Ağızda ürək xəstəliklərinin ilk xəbərçisi ola biləcək əlamət AÇIQLANDI

Ağızda ürək xəstəliklərinin ilk xəbərçisi ola biləcək əlamət AÇIQLANDIDiş ətində qanaxma ürək xəstəliyinin gizli siqnalı ola bilər.

Lent.az xarici mediaya istinadla bu əlamətləri təqdim edir:

Diş ətində qanaxma sadəcə ağız gigiyenası problemi deyil

Bir çox insan diş əti xəstəliklərini yalnız ağız boşluğu ilə əlaqələndirir. Amma stomatoloqlar xəbərdarlıq edir: qanayan diş ətləri ürək-damar xəstəliklərinin ilk xəbərçisi ola bilər. Aparılan tədqiqatlar göstərir ki, diş ətinizin vəziyyəti damarların sağlamlığını da əks etdirə bilər.

Stomatoloqun xəbərdarlığı

Cərrah-stomatoloq Andrey Bojiç izah edir ki, davamlı diş əti iltihabı ürək-damar xəstəliklərinin riskini artırır. "Əgər biz şişmiş, qanayan və dişdən ayrılan diş ətləri görürüksə, bu, orqanizmdə davamlı iltihabın göstəricisidir. Bu iltihab yalnız ağız boşluğunda qalmır, həm də damarları, ürəyi və bütün qan dövranını zədələyə bilər".

Orqanizmdə gizli mexanizm

Dişlərdə yığılan lövhə (nalot) infeksiyaya və diş əti iltihabına səbəb olur. Bakteriyalar qana keçərək damarlarda yağ yığıntıları (ateroskleroz) formalaşdıra bilər. Bu proses ürək tutması, insult və digər ürək-damar xəstəliklərinin riskini artırır.

Tədqiqatlar göstərir ki, ağır diş əti xəstəliyi olan insanlarda ürək problemlərinin yaranma ehtimalı sağlam insanlara nisbətən xeyli yüksəkdir.

Diş əti qanaxması bədənin SOS siqnalı

Bojiç qeyd edir: "Diş əti qanaxması yalnız stomatoloji məsələ deyil, bu bütün bədənlə bağlı problemin əlamətidir. İlk əlamət ağızda görünsə də, əsas təhlükə daha dərindədır".

Gülümsəmənizi və ürəyinizi necə qoruya bilərsiniz?

Stomatoloqun məsləhətləri

Gündə iki dəfə dişləri fırçalayın

Diş ipindən mütəmadi istifadə edin

Müntəzəm stomatoloq müayinəsindən keçin

Şəkər istifadəsini azaldın

Siqaretdən imtina edin

Sağlam qidalanma qaydalarına əməl edin

Diş əti qanaxmasını kiçik problem hesab etməyin. Bu, ürək sağlamlığınız üçün ilk xəbərdarlıq siqnalı ola bilər. Dişlərinizi qoruyaraq, həm də ürəyinizi qorumuş olarsınız.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 935   Tarix: 06 oktyabr 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Antarktidada nəhəng təhlükə: Dəniz səviyyəsi kəskin yüksələ bilər

Şərqi Antarktidanın buz örtüyü altında dünya okeanının səviyyəsini ciddi şəkildə yüksəldə biləcək nəhəng buz kütləsi yerləşir. Alimlər iqlim dəyişikliyi nəticəsində bu ərazidəki buzlaqların sabitliyini itirə biləcəyi barədə xəbərdarlıq ediblər. xarici mediaya istinadən xəbər verir ki, söhbət Antarktidanı

19:15 130
.

Uşağın özünə inamını artıran 5 ifadə

Öz sərhədlərini qorumağı, kömək istəməyi və problemləri barədə danışmağı bacarmaq uşağın özünə daha çox güvənməsinə və çətin vəziyyətlərdən daha asan çıxmasına kömək edir. bu 5 ifadəni təqdim edir:. Valideynlər uşaqlara çoxsaylı vacib bacarıqlar öyrədirlər: oxumağı və yazmağı, oyuncaqları yığışdırmağı

19:00 156
.

Əmlakın bazar dəyəri ilə satış qiyməti niyə fərqlənir?

"Əmlakın qiymətləndirilməsi sadəcə bir rəqəmin müəyyən edilməsi deyil. Bu, əmlakın bazardakı real mövqeyini və iqtisadi dəyərini müəyyənləşdirən, onunla bağlı qəbul ediləcək qərarların əsaslandırılmasını təmin edən peşəkar prosesdir". Bunu BİG.AZ-a açıqlamasında əmlak məsələləri üzrə eksper

16:14 183
.

Antibiotik qəbul edirsinizsə, BUNU yeməyin

Antibiotik müalicəsi zamanı qidalanmaya da diqqət etmək lazım olduğu müəyyənləşib. Yeni araşdırmaya görə, yüksək şəkərli qidalar antibiotiklərin bağırsaq mikrobiomuna təsirini daha da gücləndirə və faydalı bakteriyaların azalmasına səbəb ola bilər. BİG.AZ xarici mediaya istinadla xəbər verir ki, tədqiqatçıla

15:08 209
.

Can Yaman dəyişdi

Karyerasını bir müddətdir xaricdə davam etdirən türkiyəli aktyor Can Yaman görünüşündə dəyişiklik edib. Axşam.az xəbər verir ki, aktyor uzun saqqallarını kəsərək yeni görünüşünü paylaşıb. Qeyd edək ki, Can Türkiyədə son olaraq "Bay yanlış" serialında rol alıb. Ekran işinin çəkilişləri 2020-c

21:00 98
.

Aİ Rusiyaya qarşı fərdi sanksiyaların müddətini uzadıb

Avropa İttifaqı (Aİ) Şurası Rusiyanın xaricdə sabitliyi pozan fəaliyyətlərinə görə məsuliyyət daşıyan şəxslərə qarşı fərdi sanksiyaların qüvvədə olma müddətini bir il - 2027-ci il oktyabrın 9-dək uzatmaq qərarına gəlib. "Report" xəbər verir ki, bu barədə "İnterfaks" Aİ Şurasının kommunikesin

21:15 67
.

Qışdan əvvəl evinizdə BUNA baxın - Ölüm təhlükəsi yaradır

"Yayın başa çatması ilə əlaqədar havalar soyumağa başlayır. Bununla da insanlar evlərində istilik sistemlərini işə salırlar. Sobadan, kombidən, kamindən və digər qurğulardan istifadə yenidən gündəlik həyatımıza daxil olur. Ama çox vaxt diqqətdən yayınan, lakin insan həyatı üçün birbaşa təhlükə mənbəyin

12:19 229
.

Azərbaycan və Türkmənistan prezidentləri görüşdü - Foto

Bu gün Türkmənbaşı şəhərində Azərbaycan Prezidenti İlham Əliyevin Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədovla görüşü olub. "Qafqazinfo" xəbər verir ki, söhbət zamanı Azərbaycan Prezidentinin Türkmənistana, Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədovun və Türkmənistan Xalq Məsləhətini

14:23 168
.

Prezidentin Türkmənistan səfərindən - Görüntülər - Video

Prezident İlham Əliyevin sosial media hesablarında Türkmənistana işgüzar səfəri ilə bağlı videoçarx paylaşılıb. Həmin paylaşımı təqdim edirik:

21:17 75
.