İcarədardan Azay Möhnətova yeni ittihamlar: Kompensasiya maxinasiyası...

İcarədardan Azay Möhnətova yeni ittihamlar: Kompensasiya maxinasiyası..."Eurohome" inşaat bazarında kompensasiya qalmaqalı davam edir.

Qaynarinfo xəbər verir ki, 2019-cu ildə bazarda baş vermiş yanğın zamanı 200 000 manat ziyana düşən icarədar Rafiq Ocaqverdiyev ona ödəniləcək kompensasiyanı hələ ala bilmədiyinə görə müxtəlif qurumlara şikayətlərini davam etdirir.

Rafiq Ocaqverdiyev əməkdaşımızla söhbətində bildirib ki, "Eurohome" inşaat bazarının sahibi Azay Möhnətov 6 ilə yaxındır müxtəlif bəhanələrlə ona çatacaq kompensasiyanı ödəməkdən yayınır: "Hər dəfə bir bəhanə gətirir və yaxud da hər dəfə quru vədlər verir. 6 ildir ki, kompensasiyanı ala bilmirəm. Yuxarı instansiyalara müraciət etmişəm. Artıq cavablar gəlib. Güman edirəm ki, bu məsələ ciddi şəkildə araşdırılacaq və haqq-ədalət yerini tutacaq".

İcarədardan Azay Möhnətova yeni ittihamlar: Kompensasiya maxinasiyası...İcarədar əlavə edib ki, Azay Möhnətov heç də maliyyə sıxıntısı yaşamır:

"Onun kompensasiya ödəməməsi maddi vəziyyəti ilə bağlı deyil. Bazarın yanmasına baxmayaraq, Azay Möhnətov heç də ciddi şəkildə ziyana düşməyib. Ziyan çəkən biz icarədarlarıq. Azay Möhnətov ziyana düşsəydi, yanğından sonra bazarı daha da 6 metr qabağa çəkməzdi. Bakıda onlarla biznes obyektin var, maddi sıxıntı çəkmirsən, bəs mənim haqqım olan kompensasiyanı niyə ödəmirsən? Dövlətin qanunlarını niyə ayaq altına atırsan?

Axı hər kəs bilir ki, bazarıdakı yanğın rəhbərliyin yanğın təhlükəsizliyinə əməl etməməsi üzündən baş verib. Yəni, bu bizim təqsirimiz deyil. Azay Möhnətov kompensasiya maxinasiyası ilə məşğuldur. Məsələn, bizə demişdi ki, guya icarə haqqı almayacaq. Bir il almadı, amma növbəti il icarə haqqını ikiqat artırdı. Dövlət buna deyir kompensasiya ödə, bu adam isə bax belə maxinasiyalara əl atır".

İcarədardan Azay Möhnətova yeni ittihamlar: Kompensasiya maxinasiyası...Rafiq Ocaqverdiyev əlavə edib ki, bazarda ondan başqa da kompensasiya almayanlar var. İcarədar bildirib ki, vaxtilə şikayətçi olan mağaza sahiblərinin kompensasiyası ödənilib:

"Biz o vaxt şikayət etmədik. Çünki Azay Möhnətova inandıq. Dedik insandır, bir işdir başına gəlib, deyirsə ödəyəcəm, deməli ödəyəcək. Amma artıq 6 il keçib. Görürük ki, Azay Möhnətovun dediyi sözlər sadəcə bizim başımızın altına yastıq qoymaq məqsədi daşıyırmış. Onu da qeyd edim ki, bazarda yanğın baş verəndə rəsmi səviyyədə bəyan edildi ki, icarədarlara kompensasiya ödəniləcək. Müxtəlif dövlət qurumlarında bu məsələ ilə bağlı görüşlər keçirilib, müzakirələr aparılıb və s. Yəni, biz durduq yerdə kompensasiya tələb etmirik".

"Eurohome"da baş verən yanğının bazar rəhbərliyinin məsuliyyətsizliyi üzündən baş verməsi fövqəladə hallar naziri Kəmaləddin Heydərovun şəxsində rəsmi səviyyədə də bəyan edilib. Bazarda ikinci dəfə yanğın baş verəndə nazir bildirib:

İcarədardan Azay Möhnətova yeni ittihamlar: Kompensasiya maxinasiyası..."EuroHome" ilk dəfə yanandan sonra bura dəfələrlə xəbərdarlıq olunub. Obyektin təmiri tam bitməmiş, tərəfimizdən qəbul olunmamış obyektə yenidən mallar qəbul ediblər. Bu obyekt sahibi nə qədər məsuliyyətsiz insandır ki, özünə aid olan şəxsi bir obyekti bu qədər təhlükəli şəkildə işlədir. Nəticədə sahibkarlara zərər dəyir. Bu hadisədən sonra obyekt haqqında hüquq-mühafizə orqanları daha ciddi tədbir görəcəklər və layiqli cəzasını almalıdır".

İndi görünən odur ki, Azay Möhnətov kompensasiyanı ödəməməklə öz məsuliyyətsiliyinin acı nəticələrini icarədarların çiyninə yükləməyə çalışır.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 721   Tarix: 14 oktyabr 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Azərbaycan və Türkmənistan prezidentləri görüşdü - Foto

Bu gün Türkmənbaşı şəhərində Azərbaycan Prezidenti İlham Əliyevin Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədovla görüşü olub. "Qafqazinfo" xəbər verir ki, söhbət zamanı Azərbaycan Prezidentinin Türkmənistana, Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədovun və Türkmənistan Xalq Məsləhətini

14:23 122
.

Tramp Putinlə telefon danışığı planlaşdırdığını açıqladı

ABŞ Prezidenti Donald Tramp Rusiya Prezidenti Vladimir Putinlə telefon danışığı aparacağını açıqlayıb. xəbər verir ki, Tramp bu barədə jurnalistlərin Putinlə planlaşdırılan telefon danışığı ilə bağlı suallarını cavablandırarkən bildirib. Mətbuat konfransı Ağ Evin YouTube kanalında yayımlanıb. "Telefo

10:41 156
.

Çiyələk yeyirsiniz, yarpağını atırsınız? Alimlərdən maraqlı nəticə

Çiyələyin yalnız meyvəsi deyil, yarpaqları da alimlərin diqqətini çəkib. Yeni araşdırmada çiyələk yarpağından hazırlanmış ekstraktın yaşlı insanlarda yaddaş və stress göstəricilərinə mümkün təsiri araşdırılıb. BİG.AZ xarici mediaya istinadla xəbər verir ki, Belçikadakı Katolik Lovan Universitetinin tədqiqatçılar

15:27 115
.

Sevgiləri kimi serialları da bitdi

"Mercan köşk" serialının aqibəti bəlli olub. Axşam.az xəbər verir ki, ekran işi 7-ci bölümdə final edərək izləyiciləri ilə vidalaşacaq. Xatırladaq ki, layihənin baş rollarını Kubilay Aka, Hafsanur Sancaktutan və Bertan Asllaninin canlandırır. Bundan əvvəl "A.B.İ." və "Aşk v

07.10.2026 406
.

Kənd məktəblərinə fərqli baxış: Məhdudiyyətlər və imkanlar

"Kənd məktəbi" ifadəsini eşidəndə bəzilərinin ağlına dərhal imkanları məhdud olan məktəb gəlir. Şagird sayı azdır, bəzi resurslar məhduddur, şəhərdəki qədər seçim yoxdur. Bu çətinliklərin bir hissəsi həqiqətən mövcuddur. Lakin kənddə təhsil alan uşağın keyfiyyətli təhsil almaq imkanlarını

16:31 28
.

Azərbaycanda ən çox edilən estetik əməliyyatlar

Azərbaycanda 2025-ci il ərzində 5 751 estetik əməliyyat həyata keçirilib. -a istinadən xəbər verir ki, ötən il plastik cərrahiyyə sahəsində ən çox üstünlük verilən əməliyyat növü rinoplastika, yəni burun əməliyyatları olub. Digər estetik əməliyyatlar isə belə sıralanıb:. Üz nahiyəsinin cavanlaşdırılmas

10:39 171
.

Hindistan Rusiya və Ukrayna arasında atəşkəs üçün şərtlər irəli sürdü

Hindistan Rusiya və Ukrayna arasında atəşkəs üçün yeni plan təqdim edib. Üç bənddən ibarət təklif Kiyev tərəfindən əvvəlki təşəbbüslərlə müqayisədə daha əhatəli hesab olunub. xəbər verir ki, planın birinci bəndinə əsasən, tərəflər enerji və digər mühüm infrastruktura hücumları dayandırmalıdır. İkinc

10:48 158
.

Qışdan əvvəl evinizdə BUNA baxın - Ölüm təhlükəsi yaradır

"Yayın başa çatması ilə əlaqədar havalar soyumağa başlayır. Bununla da insanlar evlərində istilik sistemlərini işə salırlar. Sobadan, kombidən, kamindən və digər qurğulardan istifadə yenidən gündəlik həyatımıza daxil olur. Ama çox vaxt diqqətdən yayınan, lakin insan həyatı üçün birbaşa təhlükə mənbəyin

12:19 195
.

ABŞ-da kişi 1 milyon dollar dəyərində almaz tapdı

ABŞ sakini Cek Piradin 12 ildən artıqdır almaz axtarışı ilə məşğuldur. O, Arkanzas ştatında çəkisi 6,03 karat olan almaz tapıb. Daşın dəyəri 1 milyon dollara çata bilər. Qaynarinfo xəbər verir ki, bu barədə "New York Post" yazıb. Piradin Viskonsin ştatından olan dostu Maykl Şumaxerlə birlikd

07.10.2026 335
.