İranda hicab qanunu ləğv edildi — rejim yeni siyasi reallığı etiraf edir

İranda hicab qanunu ləğv edildi — rejim yeni siyasi reallığı etiraf edirİranın Məsləhət Şurasının üzvü Məhəmmədrza Bahonər bildirib ki, İranda uzun sürən mübarizədən sonra hicab qanunu ləğv edilib. O qeyd edib ki, hüquqi baxımdan hicab qanununun icrası artıq mümkün deyil:

"İranda hicab qanununu icra etməyə daha gərək yoxdur. Hicab taxmaq məcburiyyəti artıq heç bir cərimə, cəza və ya hüquqi nəticə doğurmayacaq. Polisə də bunu çatdırın."

İranda hicab qanununun ləğvi illərlə yığılan ictimai gərginliyin, mədəni toqquşmanın və siyasi zərurətin nəticəsidir. Yəni bu, təkcə bir qanunun dəyişdirilməsi deyil, rejimin ideoloji təməlində baş verən sarsıntının göstəricisidir.

Məsələn, Məhsa Əmininin ölümü fonunda İran cəmiyyətində illərlə yığılan səssiz gərginlik partladı. Həmin vaxt hadisə tək bir qızın faciəsi deyildi, xalqın boğulan nəfəsinin simvolu idi. Rejim uzun müddət qadınların azadlıq tələblərini "əxlaq məsələsi" kimi təqdim edirdi, amma M. Əmininin ölümü bu anlayışı alt-üst etdi. İnsanlar anladılar ki, məsələ hicabdan çox, məcburiyyətin özü ilə bağlıdır.

Bunu BiG.AZ-a açıqlamasında politoloq Turan Rzayev bildirib.

İranda hicab qanunu ləğv edildi — rejim yeni siyasi reallığı etiraf edirO qeyd edib ki, illərlə davam edən etirazlar, minlərlə qadının başörtüsünü açaraq küçələrə çıxması, milyonlarla kişinin səssiz dəstəyi artıq sistemin mövcud forması üçün dözülməz təzyiqə çevrildi. Dövlətin zor gücü ilə prosesi saxlamaq imkanları tükəndi. Cəza və təqib mexanizmləri işləmədikcə, hicab qanunu da mənasını itirdi.

İranda ictimai müqavimət o qədər dərinləşib ki, məcburiyyət mexanizmləri artıq işlək deyil. İnsanlar küçələrdə, universitetlərdə, mağazalarda və ictimai nəqliyyatda bu qanunu faktiki olaraq ləğv ediblər. Dövlət isə indi sadəcə bu reallığı qəbul etməyə məcbur qalıb. Bu mənada Bahonərin "hicab qanununun hüquqi baxımdan icrası mümkün deyil" deməsi formal bəyanatdan çox, rejim daxilindəki yeni siyasi reallığın etirafıdır.

Pezeşkian hökuməti bunu yaxşı anlayır. O, sistemin içindən çıxmış, amma islahatçı imici ilə seçilən bir fiqurdur. Onun dövründə bu kimi qərarların səslənməsi xalqla rejim arasında yeni bir "sakit razılaşma" yaratmaq cəhdidir. Hicab məsələsində geri addım atmaq, rejimin ideoloji itkisi deməkdir. Rejim müəyyən sosial sərbəstliklər verir, amma siyasi sistemin "vilayəti-fəqih" prinsipi toxunulmaz qalır. Bu, rejimin özünü qoruma instinktidir.

Əgər bu addım atılmasa, sərt ideoloji nəzarət davam etsə, sistem bir vaxt sonra iflas edəcək, ardınca gələcək dəyişikliklər bütün strukturu dağıda bilər. Buna görə də sistem "liberallaşma görüntüsü" yaradır, amma əsas dayaqlar — dini rəhbərlik, inqilab keşikçiləri və məhkəmə sistemi — toxunulmaz qalır.

Müqayisə üçün deyək ki, SSRİ süqutuna yaxın, Qorbaçov dövründə yenilənməni siyasi sferadan başlatdı, "qlasnost" və "perestroyka" ideoloji əsasları laxlatdı və sistem özünü yeyən mexanizmə çevrildi. Çin isə əksinə, iqtisadi açılımı ideoloji nəzarət altında saxlayaraq həyata keçirdi. Bazar iqtisadiyyatı tətbiq edildi, amma Kommunist Partiyasının hakimiyyəti sual altına alınmadı. Bununla da sistem çevik, lakin avtoritar bir modelə keçdi.
İranda hicab qanunu ləğv edildi — rejim yeni siyasi reallığı etiraf edirMənə görə, İran bu gün eyni yolu fərqli kontekstdə sınayır. Bu, yeni dövrün "islahatçı avtoritarizmi"dir: xalqın tələblərinə minimum cavab verərək maksimum nəzarəti saxlamaq siyasəti. Çin bunu iqtisadiyyatla etdi, İran isə sosial və dini dəyərlər üzərindən.

Pezeşkian həm də bunu beynəlxalq arenada İranın təcridini yumşaltmaq üçün istifadə edir, xüsusilə Qərblə nüvə danışıqları fonunda. Bu yumşalma İrana müəyyən siyasi dividendlər qazandıra bilər.

Buna baxmayaraq, bu model yalnız qısa müddətdə sabitlik gətirə bilər. Uzunmüddətli baxsaq, paradoks var: İran kimi cəmiyyətlərdə bir dəfə azadlıq qapısı aralandıqda, insanlar onu tam açmaq istəyəcək və rejim bu prosesdə qalib çıxmayacaq.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 1308   Tarix: 06 oktyabr 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

"Başımızın hüzrə qarışmasından istifadə edib uşağın qanını batırmaq istəyirlər..."

"Bakıda sinif yoldaşını qətlə yetirməkdə təqsirləndirilən yeniyetməni məsuliyyətdən yayındırmaq istəyirlər". xəbər verir ki, bunu -a açıqlamasında qətlə yetirilən 2012-ci il təvəllüdlü A.Ağayevin əmisi Zöhrab Ağayev deyib. O iddia edib ki, qətli törətməkdə şübhəli bilinən A.Hüseynovun yaxınlar

15:23 328
.

Qışdan əvvəl evinizdə BUNA baxın - Ölüm təhlükəsi yaradır

"Yayın başa çatması ilə əlaqədar havalar soyumağa başlayır. Bununla da insanlar evlərində istilik sistemlərini işə salırlar. Sobadan, kombidən, kamindən və digər qurğulardan istifadə yenidən gündəlik həyatımıza daxil olur. Ama çox vaxt diqqətdən yayınan, lakin insan həyatı üçün birbaşa təhlükə mənbəyin

12:19 226
.

İran müharibəsi uzanır, neft bahalaşır: Politoloqdan XƏBƏRDARLIQ

ABŞ-nin İrana qarşı hərbi əməliyyatı "çox tezliklə" başa çatacaq. Bunu ABŞ Prezidenti Donald Tramp Ağ Evdə jurnalistlərin suallarını cavablandırarkən bildirib. Tramp İranla hərbi münaqişənin başa çatmasının dünya bazarında yanacağın qiymətlərinin kəskin azalmasına səbəb olacağını yenidən iddi

14:13 218
.

"Biz təkcə qarşılıqlı ticarəti artırmaqla kifayətlənməməliyik" - Yenilənib

"Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə ticarət dövriyyəsi ötən il 50 faizdən çox artıb". "Qafqazinfo" xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev Azərbaycan və Orta Asiya Dövlət başçılarının 8-ci Məşvərət görüşündə çıxışı zamanı deyib. "Bu gün ölkəmizdə Mərkəzi Asiy

12:23 163
.

Kənd məktəblərinə fərqli baxış: Məhdudiyyətlər və imkanlar

"Kənd məktəbi" ifadəsini eşidəndə bəzilərinin ağlına dərhal imkanları məhdud olan məktəb gəlir. Şagird sayı azdır, bəzi resurslar məhduddur, şəhərdəki qədər seçim yoxdur. Bu çətinliklərin bir hissəsi həqiqətən mövcuddur. Lakin kənddə təhsil alan uşağın keyfiyyətli təhsil almaq imkanlarını

16:31 177
.

Prezidentin Türkmənistan səfərindən - Görüntülər - Video

Prezident İlham Əliyevin sosial media hesablarında Türkmənistana işgüzar səfəri ilə bağlı videoçarx paylaşılıb. Həmin paylaşımı təqdim edirik:

21:17 0
.

Cəbrayılda 26 yaşlı çoban minaya düşdü

Cəbrayıl rayonu Dağmaşanlı kəndi ərazisində mina partlayışı olub. xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi, Baş Prokurorluq və Minatəmizləmə Agentliyi (ANAMA) birgə məlumat yayıb. Bildirilib ki, 200-ci il təvəllüdlü Cəbrayıl rayon sakini Qəhrəmanov Orxan Əşrəf oğlu minalardan təmizlənməmi

17:08 181
.

Türkmənbaşıda Azərbaycan və Mərkəzi Asiya liderlərinin görüşündən sonra ziyafət təşkil olunub - VİDEO

Türkmənistanın Türkmənbaşı şəhərində Azərbaycan və Mərkəzi Asiya Dövlət başçılarının 8-ci Məşvərət görüşündən sonra konsert proqramı təşkil olunub. Dövlət başçıları və tədbir iştirakçıları üçün təqdim olunan konsert proqramında müxtəlif musiqi və səhnə nümunələri nümayiş etdirilib. Konsert proqramında

21:26 0
.

Kassada qiymət fərqi ilə insanları aldadırlar - "Bu il 11 sahibkar cərimələndi"

Tez-tez sosial şəbəkələrdə marketlərlə bağlı şikayətlər səslənir. İstehlakçıların qarşılaşdığı problem vitrində başqa, kassada başqa qiymətlə qarşılaşmaqdır. Kassada məhsulun qiyməti 50 qəpik, bir, hətta iki-üç manat artıq hesablanır. Kassirdən soruşduqda isə "vitrindəki qiymət köhnədir", "endiri

19:45 133
.