Dünyanın ən böyük qızıl yatağı tapıldı - 1100 ton, 83 milyard dollar...
Çin geoloqları nəhəng hesab edilən yeni qızıl yatağı aşkar ediblər.
Qaynarinfo xəbər verir ki, bu barədə "Popular Mechanics" jurnalı məlumat yayıb.
Mütəxəssislərin fikrincə, bu yataq təkcə qızıl deyil, bütün qiymətli metallar arasında indiyə qədər məlum olan ən böyük yataq ola bilər. Onların hesablamalarına görə, Hunan əyalətində yerləşən bu nəhəng yataqda 1100 ton qızıl mövcuddur.
Çin mediasının məlumatına görə, geoloqlar 2000 metr dərinlikdə yerləşən Vanqu qızıl yatağının altında 40-dan çox qızıl damarı aşkarlayıblar, bu damarların ehtiyatı təxminən 330 ton qızıl filizi təşkil edir. Lakin aparılan 3D modelləşdirmə göstərib ki, 2900 metr dərinlikdəki laylarda 1100 tona qədər qızıl ola bilər. Əgər bu göstəricilər dəqiqdirsə, yatağın ümumi dəyəri təxminən 83 milyard ABŞ dolları səviyyəsində qiymətləndirilir.
Araşdırma nəticəsində məlum olub ki, yeni yataqda hər ton filizdə 138 qram qızıl var — bu, qızıl hasilatında çox nadir rast gəlinən yüksək konsentrasiyadır. Hunan əyalətinin Geologiya İdarəsinin filiz kəşfiyyatı üzrə mütəxəssisi Çen Julin bildirib: "Qazılmış süxur nüvələrinin çoxunda görünən qızıl aşkarlanıb".
Əgər 1100 ton göstəricisi təsdiqlənərsə, bu yataq hazırda 1025 ton ehtiyatı olan Cənubi Afrikanın South Deep yatağını da geridə qoyaraq dünyanın ən böyük qızıl yatağı olacaq. Dünyanın ən iri qızıl mədənləri sırasında İndoneziya, Rusiya, Yeni Qvineya və Çilidəki yataqlar da ilk beşlikdə qərarlaşıb. ABŞ-ın Nevada ştatında yerləşən Carlin Trend və Cortez mədənləri isə müvafiq olaraq altıncı və onuncu yerləri tutur.
Tarixən dünyada ümumilikdə 233 min ton qızıl hasil edilib və bu metalın hamısı bu gün də mövcuddur. Onun 2/3-si 1950-ci ildən sonra çıxarılıb.
Hazırda dünyanın ən böyük qızıl istehsalçısı olan Çin qlobal hasilatın təxminən 10 faizini təmin edir. Ölkə ildə hasil etdiyi miqdardan təxminən üç dəfə çox qızıl istehlak edir və buna görə də bu qiymətli metaldan ən çox idxal edən ölkə hesab olunur. Yeni kəşf dünya qızıl bazarlarında ciddi təlatüm yaradıb və qızılın qiymətinin artmasına səbəb olub.
Çin Geologiya Bürosunun rəis müavini Liu Yunzyunun sözlərinə görə, kəşf edilmiş əsas yatağın ətrafında aparılan qazma işləri zamanı əlavə qızıl filizi layları da müəyyən edilib.
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 910 Tarix: 13 oktyabr 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşAzərbaycan və Türkmənistan prezidentləri görüşdü - Foto
Bu gün Türkmənbaşı şəhərində Azərbaycan Prezidenti İlham Əliyevin Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədovla görüşü olub. "Qafqazinfo" xəbər verir ki, söhbət zamanı Azərbaycan Prezidentinin Türkmənistana, Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədovun və Türkmənistan Xalq Məsləhətini
14:23 122 Tramp Putinlə telefon danışığı planlaşdırdığını açıqladı
ABŞ Prezidenti Donald Tramp Rusiya Prezidenti Vladimir Putinlə telefon danışığı aparacağını açıqlayıb. xəbər verir ki, Tramp bu barədə jurnalistlərin Putinlə planlaşdırılan telefon danışığı ilə bağlı suallarını cavablandırarkən bildirib. Mətbuat konfransı Ağ Evin YouTube kanalında yayımlanıb. "Telefo
10:41 156 Çiyələk yeyirsiniz, yarpağını atırsınız? Alimlərdən maraqlı nəticə
Çiyələyin yalnız meyvəsi deyil, yarpaqları da alimlərin diqqətini çəkib. Yeni araşdırmada çiyələk yarpağından hazırlanmış ekstraktın yaşlı insanlarda yaddaş və stress göstəricilərinə mümkün təsiri araşdırılıb. BİG.AZ xarici mediaya istinadla xəbər verir ki, Belçikadakı Katolik Lovan Universitetinin tədqiqatçılar
15:27 115 Sevgiləri kimi serialları da bitdi
"Mercan köşk" serialının aqibəti bəlli olub. Axşam.az xəbər verir ki, ekran işi 7-ci bölümdə final edərək izləyiciləri ilə vidalaşacaq. Xatırladaq ki, layihənin baş rollarını Kubilay Aka, Hafsanur Sancaktutan və Bertan Asllaninin canlandırır. Bundan əvvəl "A.B.İ." və "Aşk v
07.10.2026 406 Kənd məktəblərinə fərqli baxış: Məhdudiyyətlər və imkanlar
"Kənd məktəbi" ifadəsini eşidəndə bəzilərinin ağlına dərhal imkanları məhdud olan məktəb gəlir. Şagird sayı azdır, bəzi resurslar məhduddur, şəhərdəki qədər seçim yoxdur. Bu çətinliklərin bir hissəsi həqiqətən mövcuddur. Lakin kənddə təhsil alan uşağın keyfiyyətli təhsil almaq imkanlarını
16:31 28 Azərbaycanda ən çox edilən estetik əməliyyatlar
Azərbaycanda 2025-ci il ərzində 5 751 estetik əməliyyat həyata keçirilib. -a istinadən xəbər verir ki, ötən il plastik cərrahiyyə sahəsində ən çox üstünlük verilən əməliyyat növü rinoplastika, yəni burun əməliyyatları olub. Digər estetik əməliyyatlar isə belə sıralanıb:. Üz nahiyəsinin cavanlaşdırılmas
10:39 171 Hindistan Rusiya və Ukrayna arasında atəşkəs üçün şərtlər irəli sürdü
Hindistan Rusiya və Ukrayna arasında atəşkəs üçün yeni plan təqdim edib. Üç bənddən ibarət təklif Kiyev tərəfindən əvvəlki təşəbbüslərlə müqayisədə daha əhatəli hesab olunub. xəbər verir ki, planın birinci bəndinə əsasən, tərəflər enerji və digər mühüm infrastruktura hücumları dayandırmalıdır. İkinc
10:48 158 Qışdan əvvəl evinizdə BUNA baxın - Ölüm təhlükəsi yaradır
"Yayın başa çatması ilə əlaqədar havalar soyumağa başlayır. Bununla da insanlar evlərində istilik sistemlərini işə salırlar. Sobadan, kombidən, kamindən və digər qurğulardan istifadə yenidən gündəlik həyatımıza daxil olur. Ama çox vaxt diqqətdən yayınan, lakin insan həyatı üçün birbaşa təhlükə mənbəyin
12:19 195 ABŞ-da kişi 1 milyon dollar dəyərində almaz tapdı
ABŞ sakini Cek Piradin 12 ildən artıqdır almaz axtarışı ilə məşğuldur. O, Arkanzas ştatında çəkisi 6,03 karat olan almaz tapıb. Daşın dəyəri 1 milyon dollara çata bilər. Qaynarinfo xəbər verir ki, bu barədə "New York Post" yazıb. Piradin Viskonsin ştatından olan dostu Maykl Şumaxerlə birlikd
07.10.2026 335