Şəki-Zaqatala bölgəsini zərərverici həşəratlar "zəbt edib": Dövlət qurumundan TÖVSİYƏ

Şəki-Zaqatala bölgəsini zərərverici həşəratlar "zəbt edib": Dövlət qurumundan TÖVSİYƏŞəki-Zaqatala bölgəsinə zərərverici həşəratlar hücum çəkib.

Oxu.Az xəbər verir ki, bununla bağlı yayılan videolarda qəhvəyi mərmər bağacığı sürülərinin ağacları, divarları tamamilə örtdüyü görünür.

"Evin pəncərələrini açıq qoymaq mümkün deyil, həmin an evə doluşurlar. Zaqatalada az qala hər yerə sürü halında hücum ediblər. Vəziyyət çox acınacaqlıdır", - sosial şəbəkə istifadəçilərindən biri yazıb.

Məsələ ilə bağlı Oxu.Az-ın sorğusuna cavab olaraq Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) bildirilib ki, qonşu dövlətlərdən Gürcüstan, Türkiyə, Qazaxıstanda, habelə Rusiyanın cənubunda yayılmış qəhvəyi mərmər bağacığı (Halyomorpha halys) 2021-ci ildə AQTA tərəfindən aparılan monitorinqlər zamanı Şəki-Zaqatala bölgəsində aşkar edilib.

Qeyd olunub ki, yüksək fitosanitar risk daşıyan sözügedən zərərvericinin aşkarlandığı ərazilərdə gözlənilən mənfi təsirlərin minimuma endirilməsi üçün agentlik tərəfindən aidiyyəti dövlət orqanlarına məktublar ünvanlanıb, işçi qruplar yaradılıb və təxirəsalınmaz tədbirlər planı hazırlanıb:

Şəki-Zaqatala bölgəsini zərərverici həşəratlar "zəbt edib": Dövlət qurumundan TÖVSİYƏ"2022-ci ildə AQTA tərəfindən ölkə üzrə bağacığın monitorinqi intensivləşdirilib və bu məqsədlə meyvə bağlarında feromon tələlər quraşdırılaraq mütəmadi izlənilməsi təmin edilib.

Eyni zamanda, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 dekabr 2022-ci il tarixli, 819s nömrəli Sərəncamı ilə "Qəhvəyi mərmər bağacığına qarşı bitki mühafizəsinə dair Tədbirlər Planı" təsdiq edilib.

Tədbirlər Planının icrası çərçivəsində agentlik tərəfindən aidiyyəti dövlət və yerli icra hakimiyyəti orqanlarının nümayəndələrindən ibarət Regional Əlaqələndirmə Mərkəzləri yaradılıb. Hazırkı dövrədək Regional Əlaqələndirmə Mərkəzləri tərəfindən zərərvericiyə qarşı sistemli monitorinq və mübarizə tədbirlərinin görülməsi davam etdirilir.

Şəki-Zaqatala bölgəsini zərərverici həşəratlar "zəbt edib": Dövlət qurumundan TÖVSİYƏTədbirlər AQTA tərəfindən monitorinqlər aparılaraq feromon tələlərinin asılması, zərərvericinin ümumi populyasiya sıxlığına nəzarət edilməsi və sonrakı mübarizə tədbirlərinin təşkilinin təmin etdirilməsindən ibarətdir.

Mərkəzlər tərəfindən sahibkarlar və vətəndaşlarla müntəzəm görüşlər keçirilərək, zərərverici haqqında ətraflı maarifləndirmə işləri aparılır. Xüsusilə qeyd olunmalıdır ki, qəhvəyi mərmər bağacığının payız və qış dövrlərində qışlama yerlərinin aşkar edilərək mexaniki üsullarla məhv edilməsi vacib tədbirlərdən biridir, lakin bəzi hallarda vətəndaşlar tərəfindən bu mübarizənin aparılmasına çətinliklər yaradılır. Zərərverici qışlama dövrünü qapalı yerlərdə keçirdiyi üçün ona qarşı mübarizə aparılması öhdəliyi vətəndaşların üzərinə düşür".
Şəki-Zaqatala bölgəsini zərərverici həşəratlar "zəbt edib": Dövlət qurumundan TÖVSİYƏŞəki-Zaqatala bölgəsini zərərverici həşəratlar "zəbt edib": Dövlət qurumundan TÖVSİYƏAQTA-nın məlumatında o da xüsusi vurğulanır ki, qəhvəyi mərmər bağacığı Gürcüstanın Azərbaycanla həmsərhəd bölgələrində geniş yayılıb və beynəlxalq istinadlara görə, 2016-cı ildə həmin ölkədə fındıq istehsalına 53-69 milyon ABŞ dolları həcmində ziyan vurub. Gürcüstanın müvafiq qurumları tərəfindən aparılan mübarizə tədbirləri, habelə zərərvericinin biologiyasına uyğun olaraq sentyabr ayının sonlarından qışlama üçün sığınacaq yerləri axtarması onun kütləvi şəkildə Azərbaycan ərazilərinə miqrasiyasına səbəb olur:

Şəki-Zaqatala bölgəsini zərərverici həşəratlar "zəbt edib": Dövlət qurumundan TÖVSİYƏ"Son günlər ölkənin müxtəlif bölgələrində ictimai-iaşə obyektlərində, yaşayış evlərində, təsərrüfat tikililərində, anbarlarda və digər qapalı məkanlarda bağacığın daha çox rast gəlinməsi də bununla əlaqədardır.

Qeyd edilməlidir ki, digər zərərvericilərdə olduğu kimi, qəhvəyi mərmər bağacığına qarşı mübarizə tədbirlərinin həyata keçirilməsi yalnız aidiyyəti dövlət qurumlarının deyil, həm də sahibkarların və ailə təsərrüfatlarının öhdəliyidir. Buna görə də mübarizə tədbirlərində onların bilavasitə iştirakı zəruridir.

Bütün qeyd edilənlərdən aydın olur ki, müvafiq dövlət orqanları öz öhdəsinə düşən tədbirləri həyata keçirsə də, sahibkarlar, fermerlər və vətəndaşlar zəruri mübarizə tədbirlərini yerinə yetirmədiklərinə görə dövlət qurumları tərəfindən keçirilən mübarizə tədbirləri istənilən nəticəni vermir və bu da zərərvericinin artmasına səbəb olur".

Məlumatda qeyd olunur ki, qəhvəyi mərmər bağacığı evlərin çardaqlarında, qapı və pəncərə boşluqlarında, taxta və odun yığınları arasında qışlaya bilir:

"Zərərvericinin qışlama yerlərini maksimum məhdudlaşdırmaq məqsədilə evlərdə, çardaqlarda, bağlara yaxın tikililərdə vaxtında təmizləmə və təmir işləri aparılmalıdır. Bundan başqa, bağacığın qışlama vaxtı yaşayış və köməkçi binalara daxil olmasının qarşısını almaq üçün bu tikililərdə pəncərələr torla bağlanmalıdır. Aşkar edildikləri təqdirdə onları süpürgə, tozsoran və s. vasitəsilə toplamaq və məhv etmək lazımdır.

Şəki-Zaqatala bölgəsini zərərverici həşəratlar "zəbt edib": Dövlət qurumundan TÖVSİYƏQeyd edək ki, beynəlxalq təcrübədə qəhvəyi mərmər bağacığı ilə mübarizədə aldadıcı tələlərdən, süni yaradılmış sığınacaq yerlərindən istifadə xüsusi əhəmiyyət kəsb edir. Bağacıq üçün süni qışlama yerləri, əsasən, boş karton və ya qəzetlə doldurulmuş adi bir qutudan hazırlanır. Bunun üçün boş qutuya kəsilmiş karton və ya kağız parçaları doldurulur. Hazırlanmış sığınacaqlar evin Günəş işığı düşən tərəfində, binaların cənub və qərb tərəflərinə və yaxud çardaqda (damda), bağacığın qışlamaya getdiyi yerlərdə yerləşdirilir və ya iki-üç metr hündürlükdə asılır. Bu cür qutulara yığılan bağacıqlar mexaniki yolla toplanaraq məhv edilməlidir.
Şəki-Zaqatala bölgəsini zərərverici həşəratlar "zəbt edib": Dövlət qurumundan TÖVSİYƏQəhvəyi mərmər bağacığı aşkar olunduğu hallarda kimyəvi mübarizə tədbirləri yalnız mütəxəssislərin tövsiyələri əsasında müəyyən edilməli və zərərvericinin uçuş fəallığının azaldığı axşam saatlarında yerinə yetirilməlidir.

Vətəndaşlar qəhvəyi mərmər bağacığı ilə mübarizədə diqqətli və məsuliyyətli olmalıdırlar. Həmçinin onlar qəhvəyi mərmər bağacığı və ona qarşı mübarizə tədbirləri barədə əlavə məlumat almaq üçün AQTA-nın "1003" çağrı mərkəzinə zəng vura, eləcə də aidiyyəti qurumlara müraciət edə bilərlər. Eyni zamanda, Regional Əlaqələndirmə mərkəzlərinin qaynar xəttinə (Qərb rayonları üzrə (099) 708-85-88, şimal-qərb rayonları üzrə (099) 308-85-88) zəng vura bilərlər.

Şəki-Zaqatala bölgəsini zərərverici həşəratlar "zəbt edib": Dövlət qurumundan TÖVSİYƏŞəki-Zaqatala bölgəsini zərərverici həşəratlar "zəbt edib": Dövlət qurumundan TÖVSİYƏŞəki-Zaqatala bölgəsini zərərverici həşəratlar "zəbt edib": Dövlət qurumundan TÖVSİYƏ


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 832   Tarix: 06 oktyabr 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Antarktidada nəhəng təhlükə: Dəniz səviyyəsi kəskin yüksələ bilər

Şərqi Antarktidanın buz örtüyü altında dünya okeanının səviyyəsini ciddi şəkildə yüksəldə biləcək nəhəng buz kütləsi yerləşir. Alimlər iqlim dəyişikliyi nəticəsində bu ərazidəki buzlaqların sabitliyini itirə biləcəyi barədə xəbərdarlıq ediblər. xarici mediaya istinadən xəbər verir ki, söhbət Antarktidanı

19:15 130
.

Uşağın özünə inamını artıran 5 ifadə

Öz sərhədlərini qorumağı, kömək istəməyi və problemləri barədə danışmağı bacarmaq uşağın özünə daha çox güvənməsinə və çətin vəziyyətlərdən daha asan çıxmasına kömək edir. bu 5 ifadəni təqdim edir:. Valideynlər uşaqlara çoxsaylı vacib bacarıqlar öyrədirlər: oxumağı və yazmağı, oyuncaqları yığışdırmağı

19:00 156
.

Əmlakın bazar dəyəri ilə satış qiyməti niyə fərqlənir?

"Əmlakın qiymətləndirilməsi sadəcə bir rəqəmin müəyyən edilməsi deyil. Bu, əmlakın bazardakı real mövqeyini və iqtisadi dəyərini müəyyənləşdirən, onunla bağlı qəbul ediləcək qərarların əsaslandırılmasını təmin edən peşəkar prosesdir". Bunu BİG.AZ-a açıqlamasında əmlak məsələləri üzrə eksper

16:14 183
.

Antibiotik qəbul edirsinizsə, BUNU yeməyin

Antibiotik müalicəsi zamanı qidalanmaya da diqqət etmək lazım olduğu müəyyənləşib. Yeni araşdırmaya görə, yüksək şəkərli qidalar antibiotiklərin bağırsaq mikrobiomuna təsirini daha da gücləndirə və faydalı bakteriyaların azalmasına səbəb ola bilər. BİG.AZ xarici mediaya istinadla xəbər verir ki, tədqiqatçıla

15:08 209
.

Can Yaman dəyişdi

Karyerasını bir müddətdir xaricdə davam etdirən türkiyəli aktyor Can Yaman görünüşündə dəyişiklik edib. Axşam.az xəbər verir ki, aktyor uzun saqqallarını kəsərək yeni görünüşünü paylaşıb. Qeyd edək ki, Can Türkiyədə son olaraq "Bay yanlış" serialında rol alıb. Ekran işinin çəkilişləri 2020-c

21:00 98
.

Aİ Rusiyaya qarşı fərdi sanksiyaların müddətini uzadıb

Avropa İttifaqı (Aİ) Şurası Rusiyanın xaricdə sabitliyi pozan fəaliyyətlərinə görə məsuliyyət daşıyan şəxslərə qarşı fərdi sanksiyaların qüvvədə olma müddətini bir il - 2027-ci il oktyabrın 9-dək uzatmaq qərarına gəlib. "Report" xəbər verir ki, bu barədə "İnterfaks" Aİ Şurasının kommunikesin

21:15 67
.

Qışdan əvvəl evinizdə BUNA baxın - Ölüm təhlükəsi yaradır

"Yayın başa çatması ilə əlaqədar havalar soyumağa başlayır. Bununla da insanlar evlərində istilik sistemlərini işə salırlar. Sobadan, kombidən, kamindən və digər qurğulardan istifadə yenidən gündəlik həyatımıza daxil olur. Ama çox vaxt diqqətdən yayınan, lakin insan həyatı üçün birbaşa təhlükə mənbəyin

12:19 229
.

Azərbaycan və Türkmənistan prezidentləri görüşdü - Foto

Bu gün Türkmənbaşı şəhərində Azərbaycan Prezidenti İlham Əliyevin Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədovla görüşü olub. "Qafqazinfo" xəbər verir ki, söhbət zamanı Azərbaycan Prezidentinin Türkmənistana, Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədovun və Türkmənistan Xalq Məsləhətini

14:23 168
.

Prezidentin Türkmənistan səfərindən - Görüntülər - Video

Prezident İlham Əliyevin sosial media hesablarında Türkmənistana işgüzar səfəri ilə bağlı videoçarx paylaşılıb. Həmin paylaşımı təqdim edirik:

21:17 75
.