Xəstəxana direktoru işçini döyüb? - Video
Sabirabad Rayon Mərkəzi Xəstəxanasında xəstə baxıcısı döyülüb.
BiG.AZ Oxu.Az-a istinadən xəbər verir ki, bununla bağlı sosial şəbəkələrdə video yayılıb.
İddiaya görə, xəstə baxıcısı xəstəxananın direktoru Həsən Hüseynov tərəfindən xüsusi amansızlıqla döyülüb. Qadın məsələ ilə bağlı hüquq-mühafizə orqanlarına müraciət edib. Faktla bağlı cinayət işinin başlandığı deyilir.
Məsələ ilə bağlı TƏBİB-dən bildirilib ki, vətəndaş Xalidə Əliniyaz qızı Cümşüdovanın iş yerində təzyiqə və hədə-qorxuya məruz qalması, döyülməsi, həmçinin qanunsuz və əsassız olaraq işdən azad olunması barədə 2024 və 2025-ci illər ərzində quruma daxil olmuş müraciətləri əsasında müvafiq araşdırmalar aparılıb.
"X.Cümşüdova müraciətlərində "Sabirabad Rayon Mərkəzi Xəstəxanası" publik hüquqi şəxsin bir qrup əməkdaşı tərəfindən ondan pul tələb olunduğunu, tələb olunan pulu vermədiyi üçün təzyiqə məruz qaldığını, işdən çıxmasının tələb olunduğunu, həmin tələblərə əməl etmədikdə isə Xəstəxananın İnsan resursları şöbəsinin müdiri tərəfindən döyülərək burnunun qanadığını bildirib. İddiada adı keçən şəxslərin hər birinin izahatları alınıb, məsələ ilə bağlı verdikləri izahatlarında qeyd olunan halları təkzib edilib.
Həmçinin X.Cümşüdova tərəfindən müraciətində qeyd olunan halları təsdiq edən hər hansı sübut təqdim edilməyib.
Araşdırma nəticəsində əmək funksiyalarının icrası zamanı nöqsana yol verməsi və iş yerində əmək və icra intizamını pozması səbəbindən (icazəsiz işə gəlməməsi, işçilərin öz əmək funksiyalarını yerinə yetirməsinə mane olması və s.) X.Cümşüdovanın bir neçə dəfə intizam məsuliyyətinə cəlb olunduğu, yekun olaraq, 10.01.2025-ci il tarixli əmrlə X.Cümşüdova ilə "Sabirabad Rayon Mərkəzi Xəstəxanası" publik hüquqi şəxs arasında əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin b bəndinə (əmək müqaviləsinin müddətinin qurtarması) əsasən xitam verildiyi müəyyən olunub.
Əmrdən narazı qalan X.Cümşüdova "əmrin ləğvi və işə bərpa" tələbi ilə məhkəməyə müraciət edib və iddia təmin olunmayıb.
İş materiallarında X.Cümşüdovanın yerli icra hakimiyyəti orqanının başçısına və Xəstəxana rəhbərinə ünvanlanmış 27.06.2024-cü il tarixli müraciətlərindən müxtəlif dövlət orqanlarına ünvanladığı şikayətlərinin emosional vəziyyətdə yazılaraq həqiqəti əks etdirmədiyini bildirdiyi aydın olur.
X.Cümşüdovanın digər iddialarına hazırda aidiyyəti dövlət qurumları ilə birgə baxılır" deyə, açıqlamada vurğulanıb.
Qeyd edək ki, Həsən Hüseynovun Dövlət Gömrük Komitəsinin sabiq sədri Səfər Mehdiyevin bacanağı olduğu deyilir.
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 1258 Tarix: 24 oktyabr 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşMəhkəmə qərarından narazı qalanlar bunu bilməlidir
"Məhkəmədə iddia qaldırmış şəxs məhkəmənin qəbul etdiyi qərar, qərardad, qətnamə və digər məhkəmə aktları ilə razılaşmadıqda, qanunvericilikdə nəzərdə tutulmuş qaydada həmin məhkəmə aktından yuxarı məhkəmə instansiyasına şikayət verə bilər. Bu, şəxsin öz hüquq və qanuni mənafelərinin müdafiəsi üçü
07.10.2026 225 30 il tövlə qapısına söykədiyi daş 4,5 milyard illik meteorit imiş - 75 minə satdı
ABŞ-nin Miçiqan ştatında bir fermerin təxminən 30 il ərzində tövlənin qapısını açıq saxlamaq üçün istifadə etdiyi 10 kiloqramlıq daşın 4,5 milyard illik meteorit olduğu üzə çıxıb. "Qafqazinfo" xəbər verir ki, Miçiqan sakini Devid Mazurek 1988-ci ildə Edmor şəhərindəki fermasını alarkən da
07.10.2026 269 Bələdiyyə sənədi ilə evə çıxarış almaq üçün 5 əsas mərhələ
Hazırda bələdiyyə sənədi olan evə çıxarış almaq üçün hansı addımların atılmalı olduğu sualı vətəndaşlar tərəfindən tez-tez gündəmə gətirilir. Xüsusilə bələdiyyədən verilmiş sənədlərin daşınmaz əmlakın dövlət qeydiyyatı üçün nə dərəcədə əsas təşkil etdiyi, ev və torpaq sahəsinin hansı qaydada rəsmiləşdirilməl
07.10.2026 252 Ekspert Yaxın Şərqdəki vəziyyətdən danışdı: "Daha geniş müharibəyə yol vermək olmaz"
"Məkkə Birgə Müdafiə Sazişinin bu gün real təhlükəsizlik böhranı fonunda işə düşməsi Yaxın Şərqdə yeni hərbi-siyasi mərhələnin başladığını göstərir. Sazişin mahiyyəti ondan ibarətdir ki, üç dövlətdən birinə qarşı silahlı hücum digərlərinə qarşı hücum kimi qəbul edilir. Bu baxımdan Türkiyə və Pakistanı
07.10.2026 186 İran ordusu: Bölgədə vura biləcəyimiz yeni hədəflər siyahısı hazırlamışıq
"İran ordusu mütəmadi olaraq regionda qabaqlayıcı zərbələrə məruz qala biləcək potensial düşmən hədəflər siyahısına düzəlişlər və dəqiqləşdirmələr edir". Teleqraf xəbər verir ki, bu barədə "Al Mayadeen"ə İran Silahlı Qüvvələrindən bildirilib. "İran ordusu düşmən hədəflərlə bağl
07.10.2026 262 İranın Baş Qərargah rəisi: İsrailin sonunu onlar gətirəcək
"Müqavimət cəbhəsi (İranın Yaxın Şərqdəki proksi qüvvələri - red.) İsrailin sonunu gətirəcək". Teleqraf xəbər verir ki, bunu İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general Əli Abdullahi HƏMAS-ın İsrailə hücumunun üçüncü ildönümü münasibətilə bəyanatında deyib. "Bu əməliyyat İsraili
07.10.2026 247 Maye əl sabunu, yoxsa bərk sabun? - DERMATOLOQDAN AÇIQLAMA
Əllərin gündəlik gigiyenasında sabundan istifadə vacibdir. Amma seçim qarşısında qaldıqda bir sual ortaya çıxır: mayə əl sabunu daha yaxşıdır, yoxsa bərk sabun? Hansı variant əlləri daha effektiv təmizləyir və gigiyena baxımından daha təhlükəsiz hesab olunur?. Bu iki sabun növü arasında həqiqətən fər
07.10.2026 281 Bir neçə gün əvvəl gözəllik kraliçası seçilmişdi - Faciəvi şəkildə öldü
Braziliyada 22 yaşlı gözəllik kraliçası Ana Beatris Arauj Ferrera ailəsi ilə vaxt keçirərkən ildırım vurması nəticəsində həyatını itirib. "Qafqazinfo"nun məlumatına görə, hadisə Tokantins ştatının Almas şəhərində baş verib. Ana Beatris Arauj Ferrera anasının bağçasında ailəsi ilə nahar etdikdə
07.10.2026 288 Sabahın havası - Yağış, duman, külək...
Oktyabrın 8-də gözlənilən hava proqnozu açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gündüz bəzi şəhərətrafı ərazilərdə qısamüddətli yağı
07.10.2026 386