Ramiz Mehdiyev ev həbsini məşhur villasında çəkmirmiş - Video+ Fotolar
Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin ev həbsi xəbəri iki gündür ölkə mediasının əsas mövzusuna çevrilib. Hamı Mehdiyevdən danışır, onun "xəyanət dosyesi"ni müzakirə edir.
Uzun illər özünü "boz kardinal" kimi tanıdan Mehdiyevin şəhərdən uzaqlaşaraq bağ evinə çəkildiyi deyilir.
"Qafqazinfo"nun əməkdaşları bu gün Mehdiyevin qaldığı deyilən və ən məşhur villasının yerləşdiyi Novxanı qəsəbəsinə gedib.
Bu, həmin villadır ki, ölkədə sərt karantin rejimi tətbiq edilən, insanlar pandemiya ilə mübarizə apardığı vaxtlarda Mehdiyev ailə üzvlərini və klanına daxil olanları orada başına toplayaraq nəvəsinə toy etmişdi.
Hazırda isə həmin evin adı başqa səbəblərlə gündəmdədir. İddia olunur ki, Mehdiyev və yaxın çevrəsi dövlət əleyhinə qurulan planların müzakirəsini də çox vaxt məhz bu villada aparıb. Bəzi siyasətçilər də vaxtaşırı çıxışlarında "Mehdiyev klanı"na daxil olan keçmiş məmurların bu "təxribat villası"nın daimi qonaqları olduğunu deyiblər.
Böyük bir ərazini əhatə edən bağda iki nəhəng villa inşa edilib. Evlər hələ də ciddi mühafizə olunur, dörd bir tərəfi onlarla müşahidə kamerası ilə izlənilir.
Dövlətə xəyanət, hakimiyyəti ələ keçirməyə yönələn fəaliyyət və qanunsuz yolla əldə olunmuş pullarla bağlı ittihamlara Mehdiyevin münasibətini öyrənməyə cəhd etsək də, qapını açan olmadı. Qonşulardan öyrəndik ki, Ramiz Mehdiyev hazırda burada deyil, o, ev dustaqlığını başqa evində çəkir.




BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 1339 Tarix: 16 oktyabr 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşTəhsil Nazirliyindən tələbələrə ŞAD XƏBƏR
Oktyabrın əvvəlindən təhsil tələbə kreditlərinin verilməsinə başlayacağıq. XəzərXəbər xəbər verir ki, bunu Təhsil Nazirliyinin Elm, ali və orta ixtisas təhsili şöbəsinin müdiri Nicat Məmmədli Trend-in sualını cavablandırarkən deyib. N.Məmmədli bildirib ki, kreditin verilməsi qaydası da müyyənləşdirilib:
18.09.2021 2497 Biləsuvarda buğa məktəb direktorunun qabırğasını sındırdı
Biləsuvar rayonunda 7 il bəslədiyi buğa direktor müavinini xəstəxanalıq edib. -a istinadən xəbər verir ki, hadisə rayonun Aşağı Cürəli kəndində məktəb direktoru Alim Hacıyevin yaşadığı ünvanda olub. Hacıyev həyətyanı sahədəki təssərrüfatında mal-qaraya qulluq edərkən buğa ona qəfil hücum edib. Nəticəd
18.09.2021 995 Bakıda intiharın qarşısı alındı
Bakı şəhərinin Sabunçu rayonunda 1 nəfər tikilməkdə olan binanın 3-cü mərtəbəsinə çıxaraq intihar etmək istəyini nümayiş etdirib. xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb. FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri dərhal hadisə yerinə cəl
17.09.2021 1997 Azərbaycanda BƏDBƏXT HADİSƏ: Uşaq əlini yuyarkən su kanalında batıb
Şəmkir rayonunda əlini yuyarkən su kanalına düşüb. -ın məlumatına görə, hadisə rayonun Qılıncbəyli kəndində qeydə alınıb. 2012-ci il təvəllüdlü Nihat Tağıyev kənd ərazisində yerləşən kanalda əlini yuyarkən ayağı sürüşüb və batıb. Onun meyiti sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib. Faktla bağl
18.09.2021 914 Kosmosa tarixi uçuşdan ilk görüntülər - FOTOLAR
Xəbər verdiyimiz kimi, hamısı mülki şəxslərdən ibarət olan dörd nəfəri daşıyan kosmik gəmi kosmosa göndərilib. "Qafqazinfo" xəbər verir ki, "SpaceX" kosmos turistlərinin ilk görüntülərini yayımlayıb. Həmin görüntüləri təqdim edirik:
18.09.2021 888 Şimşək çaxıb, leysan yağıb
Ölkə ərazisində hökm sürən faktiki hava açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, saat 21.00-a olan məlumata əsasən Şəki, Daşkəsən, Gədəbəy, Göy-göl, Quba, Ləzə, Qusar, Oğuz, Kişçay (Şəki), Balakən, Sarıbaş(Qax), Sahdağ, Zaqatala
17.09.2021 1179 MN: "Minaatan bölmələri hədəflərə döyüş atışları yerinə yetirir" - VİDEO
2021-ci ilin döyüş hazırlığı planına uyğun olaraq Azərbaycan Ordusunun minaatan bölmələri ilə keçirilən intensiv döyüş hazırlığı məşğələləri davam edir. Müdafiə Nazirliyindən BİG.AZ-a verilən məlumata görə, məşğələlərdə batareyanın atəş mövqeyini tutması və komanda müşahidə məntəqəsinin açılması tapşırıqlar
18.09.2021 245 Cənub bölgəsi ilə bağlı "12-dən sonra işləmir" deyimi haradan yaranıb?
Niyə bəziləri talışlar haqqında "saat 12-dən sonra işləmir" ifadəsini istifadə edirlər?. xəbər verir ki, bu barədə aparıcı, nitq təlimçisi Cəlalə Nəzəroğlu sosial şəbəkədə paylaşım edib. O bildirib ki, bu deyim talışların fiziki işlərinə görə yaranıb:. "Çox təəssüf ki, bizdə bəziləri insanlar
18.09.2021 1826 Türkiyədə təlimlərdə iştirak edən Azərbaycan hərbçilərinin bir qrupu Vətənə qayıdıb
Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında illik hərbi əməkdaşlıq planına əsasən keçirilən "TurAz Şahini - 2021" birgə taktiki-uçuş təlimində iştirak edən Azərbaycan Hərbi Hava Qüvvələrinin bir qrup heyəti və aviasiya vasitələri Vətənə qayıdıb. Bu barədə BİG.AZ-a Müdafiə Nazirliyində
18.09.2021 254