DİQQƏT: Hibrid avtomobillər üçün tətbiq edilən güzəştlərin məhdudlaşdırılması gözlənilir

DİQQƏT: Hibrid avtomobillər üçün tətbiq edilən güzəştlərin məhdudlaşdırılması gözlənilirArtıq insanlar yalnız ehtiyac üçün deyil, həm də komfort, müstəqillik və sosial status üçün avtomobilə yönəlirlər. Maddi imkanları artan insanlar müasir, komfortlu və təhlükəsiz avtomobillərə üstünlük verirlər.

Bu ilin birinci yarısında Azərbaycan 960.709 milyon ABŞ dolları dəyərində 51 727 ədəd müxtəlif təyinatlı avtomobil idxal edib. Dövlət Gömrük Komitəsinin məlumatına görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 23.3% çoxdur. Hazırda Bakıda avtomobil idarə etmək nə qədər çətin olsa da, avtomobil sevgimiz azalmır ki, azalmır. Yollardakı sıxlığa, parkinq qiymətlərinə baxmayaraq, avtomobilə maraq artan templə davam edir. Statistikadan görünür ki, Azərbaycana gətirilən avtomobillərin həm sayı artır, həm də dəyəri. Maraqlıdır, avtomobil sevgimizin kökündə nə dayanır?

Oxu.Az mövzu ilə bağlı "Kaspi" qəzetinin məqaləsini təqdim edir:

Sürət, zaman və status arzusu

Texnika elmləri üzrə fəlsəfə doktoru, dosent Fərhad Eyyubov bildirir ki, insanların avtomobilə olan marağının kökündə əsasən zaman qazanmaq arzusu dayanır: "Məsələyə bir qədər fəlsəfi yanaşsaq, görərik ki, bunun əsas səbəblərindən biri vaxt qazanmaq istəyidir. Müasir insan üçün vaxt ən dəyərli resurslardan biridir. Avtomobil isə bu zamanı idarə etməyin, ona nəzarət etməyin bir vasitəsi kimi çıxış edir. Bir yerdən digər yerə daha sürətli getmək, günün planına uyğun hərəkət etmək üçün fərdlər şəxsi nəqliyyatı seçirlər. Azərbaycanda avtomobilə maraq son illərin tendensiyası deyil. Təxminən 10-15 il əvvəl də ölkəyə böyük sayda nəqliyyat vasitələri idxal olunurdu. İnsanların maddi vəziyyəti nisbətən yaxşılaşıb, kredit və lizinq imkanları genişlənib. Eyni zamanda ölkədə yol infrastrukturu müasirləşib, bu da avtomobil sahibi olmağı daha mənalı və əlverişli edir. Artıq insanlar yalnız ehtiyac üçün deyil, həm də komfort, müstəqillik və sosial status üçün avtomobilə yönəlirlər".

"Elə ailələr var ki, evlərində iki-üç avtomobil mövcuddur"

Mütəxəssis deyir ki, maddi imkanları artan insanlar müasir, komfortlu və təhlükəsiz avtomobillərə üstünlük verirlər: "Bütün ölkəni şəxsi avtomobillə səyahət etmək, ailəvi istirahətlərə çıxmaq artıq bir çox insanlar üçün həm arzu, həm də reallıq halına gəlib. Bu, təkcə nəqliyyat vasitəsi seçimi deyil, həm də yaşam tərzinin göstəricisidir. Elə ailələr var ki, evlərində iki-üç avtomobil saxlayırlar. Onlardan biri gündəlik bazarlıq, digəri isə istirahət və uzun səfərlər üçün istifadə olunur. Maddi rifah artdıqca avtomobilə olan marağın da yüksəlməsi tamamilə təbiidir".

"Qadın sürücülərin sayı artıb"

O vurğulayır ki, avtomobillərin sayının artmasının növbəti səbəbi cəmiyyətdə qadın sürücülərin sayının artmasıdır: "Əvvəllər qadınlar avtomobildən daha az istifadə edirdilərsə, son illərdə alınan avtomobillərin təxminən 30-40 faizi məhz qadın sürücülər tərəfindən idarə olunur. Bu isə avtomobilə olan marağın cins baxımından da genişlənməsinə səbəb olur. Qadınlarda da həm ehtiyac, həm də maraq formalaşdıqca, ailələrdə birdən çox avtomobilə sahib olmaq adi hala çevrilir".

Avtomobil bazarında müasirliyə keçid

Nəqliyyat eksperti düşünür ki, avtomobillərin dizaynı, rəng seçimi və texniki göstəriciləri müasirləşdiyi üçün bu, alıcıların marağını daha da artırır: "Hazırda Azərbaycanda qeydiyyatda olan nəqliyyat vasitələrinin sayı 1 milyon 750 minə yaxındır. Lakin bu avtomobillərin hamısı istismarda deyil. İnsanlar imkanları olduqca köhnə avtomobillərini satıb yenisini almağa çalışırlar. Ölkədə bu tendensiya getdikcə güclənir və avtomobil bazarında müasirliyə keçid davam edir".

Pozulan tarazlıq, artan tıxac

Mütəxəssisə görə, burada əsas narahatedici məqam ölkədə köhnə avtomobillərin utilizasiyası məsələsidir: "Baxmayaraq ki, bu sahədə xüsusi proqram hazırlanıb, proses çox ləng və qeyri-effektiv gedir. Halbuki, avtomobillərin utilizasiyası təhlükəsizlik, ekologiya və səmərəlilik baxımından vacibdir. Bu proses sürətli icra olunmalıdır ki, biz komfortu zəif, təhlükəsizlik elementləri olmayan avtomobillərdən qurtulaq. Hər il Azərbaycana 100 minə yaxın avtomobil gətirilsə də, utilizasiyaya göndərilən maşınların sayı çox aşağıdır. Bu isə balanssızlıq yaradır. Bir sıra ölkələrdə bu məsələ dövlət səviyyəsində tənzimlənir və daxil olan və çıxan avtomobillər arasında balans qorunur. Bu da öz növbəsində yollarda sıxlığın azalmasına, təhlükəsizliyin və ekoloji vəziyyətin yaxşılaşmasına səbəb olur. Bizdə isə tarazlıq pozulub. Ən ciddi nəticə isə tıxac probleminin kəskinləşməsidir. Çünki alınan avtomobillərin böyük əksəriyyəti paytaxt Bakıya yönəlir. Paradoks ondadır ki, insanlar avtomobil almaqla zaman qazanmaq istəyir, amma tıxaclarda o zamanı daha çox itirirlər".

"Alıcılar və satıcılar tələsir"

Azərbaycan Avtomobil Dilerləri Assosiasiyasının sədri Eyyub Əliyev deyir ki, bu, müsbət və sevindirici haldır: "Statistik göstəricilər də təsdiqləyir ki, son illərdə on ildən artıq yaşı olan avtomobillərin idxalına tətbiq edilən məhdudiyyətlər və utilizasiya proqramının işə düşməsi nəticəsində daha yeni və keyfiyyətli avtomobillərin ölkəyə gətirilməsi prosesi güclənib. Bu, müsbət və sevindirici haldır, çünki həm ekoloji, həm təhlükəsizlik baxımından üstünlükləri olan nəqliyyat vasitələrinin payı artır. Eyni zamanda, 2026-cı ilin yanvarından elektrik və hibrid avtomobillərinə tətbiq edilən güzəştlərin müddətinin bitməsi ehtimalı da hazırkı avtomobil idxalının sürətlənməsinə səbəb olub. Şəxsi proqnozlarıma görə, elektrik avtomobillərinə güzəştlər davam edə bilər, lakin hibridlər üçün bu imkanların məhdudlaşdırılması gözlənilir. Bu səbəbdən, istər alıcılar, avtomobil satıcıları, istərsə də idxalçı şirkətlər yeni avtomobil gətirmək üçün tələsirlər. Bu, gələcək satışlara hazırlıq məqsədi daşıyır".

İnvestisiyalar, yeni taksi parkları...

E.Əliyev vurğulayır ki, avtomobil sayının artması təkcə fərdi şəxslərin marağı ilə bağlı deyil: "Ölkəmizin turizm potensialının artması, xidmət sektorunun genişlənməsi və yeni investisiya layihələrinin həyata keçirilməsi də bu artıma ciddi təsir göstərir. Son dövrlərdə avtomobil satışı ilə məşğul olan şirkətlərin öz parklarını genişləndirməsi, yeni taksi parklarının yaradılması ölkəyə gətirilən avtomobil sayının yüksəlməsində mühüm rol oynayıb".


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 858   Tarix: 14 sentyabr 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Türkiyə XİN Azərbaycanı belə təbrik etdi - Foto

Türkiyə Xarici İşlər Nazirliyi (XİN) Azərbaycanı 9 Noyabr - Dövlət Bayrağı Günü münasibəti ilə təbrik edib. "Qafqazinfo" xəbər verir ki, bununla bağlı nazirliyin sosial media hesabında paylaşım edilib. "9 Noyabr - Dövlət Bayrağı Günü münasibətilə azərbaycanlı qardaş və bacılarımızı təbri

10:33 175
.

Şahzadə Uilyam və Keytin formasında tort hazırladı

Birmingemdə keçirilən "Cake İnternational" şirniyyat sərgisində Britaniya kral ailəsinin üzvləri - şahzadə Uilyam və həyat yoldaşı Keyt Middltonun tam ölçüdə tort fiqurları nümayiş etdirilib. Axşam.az xəbər verir ki, müsabiqənin sosial şəbəkə hesablarında paylaşılan tort fiqurlarını şirniyya

08.11.2026 311
.

Həmkarlar ittifaqlarının kollektivləri Zəfər abidəsini ziyarət ediblər - Foto

Həmkarlar ittifaqlarının kollektivləri Zəfər abidəsini ziyarət ediblər. 8 Noyabr - Zəfər Günü münasibətilə Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının, üzv və tabe təşkilatların kollektivləri Zəfər abidəsini ziyarət ediblər

08.11.2026 253
.

İlham Əliyevin Zəfər Günü müraciəti: Azərbaycanın tarixi Qələbəsi və yeni geosiyasi reallıqların siyasi təhlili

8 Noyabr - Zəfər Günü Azərbaycan tarixinin ən mühüm hadisələrindən biri olmaqla yanaşı, milli dövlətçilik iradəsinin, siyasi qətiyyətin və hərbi qüdrətin təntənəsidir. Prezident İlham Əliyevin Zəfər Günü münasibətilə Azərbaycan xalqına ünvanladığı müraciət bu tarixi hadisənin yalnız keçmişin qürur mənbəy

11:13 162
.

İlham Əliyevin Zəfər Günü müraciəti: Xankəndidən dünyaya verilən güclü Azərbaycan mesajı

8 Noyabr - Zəfər Günü Azərbaycan xalqının milli qürurunun, tarixi ədalətin və dövlətçilik iradəsinin təntənəsidir. Prezident İlham Əliyevin 2026-cı il noyabrın 8-də Xankəndi şəhərindən Azərbaycan xalqına ünvanladığı müraciət isə bu möhtəşəm tarixi Qələbənin siyasi, hərbi və mənəvi əhəmiyyətini bir dah

10:57 172
.

ADY-nin kollektivi Zəfər abidəsini ziyarət edib

"Azərbaycan Dəmir Yolları" (ADY) QSC-nin kollektivi 8 Noyabr - Zəfər Günü münasibətilə Zəfər abidəsini ziyarət edib. "Report" xəbər verir ki, Vətən müharibəsində qazanılan tarixi qələbəmizin rəmzi olan Zəfər abidəsinin önünə gül dəstələri düzülüb, Azərbaycanın ərazi bütövlüyü və suverenliy

08.11.2026 274
.

Bakıda hündür ağac bahalı avtomobilin üzərinə aşdı (FOTO)

Bakıda hündür ağac güclü külək nəticəsində maşının üzərinə aşıb. -ın əldə etdiyi məlumata görə, ağac Suraxanı rayonunda güclü küləyin əsməsi nəticəsində Denza markalı 88-FA-759 dövlət nömrə nişanlı avtomobilin üzərinə aşıb. Ağacın qaz borusunu sındırması nəticəsində o da avtomobilin üzərinə düşüb. Avtomaşın

13:50 59
.

Şuşada Zəfər Günü atəşfəşanlıqla qeyd olunub

Zəfər Günü və Şuşa Şəhər Günü münasibətilə Şuşada atəşfəşanlıq təşkil olunub. "Report"un Qarabağ bürosu xəbər verir ki, Şuşa səması al-əlvan rənglərə boyanaraq, sakinlərin bayram əhval-ruhiyyəsini daha da rövnəqləndirib

08.11.2026 296
.

Bakıda bayram ab-havası - Hərbçilər yürüş edir+ Fotolar

9 Noyabr - Dövlət Bayrağı Günü münasibətilə Bakının mərkəzi küçə, prospekt və meydanlarında hərbi orkestrlərin müşayiəti ilə yürüşlər təşkil edilir. "Qafqazinfo" xəbər verir ki, saat 11:00-dan 13:00-dək hərbi qulluqçular aşağıdakı marşrutlar üzrə yürüş edəcəklər:. - Heydər Əliyev Sarayı - Bülbü

11:52 164
.