"Valideynlər nağıl seçərkən uşağın yaşına uyğunluğuna xüsusi diqqət yetirməlidirlər" - Psixoloq
"Uşaqlara yaşlarına uyğun, qorxu və aqressiya dolu olmayan nağıllar oxumaq vacibdir".
Bu sözləri psixoloq Aysel Əzizli BiG.AZ-a bildirib.
O qeyd edib ki, uşaqlara nağıl oxumaq onların emosional, mənəvi və intellektual inkişafında mühüm rol oynayır. Valideynlər nağıl seçərkən onun məzmununa, emosional tonuna və uşağın yaşına uyğunluğuna xüsusi diqqət yetirməlidirlər:
"Nağıllar uşaqlarda empatiya, xeyirxahlıq, ədalət anlayışı və yaradıcılıq bacarığını formalaşdırır. Uşaqlara qəhrəmanlıq, dostluq və ailə dəyərlərini əks etdirən nağıllar oxumaq tövsiyə olunur. Qorxu, zorakılıq və aqressiv səhnələr olan nağıllar isə onların psixikasına mənfi təsir göstərə bilər.
3–6 yaş arası uşaqlar üçün sadə süjetli, xoş sonlu nağıllar daha münasibdir. 7 yaşdan yuxarı uşaqlarda isə artıq yaxşı və pisin fərqini anlama bacarığı formalaşdığından, daha dərin mənalı və tərbiyəedici məzmunlu hekayələr seçilə bilər.
Nağıl dinləmək uşağın təsəvvür dünyasını genişləndirir, dil və nitq qabiliyyətini inkişaf etdirir. Ən önəmlisi isə, valideynin uşaqla birlikdə nağıl oxuması onların emosional bağını gücləndirir.
Hər bir nağılın sonunda uşaqlarla birlikdə onun mənasını müzakirə etsinlər və "bu nağıl sənə nə öyrətdi?" kimi suallar versinlər.
Beləliklə, düzgün seçilmiş nağıl uşağın təkcə fantaziyasını deyil, həm də emosional sabitliyini və dəyərlər sistemini formalaşdırır".
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 814 Tarix: 06 oktyabr 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşAntarktidada nəhəng təhlükə: Dəniz səviyyəsi kəskin yüksələ bilər
Şərqi Antarktidanın buz örtüyü altında dünya okeanının səviyyəsini ciddi şəkildə yüksəldə biləcək nəhəng buz kütləsi yerləşir. Alimlər iqlim dəyişikliyi nəticəsində bu ərazidəki buzlaqların sabitliyini itirə biləcəyi barədə xəbərdarlıq ediblər. xarici mediaya istinadən xəbər verir ki, söhbət Antarktidanı
19:15 130 Uşağın özünə inamını artıran 5 ifadə
Öz sərhədlərini qorumağı, kömək istəməyi və problemləri barədə danışmağı bacarmaq uşağın özünə daha çox güvənməsinə və çətin vəziyyətlərdən daha asan çıxmasına kömək edir. bu 5 ifadəni təqdim edir:. Valideynlər uşaqlara çoxsaylı vacib bacarıqlar öyrədirlər: oxumağı və yazmağı, oyuncaqları yığışdırmağı
19:00 156 Əmlakın bazar dəyəri ilə satış qiyməti niyə fərqlənir?
"Əmlakın qiymətləndirilməsi sadəcə bir rəqəmin müəyyən edilməsi deyil. Bu, əmlakın bazardakı real mövqeyini və iqtisadi dəyərini müəyyənləşdirən, onunla bağlı qəbul ediləcək qərarların əsaslandırılmasını təmin edən peşəkar prosesdir". Bunu BİG.AZ-a açıqlamasında əmlak məsələləri üzrə eksper
16:14 183 Antibiotik qəbul edirsinizsə, BUNU yeməyin
Antibiotik müalicəsi zamanı qidalanmaya da diqqət etmək lazım olduğu müəyyənləşib. Yeni araşdırmaya görə, yüksək şəkərli qidalar antibiotiklərin bağırsaq mikrobiomuna təsirini daha da gücləndirə və faydalı bakteriyaların azalmasına səbəb ola bilər. BİG.AZ xarici mediaya istinadla xəbər verir ki, tədqiqatçıla
15:08 209 Can Yaman dəyişdi
Karyerasını bir müddətdir xaricdə davam etdirən türkiyəli aktyor Can Yaman görünüşündə dəyişiklik edib. Axşam.az xəbər verir ki, aktyor uzun saqqallarını kəsərək yeni görünüşünü paylaşıb. Qeyd edək ki, Can Türkiyədə son olaraq "Bay yanlış" serialında rol alıb. Ekran işinin çəkilişləri 2020-c
21:00 98 Aİ Rusiyaya qarşı fərdi sanksiyaların müddətini uzadıb
Avropa İttifaqı (Aİ) Şurası Rusiyanın xaricdə sabitliyi pozan fəaliyyətlərinə görə məsuliyyət daşıyan şəxslərə qarşı fərdi sanksiyaların qüvvədə olma müddətini bir il - 2027-ci il oktyabrın 9-dək uzatmaq qərarına gəlib. "Report" xəbər verir ki, bu barədə "İnterfaks" Aİ Şurasının kommunikesin
21:15 67 Qışdan əvvəl evinizdə BUNA baxın - Ölüm təhlükəsi yaradır
"Yayın başa çatması ilə əlaqədar havalar soyumağa başlayır. Bununla da insanlar evlərində istilik sistemlərini işə salırlar. Sobadan, kombidən, kamindən və digər qurğulardan istifadə yenidən gündəlik həyatımıza daxil olur. Ama çox vaxt diqqətdən yayınan, lakin insan həyatı üçün birbaşa təhlükə mənbəyin
12:19 229 Azərbaycan və Türkmənistan prezidentləri görüşdü - Foto
Bu gün Türkmənbaşı şəhərində Azərbaycan Prezidenti İlham Əliyevin Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədovla görüşü olub. "Qafqazinfo" xəbər verir ki, söhbət zamanı Azərbaycan Prezidentinin Türkmənistana, Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədovun və Türkmənistan Xalq Məsləhətini
14:23 168 Prezidentin Türkmənistan səfərindən - Görüntülər - Video
Prezident İlham Əliyevin sosial media hesablarında Türkmənistana işgüzar səfəri ilə bağlı videoçarx paylaşılıb. Həmin paylaşımı təqdim edirik:
21:17 75