Bələdiyyə sənədi ilə evə çıxarış almaq üçün 5 əsas mərhələ

Bələdiyyə sənədi ilə evə çıxarış almaq üçün 5 əsas mərhələHazırda bələdiyyə sənədi olan evə çıxarış almaq üçün hansı addımların atılmalı olduğu sualı vətəndaşlar tərəfindən tez-tez gündəmə gətirilir. Xüsusilə bələdiyyədən verilmiş sənədlərin daşınmaz əmlakın dövlət qeydiyyatı üçün nə dərəcədə əsas təşkil etdiyi, ev və torpaq sahəsinin hansı qaydada rəsmiləşdirilməli olduğu ilə bağlı müxtəlif suallar yaranır. Bu prosesdə sənədlərin hüquqi statusunun düzgün müəyyənləşdirilməsi, torpaq sahəsi və tikili ilə bağlı məlumatların yoxlanılması və tələb olunan sənədlərin aidiyyəti qurumlara təqdim edilməsi mühüm əhəmiyyət daşıyır.

Mövzu ilə bağlı BiG.AZ-a açıqlama verən əmlak məsələləri üzrə ekspert Fərid Cəfərli bildirib ki, birinci mərhələ ilkin hüquqi yoxlama prosesidir. Bələdiyyə sənədinin hansı tarixdə, hansı bələdiyyə tərəfindən və hansı hüquqi əsasla verildiyi araşdırılır. Torpaq sahəsinin bələdiyyənin sərəncamında olub-olmaması, kateqoriyası, təyinatı və əvvəlki hüquq sahibi ilə bağlı məlumatlar mütləq yoxlanılır. Eyni zamanda, həmin torpaq sahəsi üzrə dövlət reyestrində qeydiyyatın olub-olmaması, eləcə də hər hansı məhdudiyyətin (məhkəmə mübahisəsi) və ya yüklülüyün (ipoteka, girov və s.) mövcudluğu araşdırılmalıdır:

"İkinci mərhələ torpaq hüququnun rəsmiləşdirilməsidir. Əgər bələdiyyə sənədi torpaq sahəsinə mülkiyyət və ya digər qanuni hüququ təsdiq edən əsas kimi qəbul edilirsə, həmin hüququn dövlət qeydiyyatına alınması üçün tələb olunan sənədlər hazırlanır. Bu mərhələdə torpaq sahəsinin planı və ölçüsü, bələdiyyə qərarı və digər hüquq müəyyənedici sənədlər mühüm əhəmiyyət daşıyır.
Bələdiyyə sənədi ilə evə çıxarış almaq üçün 5 əsas mərhələÜçüncü mərhələdə tikilinin hüquqi vəziyyəti müəyyənləşdirilir. Torpaq sahəsinə dair sənədin mövcudluğu avtomatik olaraq evə çıxarış verilməsi demək deyil. Evin ayrıca daşınmaz əmlak kimi hüquqi statusu müəyyənləşdirilməlidir. Bu məqsədlə tikilinin nə vaxt inşa edildiyi, tikinti üçün tələb olunan hüquqi əsasların mövcudluğu, texniki göstəriciləri və mövcud tikilinin torpaq sahəsinə uyğunluğu araşdırılır.

Dördüncü mərhələ texniki sənədləşmədir. Zəruri hallarda evin texniki inventarlaşdırılması aparılır, onun texniki göstəriciləri və planlaşdırma məlumatları hazırlanır. Bu mərhələdə faktiki vəziyyətlə təqdim olunan sənədlərin uyğunluğu xüsusi əhəmiyyət daşıyır.

Beşinci mərhələdə isə dövlət qeydiyyatı həyata keçirilir. Sənədlər tam şəkildə hazırlandıqdan sonra daşınmaz əmlak üzərində hüququn dövlət qeydiyyatına alınması üçün aidiyyəti dövlət qeydiyyatı orqanına müraciət edilir. Hüquqi əsaslar və təqdim olunan sənədlər qanunvericiliyin tələblərinə uyğun olduqda, ev və torpaq sahəsi üzrə müvafiq dövlət qeydiyyatı aparılır və nəticədə çıxarış əldə edilir".


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 115   Tarix: 07 oktyabr 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Kosmosa tarixi uçuşdan ilk görüntülər - FOTOLAR

Xəbər verdiyimiz kimi, hamısı mülki şəxslərdən ibarət olan dörd nəfəri daşıyan kosmik gəmi kosmosa göndərilib. "Qafqazinfo" xəbər verir ki, "SpaceX" kosmos turistlərinin ilk görüntülərini yayımlayıb. Həmin görüntüləri təqdim edirik:

18.09.2021 888
.

İsveçdə Azərbaycan vətəndaşı itkin düşüb

İsveçin Arvika şəhərində azərbaycanlı itkin düşüb. "Report"un Avropa bürosunun məlumatına görə, Azərbaycan vətəndaşı, 39 yaşlı İltimas Mirzəyevdən sentyabrın 15-dən etibarən xəbər almaq mümkün olmayıb. O, evdən çıxdıqdan bir qədər sonra əlaqə kəsilib. Hazırda polis azərbaycanlının axtarışın

18.09.2021 443
.

Millət vəkili: "Həftəsonları ictimai nəqliyyatın fəaliyyəti bərpa edilməlidir" – VİDEO

Pandemiyaya qarşı hökumətin verdiyi qərarlar öz müsbət təsirini göstərməkdədir, lakin Operativ Qərargah bəzi məsələlərin həlli yönündə təcili tədbirlər görməlidir. Bunu millət vəkili Fazil Mustafa deyib. Millət vəkili hesab edir ki, həll edilməli ən vacib məsələ həftəsonları ictimai nəqliyyatın fəaliyyətini

17.09.2021 1467
.

Əzraili geri qaytaran DƏFN XƏRCLƏRİ- Ölmək üçün nə qədər pul lazımdır?

"Atam son nəfəsində vəsiyyət etdi ki, o öləndən sonra Bibiheybət qəbiristanlığında dəfn edək. Yazıq kişi gözünü yumanda düşdük əl-ayağa. Ölü üçün ağlamaq qaldı bir kənara biz torpaq pulu düzəldirdik". Bu sözləri -a Rüfət Quliyev danışır. Aylar öncə atasını itirən Rüfət bəy deyir ki, üz tutduqlar

17.09.2021 2089
.

Azərbaycanda istehsal ediləcək avtomobillərin qiyməti açıqlandı - 17 min manata...

Hacıqabul Sənaye Məhəlləsində istehsal ediləcək minik avtomobillərinin qiyməti 17-20 min manat təşkil edəcək. Bu barədə "Azərbaycan Avtomobil İstehsalçıları Assosiasiyası" İctimai Birliyinin rəhbəri Emin Axundov deyib. "Minik avtomobillərinin növbəti aydan satışa çıxarılması planlaşdırılır

18.09.2021 1109
.

Azərbaycanda milli dronlar hazırlanıb - VİDEO

Milli Elmlər Akademiyasının Yüksək Texnologiyalar Parkında xüsusi təyinatlı dronlar hazırlanıb. -ın məlumatına görə, pilotsuz uçuş aparatları sifarişlər əsasında yerli mütəxəssislər tərəfindən hazırlanıb. Dronlari uçuş vaxtları, yükdaşıma və küləyə davamlılığı ilə fərqlənir. Həmçinin uçuş trayektoriyasını

18.09.2021 428
.

Ronaldo qoyunlara görə 14 milyonluq evindən köçdü - FOTO

Dünya futbolunun ulduzu Kriştiano Ronaldo 6 milyon funt-sterlinq (təxminən 14 milyon AZN) dəyərindəki malikanəsindən köçmək məcburiyyətində qalıb. xəbər verir ki, buna səbəb futbolçunun həyat yoldaşı Corcino Rodriqez və 4 övladı ilə birlikdə yaşadığı villanın ətrafında qoyun sürüsünün olmasıdır. Ronald

18.09.2021 1949
.

Maqsud Mahmudov Azərbaycana belə gətirildi - VİDEO

Xəbər verdiyimiz kimi, axtarışda olan keçmiş iş adamı Maqsud Mahmudov Ukraynada saxlanılıb. "Qafqazinfo" Maqsud Mahmudovun Azərbaycana deportasiya edilməsinin görüntülərini əldə edib. Videodan görünür ki, o, aeroportdan Daxili İşlər Nazirliyi əməkdaşları tərəfindən maşına yerləşdirilərək aidiyyət

18.09.2021 2568
.

Qondarma rejimin "bayrağ"ını silən polis kimdir? - FOTO/VİDEO

Xəbər verdiyimiz kimi, Gorus-Qafan yolunun Şurnux kəndi ərazisindən keçən zolağa nəzarət edən Azərbaycan polisi burada hərəkət edən avtomobilin üzərindəki qondarma "respublika"nın qondarma "bayrağı"nı elə yerindəcə süngü ilə qazıyıb. Sosial şəbəkələrdə yayılan məlumata görə, həmi

18.09.2021 4608
.