İlham Əliyev TDT-yə üzv ölkələr arasında birgə hərbi təlimləri təklif etdi
"Prezident İlham Əliyev Türk Dövlətləri Təşkilatının (TDT) Dövlət Başçıları Şurasının 12-ci Zirvə Görüşündə çıxışı zamanı üzv ölkələrin birgə hərbi təlimlərinin keçirilməsini təklif edib.
Prezident bildirib:
"Ölkələrimiz arasında hərbi, müdafiə və təhlükəsizlik sahələrində geniş əməkdaşlığı nəzərə alaraq, 2026-cı ildə Azərbaycanda Türk Dövlətləri Təşkilatına üzv ölkələrin birgə hərbi təliminin keçirilməsini təklif edirik."
Bu təklif diqqətçəkəndir, çünki TDT hələ ortaq hərbi təlim keçirməyib. Lakin təşkilata üzv ölkələr – Azərbaycan, Türkiyə, Qazaxıstan və Qırğızıstan – ayrı-ayrı vaxtlarda ortaq hərbi təlimlər həyata keçiriblər. Buna görə də belə bir təklifin irəli sürülməsi gözlənilən idi. Hazırda isə bu təlimlərin keçirilməsinə böyük ehtiyac var".
Bunu BiG.AZ-a açıqlamasında politoloq Turan Rzayev bildirib.
O, qeyd edib ki, TDT-yə tamhüquqlu və müşahidəçi üzv ölkələrin hərbi sistemləri fərqlidir. Məsələn, Macarıstan və Türkiyə NATO modelinə, Mərkəzi Asiya ölkələrinin çoxu isə keçmiş SSRİ hərbi sisteminə malikdir. Azərbaycan isə son illərdə aparılan islahatlarla NATO və Türkiyə modelinə uyğunlaşmışdır. Yəni təşkilat daxilində vahid ordu sistemi yoxdur:
"Prezidentin təklifi ilə keçiriləcək birgə hərbi təlimlər üzv və müşahidəçi ölkələrin orduları arasındakı fərqlərin müəyyənləşdirilməsinə imkan verəcək və gələcəkdə ortaq TDT ordusunun yaradılmasına hazırlıq rolunu oynaya bilər. Bu həm də potensial əskiklikləri üzə çıxarmaq baxımından mühümdür.
Belə təlimlər gələcəkdə "Türk NATO-su"nun yaradılması üçün vacib addım ola bilər. Tahlillərə görə, TDT-nin gələcəkdə NATO-ya bənzər təhlükəsizlik mexanizmlərinə və Avropa İttifaqına bənzər iqtisadi inteqrasiyaya sahib olması mümkündür. Bu prosesdə ABŞ və Böyük Britaniyanın marağı da nəzərə çarpır.
Qeyd edək ki, NATO əsasən Avropa xarakterli hərbi təşkilatdır. ABŞ isə digər strateji regionlarda NATO tipli alyansların formalaşmasına dəstək verir. Buna nümunə olaraq AUKUS (Avstraliya, Birləşmiş Krallıq, ABŞ), QUAD (ABŞ, Yaponiya, Hindistan, Avstraliya) və Abraham Accords göstərilə bilər. Bu baxımdan, TDT-nin gələcəkdə hərbi qanadının olması ehtimalı istisna deyil.
Mərkəzi qərargahın ehtimal olunan yeri Türkiyə olsa da, Azərbaycanda da qərargah yerləşməsi mümkündür, xüsusən Ağdam və Xocalı kimi strateji məntəqələrdə.
Nəticə etibarilə, Prezident İlham Əliyevin TDT-yə üzv ölkələrin birgə hərbi təlimlərinin keçirilməsi təklifi indiki mərhələdə "Türk NATO-su"nun yaradılması mənasına gəlməsə də, bu ideyanın müzakirədə olduğunu və gələcəkdə reallaşa biləcək layihələrdən biri olduğunu göstərir".
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 692 Tarix: 14 oktyabr 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşAzərbaycan və Türkmənistan prezidentləri görüşdü - Foto
Bu gün Türkmənbaşı şəhərində Azərbaycan Prezidenti İlham Əliyevin Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədovla görüşü olub. "Qafqazinfo" xəbər verir ki, söhbət zamanı Azərbaycan Prezidentinin Türkmənistana, Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədovun və Türkmənistan Xalq Məsləhətini
14:23 122 Tramp Putinlə telefon danışığı planlaşdırdığını açıqladı
ABŞ Prezidenti Donald Tramp Rusiya Prezidenti Vladimir Putinlə telefon danışığı aparacağını açıqlayıb. xəbər verir ki, Tramp bu barədə jurnalistlərin Putinlə planlaşdırılan telefon danışığı ilə bağlı suallarını cavablandırarkən bildirib. Mətbuat konfransı Ağ Evin YouTube kanalında yayımlanıb. "Telefo
10:41 156 Çiyələk yeyirsiniz, yarpağını atırsınız? Alimlərdən maraqlı nəticə
Çiyələyin yalnız meyvəsi deyil, yarpaqları da alimlərin diqqətini çəkib. Yeni araşdırmada çiyələk yarpağından hazırlanmış ekstraktın yaşlı insanlarda yaddaş və stress göstəricilərinə mümkün təsiri araşdırılıb. BİG.AZ xarici mediaya istinadla xəbər verir ki, Belçikadakı Katolik Lovan Universitetinin tədqiqatçılar
15:27 115 Sevgiləri kimi serialları da bitdi
"Mercan köşk" serialının aqibəti bəlli olub. Axşam.az xəbər verir ki, ekran işi 7-ci bölümdə final edərək izləyiciləri ilə vidalaşacaq. Xatırladaq ki, layihənin baş rollarını Kubilay Aka, Hafsanur Sancaktutan və Bertan Asllaninin canlandırır. Bundan əvvəl "A.B.İ." və "Aşk v
07.10.2026 406 Kənd məktəblərinə fərqli baxış: Məhdudiyyətlər və imkanlar
"Kənd məktəbi" ifadəsini eşidəndə bəzilərinin ağlına dərhal imkanları məhdud olan məktəb gəlir. Şagird sayı azdır, bəzi resurslar məhduddur, şəhərdəki qədər seçim yoxdur. Bu çətinliklərin bir hissəsi həqiqətən mövcuddur. Lakin kənddə təhsil alan uşağın keyfiyyətli təhsil almaq imkanlarını
16:31 28 Azərbaycanda ən çox edilən estetik əməliyyatlar
Azərbaycanda 2025-ci il ərzində 5 751 estetik əməliyyat həyata keçirilib. -a istinadən xəbər verir ki, ötən il plastik cərrahiyyə sahəsində ən çox üstünlük verilən əməliyyat növü rinoplastika, yəni burun əməliyyatları olub. Digər estetik əməliyyatlar isə belə sıralanıb:. Üz nahiyəsinin cavanlaşdırılmas
10:39 171 Hindistan Rusiya və Ukrayna arasında atəşkəs üçün şərtlər irəli sürdü
Hindistan Rusiya və Ukrayna arasında atəşkəs üçün yeni plan təqdim edib. Üç bənddən ibarət təklif Kiyev tərəfindən əvvəlki təşəbbüslərlə müqayisədə daha əhatəli hesab olunub. xəbər verir ki, planın birinci bəndinə əsasən, tərəflər enerji və digər mühüm infrastruktura hücumları dayandırmalıdır. İkinc
10:48 158 Qışdan əvvəl evinizdə BUNA baxın - Ölüm təhlükəsi yaradır
"Yayın başa çatması ilə əlaqədar havalar soyumağa başlayır. Bununla da insanlar evlərində istilik sistemlərini işə salırlar. Sobadan, kombidən, kamindən və digər qurğulardan istifadə yenidən gündəlik həyatımıza daxil olur. Ama çox vaxt diqqətdən yayınan, lakin insan həyatı üçün birbaşa təhlükə mənbəyin
12:19 195 ABŞ-da kişi 1 milyon dollar dəyərində almaz tapdı
ABŞ sakini Cek Piradin 12 ildən artıqdır almaz axtarışı ilə məşğuldur. O, Arkanzas ştatında çəkisi 6,03 karat olan almaz tapıb. Daşın dəyəri 1 milyon dollara çata bilər. Qaynarinfo xəbər verir ki, bu barədə "New York Post" yazıb. Piradin Viskonsin ştatından olan dostu Maykl Şumaxerlə birlikd
07.10.2026 335