Tanınmış idmançının direktor olduğu şirkətə 1,8 milyonluq sifariş
Şağan Olimpiya İdman Kompleksi "Klimatex" şirkəti ilə satınalma müqaviləsi bağlayacaq.
Qaynarinfo-nun məlumatına görə, şirkət Şağan Olimpiya İdman Kompleksinin isitmə-soyutma, havalandırma va nəm alma sistemlərini cari təmiri üzrə işlərin satın alınması ilə bağlı keçirilən tenderin qalibi seçilib. Təmir işlərinə görə şirkətə 1 798 240,1 manat ödəniləcək.
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin reyestr məlumatlarından aydın olur ki, "Klimatex" MMC 9 mart 2005-ci ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 220 010 manat olan şirkətin hüquqi ünvanı Bakı şəhəri Nərimanov rayonu, Heydər Əliyev prospekti, ev 27, M2, mənzil 1-də yerləşir. MMC-nin qanuni təmsilçisi Mahmudov İlham Mahmud oğludur.
"Klimatex" MMC-nin rəsmi internet səhifəsində qeyd edilib ki, şirkət 2004-cü ildən fəaliyyət göstərir. MMC-nin fəaliyyət sferasına gəlincə, şirkət Azərbaycanda müasir texnologiyaların tətbiqi ilə əsasən iqlim sahəsində layihələndirmə, quraşdırma və servis işlərini həyata keçirir.
"Klimatex" MMC-nin qanuni təmsilçisi və direktoru İlham Mahmudov tanınmış idmançıdır. O, 2010-cu ildən atıcılıq idmanının "sportinq" növü üzrə Azərbaycan milli komandasının üzvüdür. İki dəfə Azərbaycan çempionu olan İlham Mahmudov həmçinin "Qızıl Patron" yarışmasının qalibi, Bakıda keçirilən Beynəlxalq Grand-Prix yarışmasının və Küveytdə keçirilən Beynəlxalq Grand-Prix yarışmasının 2-ci yeri gümüş mükafatçısı olub.
Bundan başaq, İlham Mahmudov Qəbələdə keçirilən Beynəlxalq Grand-Prix yarışmasında komanda hesabı ilə 3-cü yeri, "Ən yaxşı atıcı" və Şamaxı çempionatında 2-ci yeri tutub.
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 723 Tarix: 06 oktyabr 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş"Başımızın hüzrə qarışmasından istifadə edib uşağın qanını batırmaq istəyirlər..."
"Bakıda sinif yoldaşını qətlə yetirməkdə təqsirləndirilən yeniyetməni məsuliyyətdən yayındırmaq istəyirlər". xəbər verir ki, bunu -a açıqlamasında qətlə yetirilən 2012-ci il təvəllüdlü A.Ağayevin əmisi Zöhrab Ağayev deyib. O iddia edib ki, qətli törətməkdə şübhəli bilinən A.Hüseynovun yaxınlar
15:23 328 Qışdan əvvəl evinizdə BUNA baxın - Ölüm təhlükəsi yaradır
"Yayın başa çatması ilə əlaqədar havalar soyumağa başlayır. Bununla da insanlar evlərində istilik sistemlərini işə salırlar. Sobadan, kombidən, kamindən və digər qurğulardan istifadə yenidən gündəlik həyatımıza daxil olur. Ama çox vaxt diqqətdən yayınan, lakin insan həyatı üçün birbaşa təhlükə mənbəyin
12:19 226 İran müharibəsi uzanır, neft bahalaşır: Politoloqdan XƏBƏRDARLIQ
ABŞ-nin İrana qarşı hərbi əməliyyatı "çox tezliklə" başa çatacaq. Bunu ABŞ Prezidenti Donald Tramp Ağ Evdə jurnalistlərin suallarını cavablandırarkən bildirib. Tramp İranla hərbi münaqişənin başa çatmasının dünya bazarında yanacağın qiymətlərinin kəskin azalmasına səbəb olacağını yenidən iddi
14:13 218 "Biz təkcə qarşılıqlı ticarəti artırmaqla kifayətlənməməliyik" - Yenilənib
"Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə ticarət dövriyyəsi ötən il 50 faizdən çox artıb". "Qafqazinfo" xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev Azərbaycan və Orta Asiya Dövlət başçılarının 8-ci Məşvərət görüşündə çıxışı zamanı deyib. "Bu gün ölkəmizdə Mərkəzi Asiy
12:23 163 Kənd məktəblərinə fərqli baxış: Məhdudiyyətlər və imkanlar
"Kənd məktəbi" ifadəsini eşidəndə bəzilərinin ağlına dərhal imkanları məhdud olan məktəb gəlir. Şagird sayı azdır, bəzi resurslar məhduddur, şəhərdəki qədər seçim yoxdur. Bu çətinliklərin bir hissəsi həqiqətən mövcuddur. Lakin kənddə təhsil alan uşağın keyfiyyətli təhsil almaq imkanlarını
16:31 177 Prezidentin Türkmənistan səfərindən - Görüntülər - Video
Prezident İlham Əliyevin sosial media hesablarında Türkmənistana işgüzar səfəri ilə bağlı videoçarx paylaşılıb. Həmin paylaşımı təqdim edirik:
21:17 0 Cəbrayılda 26 yaşlı çoban minaya düşdü
Cəbrayıl rayonu Dağmaşanlı kəndi ərazisində mina partlayışı olub. xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi, Baş Prokurorluq və Minatəmizləmə Agentliyi (ANAMA) birgə məlumat yayıb. Bildirilib ki, 200-ci il təvəllüdlü Cəbrayıl rayon sakini Qəhrəmanov Orxan Əşrəf oğlu minalardan təmizlənməmi
17:08 181 Türkmənbaşıda Azərbaycan və Mərkəzi Asiya liderlərinin görüşündən sonra ziyafət təşkil olunub - VİDEO
Türkmənistanın Türkmənbaşı şəhərində Azərbaycan və Mərkəzi Asiya Dövlət başçılarının 8-ci Məşvərət görüşündən sonra konsert proqramı təşkil olunub. Dövlət başçıları və tədbir iştirakçıları üçün təqdim olunan konsert proqramında müxtəlif musiqi və səhnə nümunələri nümayiş etdirilib. Konsert proqramında
21:26 0 Kassada qiymət fərqi ilə insanları aldadırlar - "Bu il 11 sahibkar cərimələndi"
Tez-tez sosial şəbəkələrdə marketlərlə bağlı şikayətlər səslənir. İstehlakçıların qarşılaşdığı problem vitrində başqa, kassada başqa qiymətlə qarşılaşmaqdır. Kassada məhsulun qiyməti 50 qəpik, bir, hətta iki-üç manat artıq hesablanır. Kassirdən soruşduqda isə "vitrindəki qiymət köhnədir", "endiri
19:45 133