di Vens və həyat yoldaşı Uşa Vensə "Kirki evə qaytardıqlarına" və ona dəstək olduqlarına görə təşəkkür edib. Qadın, eyni zamanda, mərhum ərinin tərəfdaşı Donald Trampa da müraciət edib.
"Cənab prezident, ərim sizi sevirdi. Və o bilirdi ki, siz də onu sevirsiniz. Sizin dostluğunuz heyrətamiz idi. Siz ona çox gözəl dəstək olurdunuz, necə ki o sizə", - deyə Erika qeyd edib.
Erika Kirk hesab edir ki, ərinin qətlinə görə məsuliyyət daşıyanlar onun işinə müdaxilə etmək istəyənlərdir.
"Ərimin qətlində məsul olan bədxahlar nə etdiklərinin fərqində deyillər. Onlar Çarlini vətənpərvərliyi, imanı və mərhəmətli ilahi sevgini təbliğ etdiyi üçün öldürdülər", - deyə qadın vurğulayıb.
Erika əminliyini ifadə edib ki, ərinin ölümü ölkədəki mühafizəkar ictimai hərəkatı yalnız canlandıracaq.
"Əgər əvvəllər ərimin fəaliyyətinin böyük təsir göstərdiyini düşünürdünüzsə, o zaman bütün ölkə daxilində nəyi oyandırdığınızı təsəvvürünüzə gətirə bilməzsiniz", - deyə Erika Kirk ərinin rəqiblərinə müraciət edərək bildirib.
Bununla bağlı fəalın arvadı əmin edib ki, onun təsis etdiyi mühafizəkar "Turning Point USA" ictimai təşkilatı əvvəlkindən daha fəal işləyəcək. Təşkilat 2012-ci ildə təsis edilib və əsasən, ABŞ məktəblərində və universitetlərində mühafizəkar ideyaların və dəyərlərin populyarlaşdırılması mövqeyindən çıxış edir.
Xatırladaq ki, Çarli Kirk Yuta ştatında universitetdə çıxışı zamanı güllələnib. Mühafizəkar siyasi fəal və publisist, "Turning Point USA" təşkilatının yaradıcısı tələbələr arasında azad bazar, məhdud hökumət və "ənənəvi dəyərlər" ideyalarını təbliğ edirdi.
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 760 Tarix: 13 sentyabr 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşKazinoda 10 min dollar udan, həyat yoldaşının vəfatından sonra çox yaşamayan bəstəkar
Azərbaycan musiqisində elə imzalar var ki, onların bəstələri illər keçsə də, yaddaşlardan silinmir. Bəzən mahnını hamı tanıyır, zümzümə edir, amma onun müəllifinin adı yeni nəsil üçün o qədər də tanış olmur. Belə sənətkarlardan biri də bəstəkar Ruhəngiz Qasımovadır. "Unudulan sənətkarlar" rubrikasınd
08.10.2026 449 İlham Əliyev Türkmənbaşıda konsert proqramında - Video
Xəbər verdiyimiz kimi, bu gün Türkmənistanın Türkmənbaşı şəhərində Azərbaycan Respublikası və Mərkəzi Asiya Dövlət Başçılarının 8-ci Məşvərət görüşü keçirilib. "Qafqazinfo" xəbər verir ki, Prezident İlham Əliyev görüşdən sonra baş tutan konsert proqramında iştirak edib. Həmin görüntüləri təqdi
08.10.2026 251 Prezident Türkmənistanda Paşinyanla söhbətləşdi - Foto
Xəbər verdiyimiz kimi, Türkmənistanın Türkmənbaşı şəhərində Azərbaycan və Mərkəzi Asiya dövlət başçılarının 8-ci Məşvərət görüşündən sonra konsert proqramı təşkil olunub. "Qafqazinfo"nun məlumatına görə, Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan konsert zaman
08.10.2026 243 Azərbaycan regionlararası ticarət əlaqələrinin əsas logistika qovşaqlarından birinə çevriləcək
Azərbaycanın Mərkəzi Asiya dövlətləri ilə əlaqələrinin genişləndirilməsi xarici siyasətinin mühüm istiqamətlərindən birini təşkil edir. Bu siyasət çərçivəsində region ölkələri ilə siyasi dialoqun gücləndirilməsi, qarşılıqlı faydalı iqtisadi əlaqələrin genişləndirilməsi və çoxtərəfli əməkdaşlıq mexanizmlərind
08.10.2026 267 "Laçınla bağlı qərarı dəstəklədiklərinə görə minnətdarlığımı bildirirəm" - Yenilənib
"Bu il Müstəqil Dövlətlər Birliyi 35 illiyini qeyd edir". "Qafqazinfo" xəbər verir ki, bu barədə Prezident İlham Əliyev MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclasında çıxışı zamanı bildirib. "Son illər ərzində MDB siyasi dialoqun aparılması, qarşılıqlı faydalı əməkdaşlığı
11:00 0 Cəbrayılda 26 yaşlı çoban minaya düşdü
Cəbrayıl rayonu Dağmaşanlı kəndi ərazisində mina partlayışı olub. xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi, Baş Prokurorluq və Minatəmizləmə Agentliyi (ANAMA) birgə məlumat yayıb. Bildirilib ki, 200-ci il təvəllüdlü Cəbrayıl rayon sakini Qəhrəmanov Orxan Əşrəf oğlu minalardan təmizlənməmi
08.10.2026 240 Paytaxtın mərkəzi yollarından biri üç gecə bağlı olacaq
Bakı şəhərinin Nizami rayonu, Heydər Əliyev prospekti ilə Bəşir Bünyadov küçəsinin kəsişməsindəki yol qovşağında nəqliyyat vasitələrinin hərəkəti tam məhdudlaşdırılacaq. -ın əldə etdiyi məlumata görə, qeyd olunan yol qovşağında oktyabrın 9-u saat 23:00-dan oktyabrın 10-u saat 07:00-dək, oktyabrın 10-
10:41 102 Əcnəbiyə uran satmaq istəyən şəxs saxlanıldı
Gürcüstanda uran-238-i əcnəbiyə satmağı planlaşdıran şəxs saxlanılıb. xəbər verir ki, bu barədə Interpressnews məlumat yayıb. Məlumata görə, şübhəli şəxs radioaktiv maddənin satışından 700 min dollar əldə etməyi planlaşdırıb. Hesabatda bildirilir ki, Gürcüstan Dövlət Təhlükəsizlik Xidmətinin əks-kəşfiyya
10:55 86 Kosmosda ilk dəfə insanların rentgen şəkilləri çəkildi
"Fram2" kommersiya missiyası zamanı ilk dəfə kosmosda insanların diaqnostika üçün yararlı rentgen görüntüləri əldə edilib. Təcrübə gələcək Ay və Mars uçuşlarında astronavtların müayinəsi üçün yeni imkanlar açır. xarici mediaya istinadla xəbər verir ki, araşdırmada üç ekipaj üzvü iştirak edib
08.10.2026 237