Qrossmeyster Teymur Rəcəbov Ferrari pilotları ilə şahmat taxtasında görüşdü

Qrossmeyster Teymur Rəcəbov Ferrari pilotları ilə şahmat taxtasında görüşdüFormula 1 Qatar Airways Azərbaycan Qran Prisi 2025 ərəfəsində Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin təşəbbüsü ilə idman və mədəniyyətin qovuşduğu unikal bir layihə həyata keçirildi. Azərbaycanın dünya şöhrətli şahmat ustası, FIDE Dünya Kubokunun qalibi, şahmat üzrə qrossmeyster Teymur Rəcəbov Ferrari komandasının ulduz pilotları – Lewis Hamilton və Şarl Lekler ilə dostluq oyunu keçirdi.

BiG.AZ xəbər verir ki, bu eksklüziv görüş Azərbaycan Qran Prisi 2025 ərəfəsində Bakı Şəhər Halqasının Paddock ərazisində baş tutdu. Layihə şahmatın strateji düşüncə və intellektual gücü ilə Formula 1-in sürət və texnologiyaya əsaslanan dünyasını bir araya gətirərək iki idman növünün ortaq dəyərlərini – dəqiqlik, diqqət və taktikanı – ön plana çıxardı.

Oyunun sonunda qrossmeyster Teymur Rəcəbov pilotlara Azərbaycan xalçaçılıq sənətinin incəliklərini və şahmat mədəniyyətini özündə birləşdirən xüsusi hazırlanmış xalçaları təqdim etdi. Bu simvolik hədiyyə həm qədim ənənələrin, həm də müasir yaradıcılığın parlaq təcəssümü kimi qlobal auditoriyaya təqdim olundu.

Görüşdən hazırlanmış video artıq Scuderia Ferrari-nin rəsmi "Instagram" səhifəsində paylaşılaraq milyonlarla azarkeşə təqdim olunub və beynəlxalq auditoriya tərəfindən böyük maraqla izlənilir.


BiG.Az
Telegramda izləyin
İdman   Baxılıb: 688   Tarix: 19 sentyabr 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

"UFC Fight Night Baku": Nazim Sadıxov ilk raundda nokaut oldu

Bakıda keçirilən "UFC Fight Night Baku" turnirində növbəti təmsilçimiz oktaqona çıxıb. xəbər verir ki, yüngül çəki dərəcəsində təmsilçimiz Nazim Sadıxov (70.76 kq) Braziliyadan olan Mateus Kamilo ilə (70.76) qarşılaşıb. O, braziliyalı rəqibinə ilk raundda nokautla uduzub. Qeyd edək ki, dah

27.06.2026 285
.

"Milan" 40 yaşlı Luka Modriçə yeni mövsüm üçün müqavilə təklif edib

"Luka Modriç "Milan"la müqaviləsinin müddətini uzada bilər. "Report" "La Gazzetta dello Sport"a istinadən xəbər verir ki, İtaliya klubu 40 yaşlı xorvatiyalı yarımmüdafiəçiyə yeni sözləşmə təklif edib. Tərəflər arasında danışıqlar davam edir və yaxın günlərdə yekun qəra

05.07.2026 224
.

DÇ-2026: İngiltərə 1/4 final mərhələsinə yüksəldi

DÇ-2026-nın 1/8 final mərhələsində növbəti oyun keçirilib. Qaynarinfo xəbər verir ki, Meksika millisi İngiltərə ilə üz-üzə gəlib. Oyun Bakı vaxtı ilə saat 05:00-da start götürüb. Görüşə Meksika millisi daha fəal başlasa da hesabı ingilislər açıb. 36-cı dəqiqədə Sakanın ötürməsindən sonra Bellinqem top

06.07.2026 217
.

Kolumbiya milli komandasının oyunçusu təhdid edilir

Kolumbiya Futbol Federasiyası (FCF) 2026-cı il dünya çempionatının İsveçrəyə qarşı 1/8 final matçında məğlubiyyətdən (0-0, penaltilərdə 3-4) sonra yarımmüdafiəçi Haminton Kampasa və onun ailəsinə qarşı təhdidləri pisləyən bəyanatla çıxış edib. -ın xəbərinə görə, bu barədə "Championship" nəşr

12.07.2026 152
.

Peruda 500-dən çox körpəyə Erlinq Holand adı verilib

2026-cı il futbol üzrə dünya çempionatı zamanı Peruda yüzlərlə yeni doğulan körpə Norveç millisinin ulduzu Erlinq Holandın şərəfinə adlandırılıb. xəbər verir ki, bu barədə "L'Equipe" nəşri Peru Vətəndaş Vəziyyəti Aktlarının Qeydiyyatı Xidmətinə istinadən məlumat yayıb. Qeyd olunub ki

12.07.2026 143
.

"Qarabağ" mövsümə darmadağınla başladı - Yenilənib

Bu gün Azərbaycan təmsilçisi "Qarabağ" Avropa Liqasının 2026/27 mövsümündə mübarizəyə başlayır. "Qafqazinfo" xəbər verir ki, Ağdam təmsilçisi 1-ci təsnifat mərhələsi çərçivəsində İslandiya "Vestri"si ilə ilk oyuna çıxacaq. Saat 20:00-da başlayacaq Tofiq Bəhramov adına Respublik

09.07.2026 525
.

Ronaldinyo peşəkar futbolçu karyerasını bərpa edir

Braziliya yığmasının və "Milan"ın sabiq yarımmüdafiəçisi Ronaldinyo futbola qayıdacaq. Bu barədə "Report" İtaliyanın ixtisaslaşmış "Gazzetta dello Sport" nəşrinə istinadən xəbər verir. Mənbənin məlumatına görə, 46 yaşlı futbolçu İtaliya C Seriyasında çıxış edən "Ravenna"

21.06.2026 298
.

"UFC Fight Night Baku"da Tahir Abdullayevdən İLK QƏLƏBƏ

Bakıda keçirilən "UFC Fight Night Baku" turnirinə start verilib. xəbər verir ki, ilk döyüşdə azərbaycanlı Tahir Abdullayev oktaqona çıxıb. O, Braziliyadan olan rəqibi Ceferson Nasimentonu döyüşün üçüncü raundunda məğlub edib. Xatırladaq ki, Milli Gimnastika Arenasında keçirilən "UFC Figh

27.06.2026 271
.

"UFC Fight Night Baku": Qazaxıstanlı Almabayev qələbə qazandı

Mütləq Döyüş Çempionatının (UFC) Bakıda təşkil olunan turnirində növbəti görüş baş tutub. xəbər verir ki, turnirin üçüncü əsas qarşılaşmasında Qazaxıstanı təmsil edən Asu Almabayev (57.15 kq) ABŞ-dən olan Çarlz Consonla (56.92 kq) qarşıaşıb. Superyüngül çəkidə keçirilən döyüşdə Asu Almabayev Çarlz Conson

27.06.2026 260
.

TOP MP3