İlham Əliyevin Qazaxıstan səfəri: Türk dünyasında yeni tərəfdaşlıq mərhələsi
"Prezident İlham Əliyevin Qazaxıstana səfəri bir çox baxımdan diqqət çəkdi. Dövlət başçısı xüsusi hörmətlə qarşılanıb və rəsmi, həmçinin qeyri-rəsmi mərasimlərdə Qazaxıstan tərəfinin diqqəti Azərbaycan mövqeyinin regionda yüksəldiyini göstərdi".
Bunu BiG.AZ-a açıqlamasında politoloq Turan Rzayev bildirib.
O, qeyd edib ki, beynəlxalq hava limanında fəxri qarovulun düzülməsi və Prezident Qasım-Jomart Tokayevin İlham Əliyevi şəxsən qarşılaması diplomatik nəzakəti və tərəfdaşlığın səmimiliyini vurğuladı. Tokayevin Azərbaycan liderinə qazax milli geyimi hədiyyə etməsi isə xalqlar arasında mənəvi bağların gücləndirildiyini göstərən mədəni diplomatiya nümunəsi oldu:
"Səfər zamanı ifa olunan musiqi parçaları — "Tut ağacı" və Ümummilli Lider Heydər Əliyevin sevdiyi "Alagöz" — Azərbaycan irsinin Qazaxıstanda yüksək qiymətləndirildiyini nümayiş etdirdi.
Səfər həm də geosiyasi və strateji əhəmiyyət daşıyırdı. 20 illik strateji tərəfdaşlıq müqaviləsinin yubileyinə təsadüf etməsi iki ölkənin əlaqələrinin planlı inkişafını simvolizə etdi. Eyni zamanda Azərbaycan-Ermənistan münasibətlərində praktik addımların təşviqinə — məsələn, Qazaxıstandan Ermənistana gedən yükün Azərbaycanın ərazisindən tranzitinə — şərait yaradıldı.
Tokayev və Əliyev iqtisadi əməkdaşlıq sahələrini də geniş müzakirə etdi: gəmiqayırmadan transformator istehsalına, konteyner limanlarından Trans-Xəzər Nəqliyyat Marşrutuna qədər konkret layihələr qeyd olundu. Energetik sinxronluq, dərin sualtı elektrik kabeli və fiber-optik xətlərin inkişafı isə əməkdaşlığın ənənəvi sahələrdən rəqəmsal və yaşıl iqtisadiyyata yayıldığını göstərdi.
Bu səfər, təkcə rəsmi hadisə deyil, Türk dünyasında tərəfdaşlığın yeni mərhələyə qədəm qoyduğunun real göstəricisidir".
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 668 Tarix: 23 oktyabr 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş"Onsuz da ərə gedəcək": Qızların məktəbdən uzaqlaşdırılması niyə hələ də davam edir?
"Bir qız uşağı dördüncü, beşinci və ya altıncı sinfi oxuyur, daha sonra isə məktəbdən çıxarılır. Səbəb müxtəlif ola bilər: "Qız uşağıdır, onsuz da ərə gedəcək", "evdə iş çoxdur", "uzağa getməsin", "oxumağın nə mənası var, "ailənin maddi imkanı yoxdur"
07.10.2026 224 Sabahın havası - Yağış, duman, külək...
Oktyabrın 8-də gözlənilən hava proqnozu açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gündüz bəzi şəhərətrafı ərazilərdə qısamüddətli yağı
07.10.2026 386 Bakıda ağır qəza - 4 ölü - Yenilənib
Bu gün paytaxtın Qaradağ rayonunda ağır yol qəzası baş verib. "Qafqazinfo" xəbər verir ki, saat 14:20 radələrində Bakı-Qazax avtomobil yolunun 21-ci kilometrliyində "Mercedes Atego" markalı, 88-BG-741 dövlət qeydiyyat nişanlı yük avtomobili sürücünün idarəetməni itirməsi nəticəsind
07.10.2026 345 Ov mövsümü başlayır
"Ov Məsələləri üzrə Koordinasiya Şurası"nın növbəti iclası keçirilib. "Qafqazinfo" xəbər verir ki, oktyabrın 10-dan etibarən ov mövsümünün açıq elan edilməsinə qərar verilib. Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəsmisi Rəşad Allahverdiyev bildirib ki, ov etmək istəyən vətəndaşla
07.10.2026 158 Gürcüstana gedənlərə şad xəbər: Artıq vaxt itirmədən, bir neçə dəqiqəyə səyahət sığortasını onlayn almaq mümkündür
Gürcüstana səfər planlaşdıran vətəndaşlar üçün səyahət sığortasının əldə olunması artıq daha rahat və sürətli şəkildə həyata keçirilə bilər. "SIGORTA online" platforması Gürcüstana səfər edənlərə sərhəd tələblərinə uyğun səyahət sığortasını tam onlayn formada təqdim edir. İstifadəçilər sığort
07.10.2026 238 Serial qəhrəmanından ilhamlanıb qızı öldürdü
ABŞ-ın məşhur "Dekster" serialına böyük maraq göstərən britaniyalı kriminalistika tələbəsi kirayələdiyi evdə hazırladığı "qətl otağı"nda seks işçisini öldürüb. xarici mediaya istinadla bildirir ki, 20 yaşlı Benjamin Dey 24 yaşlı rumıniyalı Mariya Saçanunu plastik örtüklərlə hazırlanmı
07.10.2026 263 Ən sürətli 5 quş: şahin 389 km/saat sürət yığır, amma...
Düşünürsünüz ki, şahin sürət baxımından mütləq rekordçudur? Şaquli dalış zamanı - bəli. Lakin üfüqi uçuşda o, hətta ilk üçlüyə də düşmür. İynəquyruqlu uzunqanadlı onu demək olar ki, iki dəfə qabaqlayır. xarici mediaya istinadən xəbər verir ki, şahin dalış uçuşunda mütləq rekordçu hesab olunur. O, saatd
07.10.2026 231 Limon suyu: onu qida rasionuna daxil etmək üçün 6 səbəb
Limon suyu sadəcə suyun və ya salatın dadını yaxşılaşdırmaq üçün istifadə olunan əlavə deyil. Onun tərkibində C vitamini, antioksidantlar, kalium və limon turşusu var. xarici mediaya istinadən xəbər verir ki, bu maddələr orqanizmdə bir sıra vacib proseslərin normal gedişini dəstəkləyə bilər. Bir neç
07.10.2026 247 Prezidentdən mükafat və maaş əlavələri ilə bağlı mühüm fərman
Büdcədənkənar vəsaitlər hesabına verilən vəzifə maaşına əlavələrin, mükafatların və digər ödənişlərin yuxarı hədlərinin tətbiq ediləcəyi müddət dəyişib. -a istinadən xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı "Dövlət büdcəsinin tərkibində yaradılmış məqsədli büdcə fondlarının və dövlə
07.10.2026 486