Güləşçimiz Ülvi Qənizadə ikinci dəfə DÜNYA ÇEMPİONU oldu
Xorvatiyanın paytaxtı Zaqrebdə keçirilən güləş üzrə dünya çempionatı sona yaxınlaşır.
Oxu.Az xəbər verir ki, yarışın səkkizinci günündə 72 kq çəki dərəcəsində çıxış edən 26 yaşlı Ülvi Qənizadə finalda fransalı İbrahim Qanemi ilə üz-üzə gəlib.
Güləşçimiz rəqibini 4:2 hesabı ilə məğlub edərək yunan-Roma güləşi üzrə ikinci dəfə dünya çempionu olub.
21:30
Xorvatiyanın paytaxtı Zaqrebdə keçirilən güləş üzrə dünya çempionatının səkkizinci günündə yunan-Roma güləşi üzrə 60, 67 və 87 kq-da mübarizəyə start verilib.
Oxu.Az xəbər verir ki, Murad Məmmədov (63 kq) startda qırğızıstanlı Bayaman Kərimova 8:5 hesabı ilə qalib gəlib.
Azərbaycan güləşçisi növbəti görüşdə son saniyələrdə işlətdiyi fəndlə türkiyəli Kərəm Kamalı üstələyərək (5:3) adını 1/4 finala yazdırıb. Ancaq bu mərhələdə iranlı Mohammad Keştkara uduzub - 0:8.
Həsrət Cəfərov (67 kq) venesuelalı Neyser İdalqoya və avstraliyalı Tsuçika Şimoyamadaya 9:0 hesabı ilə qalib gələrək 1/4 finala yüksəlib. Bu mərhələdə ermənistanlı Slavik Qalstyandan güclü olan (4:3) Həsrət yarımfinalda qırğızıstanlı Razzak Beyşekeyevlə qarşılaşıb və 3:1 hesablı qələbə ilə dünya çempionatının finalına vəsiqə qazanıb. Cəfərov sabah həlledici qarşılaşmada iranlı olimpiya, dünya və Asiya çempionu Səid Esmailiylə üz-üzə gələcək.
İslam Abbasov (87 kq) belaruslu Stanislav Şafarenkanı tam üstünlüklə (8:0) mübarizədən kənarlaşdırsa da, 1/8 finalda qırğızıstanlı Asan Janişova 3:4 hesabı ilə məğlub olub.
11:29
Bu gün Azərbaycanın 3 güləşçisi Xorvatiyanın paytaxtı Zaqrebdə keçirilən dünya çempionatında mübarizəyə start verəcək.
Oxu.Az xəbər verir ki, yarışın səkkizinci günündə döşək üzərinə çıxacaq yunan-Roma güləşçilərimizdən Murad Məmmədov (63) Bayaman Kərimovla (Qırğızıstan), Həsrət Cəfərov (67kq) Neyser Marimon Hidalqo (Venesuela) ilə İslam Abbasov (87 kq) isə Stanislav Şafarenkoyla (UWW) qarşılaşacaqlar.
Bu gün Ülvi Qənizadə (72 kq) final görüşündə Fransa təmsilçisi İbrahim Qanemə ilə münasibətlərinə aydınlıq gətirəcək.
Nihat Məmmədli (60 kq) və Murad Əhmədiyev (97 kq) bürünc medal uğrunda qarşılaşmalarda mübarizə aparacaqlar.
Qeyd edək ki, hazırda yığmanın aktivində 4 medal var. Giorgi Meşvildişvili (125 kq) gümüş, Eldəniz Əzizli (55 kq), Nürəddin Novruzov (61 kq), Arseniy Djioyev (86 kq) və Osman Nurmaqomedov (92 kq) isə bürünc mükafata sahib çıxıblar.
BiG.Az
Telegramda izləyin
İdman Baxılıb: 903 Tarix: 20 sentyabr 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşAzərbaycan UEFA reytinqində neçəncidir?
Azərbaycanın UEFA reytinqindəki mövqeyi dəyişməyib. Qaynarinfo xəbər verir ki, ölkə 23.687 əmsalla 25-ci pillədə qərarlaşıb. Ötən gün "Qarabağ" UEFA Konfrans Liqasının pley-off mərhələsinin cavab oyununun əlavə vaxtında Bakıda "Tvente"yə uduzub - 1:4. Azərbaycanın cari mövsüm qazandığ
28.08.2026 283 Nyu-Yorkda İnfantinoya qarşı banner peyda oldu
ABŞ-nin Nyu-York şəhərinin Tayms-Skver meydanında Canni İnfantinonun yenidən FIFA (Beynəlxalq Futbol Federasiyaları Assosiasiyası) prezidenti seçilməsinə qarşı banner peyda olub. -ın xəbərinə görə, bu barədə "Daily Mail" nəşri məlumat verib. "FIFA liderə layiqdir, tacirə deyil",
05.09.2026 245 "Qarabağ" braziliyalı yarımmüdafiəçi Dieqo Rosanı icarəyə götürüb
"Qarabağ" klubu Kiprin APOEL komandasından braziliyalı yarımmüdafiəçi Dieqo Rosanı icarəyə götürüb. "Report" klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, 23 yaşlı futbolçu ilə 1 illik müqavilə imzalanıb. Müqaviləyə əsasən icarə müddətinin sonunda Ağdam təmsilçisi futbolçun
30.08.2026 329 "Arsenal" klubu gürcüstanlı futbolçu Andriya Bartişvilini heyətinə qatır
"Sabah"ın UEFA Çempionlar Liqasının əsas mərhələsindəki rəqiblərindən olan İngiltərənin "Arsenal" klubu gürcüstanlı futbolçu Andriya Bartişvilini heyətinə qatır. "Report" xəbər verir ki, bu barədə insayder Fabritsio Romano məlumat yayıb. 17 yaşlı hücumameyilli yarımmüdafiəç
30.08.2026 264 Elvin Cəfərquliyev əməliyyat olundu
UEFA Konfrans Liqasının II təsnifat mərhələsində "Dinamo" (Kiyev) ilə keçirilən cavab qarşılaşmasında zədələnən futbolçumuz Elvin Cəfərquliyev əməliyyat olunub. xəbər verir ki, bu barədə klub məlumat yayıb. Bildirilib ki, avqustun 13-də keçirilən qarşılaşmada zədə alan futbolçunun sol budunu
02.09.2026 397 UEFA Çempionlar Liqası: "Sabah" - "Hapoel Beer-Şeva"
"Sabah" UEFA Çempionlar Liqasının pley-off mərhələsində bu gün cavab qarşılaşmasına çıxacaq. Qaynarinfo-nun məlumatına görə, Valdas Dambrauskasın baş məşqçi olduğu komanda İsrail təmsilçisi "Hapoel" (Beer-Şeva) ilə üz-üzə gələcək. Qarşılaşmaya Tofiq Bəhramov adına Respublika stadionunda
25.08.2026 303 Onlar "Sabah"la oynamaq üçün Bakıya gələcəklər
Azərbaycan təmsilçisi "Sabah"ın UEFA Çempionlar Liqasının liqa mərhələsindəki rəqibləri bəlli olub. "Qafqazinfo" xəbər verir ki, keçirilən püşkatma mərasiminin nəticələrinə əsasən, Masazır təmsilçisi doğma meydanda Kataloniya nəhəngi "Barselona", Almaniyanın "Borussiya"
27.08.2026 444 Mbappedən Messi və Ronaldu barədə möhtəşəm sözlər
Fransalı futbolçu Kilian Mbappe Lionel Messi və Kriştianu Ronaldu barədə fikirlərini bölüşüb. "L'Equipe" nəşrinə istinadən xəbər verir ki, Mbappe argentinalı və portuqaliyalı ulduzların futbolda xüsusi yerə sahib olduqlarını bildirib. "Onlar fərqli dövrə aiddirlər. Öz kateqoriyalarınd
12.09.2026 120 "Barselona" "Sabah"a rəqib oldu - Bakıya gələcək-Video-Yenilənib
Bu gün UEFA Çempionlar Liqasında 2026/27 mövsümünün Liqa mərhələsinin püşkatma mərasimi keçiriləcək. "Qafqazinfo" xəbər verir ki, Monakoda baş tutacaq mərasim Bakı vaxtı ilə saat 20:00-da başlayacaq. Liqa mərhələsinin 36 iştirakçısı 4 səbətə bölünüb. Azərbaycan çempionu "Sabah" 4-c
27.08.2026 591