Qadınlar hansı heyvanlar sayəsində daha yavaş qocalır?

Qadınlar hansı heyvanlar sayəsində daha yavaş qocalır?Bu dördayaqlı dostlarla həftədə cəmi bir saat ünsiyyət qadın orqanizmində hüceyrə səviyyəsində qocalmanı ləngidir. Onları çox vaxt "insanın ən yaxşı dostu" adlandırırlar.

Lent.az xarici KİV-ə istinadla bildirir ki, lakin yeni araşdırma göstərib ki, xüsusən qadınlar üçün itlər xüsusi fayda verir.

Alimlər müəyyən ediblər ki, ev heyvanları ilə ünsiyyət hüceyrə səviyyəsində güclü cavanlaşdırıcı təsir göstərir və yaşlanma proseslərini ləngidir.

İtlə bir saat az stress, daha "cavan" hüceyrələr

Müəlliflərin gəldiyi nəticələrə görə, həftədə cəmi bir saat iti ilə vaxt keçirən qadınlarda telomerlərin qısalması ləngiyir. Telomerlər hüceyrələrin uzunömürlülüyünə cavabdeh olan DNT hissələridir. Qadınlarda bu təsir xüsusilə güclü müşahidə olunub: heyvanlarla ünsiyyət stressi azaldır, hüceyrə sağlamlığını yaxşılaşdırır.

Eksperiment necə aparılıb

Layihədə yaşı 32-72 arasında olan, posttravmatik stres pozuntusu (PTSP) yaşamış 28 qadın veteran iştirak edib. Onlar 8 həftə ərzində həftədə bir dəfə, bir saatlıq fəaliyyətlərə cəlb olunublar.

Birinci qrup yardımçı itləri digər veteranlar üçün öyrədirdi.

İkinci (nəzarət) qrup sadəcə it təlimi haqqında videolara baxırdı.

İştirakçılarda stress göstəriciləri sensorlarla ölçülürdü: məsələn, ürək ritminin dəyişkənliyi. Hüceyrə qocalması üçün isə ağız suyundan nümunələr götürülərək telomerlərin uzunluğu qiymətləndirilib. Psixoloji vəziyyət anketlərlə ölçülüb.

Qocalmanın ləngiməsi və azalan narahatlıq

İtlərlə ünsiyyətdə olan qrupda telomerlərin uzanması müşahidə olunub bu isə qocalmanın yavaşladığını göstərir. Təsir ən çox döyüş iştirakçılarında nəzərə çarpıb. Nəzarət qrupunda isə əksinə telomerlər qısalıb, bu da hüceyrə səviyyəsində qocalmanın sürətlənməsi deməkdir. Hər iki qrupda narahatlıq və PTSP simptomlarının azalması müşahidə olunsa da, yalnız itlərlə təmas hüceyrə səviyyəsində cavanlaşdırıcı təsir göstərib.

Qadın veteranlar çox vaxt adaptasiyada xüsusi çətinliklərlə qarşılaşırlar və klassik terapiya üsulları həmişə işləmir. Hər kəs xidmət iti saxlaya bilməz, lakin təlim proqramlarında və ya könüllü heyvan layihələrində iştirak etmək daimi qayğı tələb etmədən eyni faydanı verə bilir.

Alimlər araşdırmanı "irəliləyiş" adlandırırlar, amma məhdudiyyətləri də qeyd edirlər: iştirakçı sayı azdır və yalnız ABŞ-da yaşayan qadınlara fokuslanıb. Gələcəkdə bu təsirin kişilərə və daha geniş əhaliyə mümkün təsiri ayrıca öyrəniləcək.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 742   Tarix: 24 oktyabr 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Üzeyir Hacıbəylinin doğum günü Şuşada qeyd olunacaq

Bu gün Azərbaycan xalqının dahi oğlu, musiqi mədəniyyətimizin korifeyi Üzeyir Hacıbəylinin doğum günüdür. xəbər verir ki, 1995-ci ildə isə ümummilli lider Heydər Əliyevin fərmanı ilə dahi bəstəkarın anadan olmasının 110 illik yubileyi ərəfəsində 18 sentyabrın Milli Musiqi Günü kimi qeyd olunması qərar

18.09.2021 381
.

Səməd Seyidovun rəhbəri olduğu Mərkəz bağlandı

Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, Avropa Şurası Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidovun başçısı olduğu Siyasi Psixologiya Mərkəzi (SPM) fəaliyyətini dayandırıb. Mərkəzin fəaliyyətini dayandırmasına səbəb maliyyə problemini

18.09.2021 865
.

Bakıda intiharın qarşısı alındı

Bakı şəhərinin Sabunçu rayonunda 1 nəfər tikilməkdə olan binanın 3-cü mərtəbəsinə çıxaraq intihar etmək istəyini nümayiş etdirib. xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb. FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri dərhal hadisə yerinə cəl

17.09.2021 1997
.

Şimşək çaxıb, leysan yağıb

Ölkə ərazisində hökm sürən faktiki hava açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, saat 21.00-a olan məlumata əsasən Şəki, Daşkəsən, Gədəbəy, Göy-göl, Quba, Ləzə, Qusar, Oğuz, Kişçay (Şəki), Balakən, Sarıbaş(Qax), Sahdağ, Zaqatala

17.09.2021 1179
.

Telefonu niyə yastığın altına qoyub yatmaq olmaz?

"Yaşayış sahəsinin ekologiyası" laboratoriyasının müdiri Anton Yastrebçevin sözlərinə görə, smartfonları yastığın altına qoyub yatmaq olmaz. -a istinadən xəbər verir ki, ekspert səbəb kimi telefonlardan gələn radiasiyanın bəzən artdığını bildirib. "Nəzərə almaq lazımdır ki, telefonları

18.09.2021 862
.

BMT-dən xəbərdarlıq: "Dünya fəlakətə doğru gedən bir yoldadır"

BMT İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasına dair yeni hesabatını təqdim edib. Sənəddə dünya ölkələrinin Paris anlaşmalarına uyğun olaraq, qlobal istiləşməni 2 dərəcədən aşağı səviyyədə saxlamaqdan çox uzaq olduğu bildirilib. Hesabatın açıqlanmasından sonra çıxış edən BMT sədri Antoniu Qutyerre

18.09.2021 672
.

Əzraili geri qaytaran DƏFN XƏRCLƏRİ- Ölmək üçün nə qədər pul lazımdır?

"Atam son nəfəsində vəsiyyət etdi ki, o öləndən sonra Bibiheybət qəbiristanlığında dəfn edək. Yazıq kişi gözünü yumanda düşdük əl-ayağa. Ölü üçün ağlamaq qaldı bir kənara biz torpaq pulu düzəldirdik". Bu sözləri -a Rüfət Quliyev danışır. Aylar öncə atasını itirən Rüfət bəy deyir ki, üz tutduqlar

17.09.2021 2089
.

Milli Musiqi Günüdür

Sentyabrın 18-də Üzeyir Hacıbəylinin doğum günüdür. Bəstəkarın ad gününün bayram kimi qeyd edilməsi ənənəsinin əsasını maestro Niyazi qoyub. BİG.AZ xəbər verir ki, görkəmli bəstəkar və dirijor Niyazi Üzeyir bəyin vəfatından sonra hər il bu günü qeyd edərmiş. 1995-ci ildə isə Prezident Heydər Əliyevi

18.09.2021 304
.

Azərbaycan polisindən ermənilərə süngülü dərs - VİDEO

Gorus-Qafan yolu üzərində xidmət göstərən Azərbaycan polisi yoldan keçmək istəyən ermənilərə dərs verib. "Qafqazinfo" xəbər verir ki, sosial şəbəkələrdə yayılan görüntülərdə üzərində qondarma respublikanın "bayrağ"ı olan avtomobilin postdan keçmək üçün yaxınlaşdığı görünür. Postd

18.09.2021 988
.

TOP MP3