Azərbaycanca "hamınızı öldürəcəyik" deyib - Fotolar

Azərbaycanca "hamınızı öldürəcəyik" deyib - FotolarErmənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırımı, müharibə qanunlarını və qaydalarını pozma, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə, hakimiyyəti zorla ələ keçirmə, onu zorla saxlama və digər çoxsaylı cinayətlər törətməkdə təqsirləndirilən Ermənistan Respublikasının vətəndaşları Arayik Harutyunyan, Arkadi Qukasyan, Bako Sahakyan, Davit İşxanyan, David Babayan, Levon Mnatsakanyan və digərlərinin barəsində olan cinayət işləri üzrə açıq məhkəmə prosesinin baxış iclası oktyabrın 24-də davam etdirilib.

"Qafqazinfo" xəbər verir ki, Bakı Hərbi Məhkəməsində hakimlər Zeynal Ağayevin sədrliyi ilə, Camal Ramazanovdan və Anar Rzayevdən ibarət tərkibdə (ehtiyat hakim Günel Səmədova) keçirilən məhkəmə iclasında təqsirləndirilən şəxslərin hər biri bildikləri dildə tərcüməçi, həmçinin müdafiələri üçün vəkillərlə təmin olunub.

İclasda təqsirləndirilən şəxslər, onların müdafiəçiləri, zərərçəkmiş şəxslərin bir qismi, onların hüquqi varisləri və nümayəndələri, həmçinin dövlət ittihamını müdafiə edən prokurorlar iştirak ediblər.

Məhkəmə iclasında üzrlü səbəbdən iştirak edə bilməyən və bununla bağlı məhkəməyə müraciət etmiş zərərçəkmiş şəxslərin ifadələri elan edilib.

Sədrlik edən Zeynal Ağayev bildirib ki, bir sıra zərərçəkmiş şəxs məhkəməyə ərizə ilə müraciət edərək məhkəmə prosesində iştirak edə bilməyəcəklərini, ibtidai istintaqa ifadələrinin məhkəmə prosesində tədqiq olunmasını xahiş edib.

Zərərçəkmişlərin iclasda iştirak edə bilməməsinə və ibtidai istintaqa ifadələrinin tədqiq edilməsinə etiraz edən olmayıb.

Ardınca təqsirləndirilən Davit İşxanyan məhkəməyə müraciət edərək hüquqlarını müdafiə edən vəkili ilə konfidensial görüşmək istədiyini deyib. Bildirib ki, o, sübutlara əlavə olunması üçün məhkəməyə video təqdim etmək istəyir. Qeyd edib ki, həmin video 2020-ci ildə Tovuz hadisələrindən sonra lentə alınıb. Amma videonu məhkəməyə təqdim etməzdən əvvəl ona vəkili ilə birlikdə baxması üçün şərait yaradılmasını xahiş edib.

Hakim fasilədə bunun üçün onlara şərait yaradılacağını deyib.

Təqsirləndirilən Davit Manukyan isə vəsatət verərək Ermənistanda anadan olmuş, orada yaşamış, Masis rayonunun Sayat Nova kəndində (keçmiş Zəngibasar rayonunun Aşağı Necili kəndi – red.) əlvan metallar bazasında işləmiş, sonralar isə oradan didərgin salınmış Knyaz adlı azərbaycanlının məhkəməyə şahid qismində dəvət olunmasını xahiş edib. Bildirib ki, həmin şəxsin soyadını və onunla bağlı digər məlumatları xatırlamır.

Vəsatətə münasibət bildirən Baş prokurorun böyük köməkçisi Vüsal Əliyev deyib ki, müdafiə tərəfi həmin şəxsin məhkəməyə hansı səbəbdən dəvət olunmasını və dindirilməsinin konkret məqsədini, habelə onun şəxsiyyətini təsdiq edən, eləcə də şəxsiyyətini müəyyən etmək üçün zəruri məlumatları bildirmədi. Bundan başqa, dindirilməsi xahiş olunan şəxsin yaşadığı yer, soyadı da məlum deyil. Belə olan halda vəsatətin təmin edilməsi qeyri-mümkündür. Hətta təmin edilərsə belə icrası mümkünsüzdür.

Məhkəmə yerində müşavirə keçirərək qərar qəbul edib.

Qərara əsasən vəsatət əsassız olduğu üçün təmin edilməyib.

Bundan sonra məhkəmə iclasında üzrlü səbəbdən iştirak edə bilməyən və bununla bağlı məhkəməyə müraciət etmiş zərərçəkmiş şəxslərin və zərərçəkmiş şəxslərin hüquqi varislərinin ifadələri elan olunub.

Zərərçəkmiş Vəliyev Fikrət Cavad oğlunun elan olunan ifadəsinə əsasən, 1992-ci il fevralın 25-də gecə saatlarında Ermənistan hərbçiləri Xocalı şəhərində evləri yandırarkən o, evinə gedib. Orada heç kimin olmadığını görüb və Kətik meşəsi istiqamətində qaçıb. Qarqarçayın üzərindəki körpünün altında çoxlu sayda Xocalı şəhər sakinlərini, o cümlədən arvadı Vəliyeva Ürüzə Xanlar qızını, bacısı Sürəyya Vəliyeva və bacısı oğlu Əhmədov Anar İslam oğlunu görüb. O, ailə üzvləri və təxminən 300 nəfər Xocalı sakini ilə birlikdə Kətik meşəsi istiqamətində hərəkət edib, Kətik kəndinə yaxınlaşarkən Ermənistan ordusu tərəfindən atəşə tutulmaları nəticəsində adlarını bilmədiyi bir neçə Xocalı sakini öldürülüb və yaralanıb. Bütün gecəni meşədə qaldıqları üçün Xocalı şəhər sakinlərinin əksəriyyətinin ayaqlarını don vurub, adlarını bilmədiyi bəzi şəxslər donvurmadan ölüblər. Həmin gecə bacısı və digər qohumları naməlum şəraitdə itkin düşüblər, onların yaşayıb-yaşamaması barədə heç bir məlumat yoxdur.

Dumanlı hava şəraiti ilə əlaqədar Ağdam rayonu istiqamətində gedən yolu tapa bilməyib, fevralın 27-də 230 nəfər Xocalı şəhər sakini ilə Dəhrəz kəndinin yaxınlığından keçərkən Ermənistan hərbçiləri tərəfindən atəşə tutulublar. Bağırova Zəhra Sarı qızı, Telman, Mehti və adlarını xatırlamadığı 4 nəfər burada ölüb, 3 nəfər isə yaralanıb. O və digərləri girov götürülərək həmin kənddə yerləşən tövlədə saxlanılıb və burada işgəncələrə məruz qalıblar. Həmin vaxt Ermənistan hərbçisinin girovların arasından olan uşağa təpiklə vurması nəticəsində onun başı zərblə divara dəyib. Uşağı qorumaq üçün onu yerdən götürüb qucağına alsa da, həmin hərbçi Azərbaycan dilində "sizin hamınızı öldürəcəyik" deyib. Üzərilərində olan pul vəsaitləri, qızıl-zinət əşyaları qarət edilib, soyuq fermada ac-susuz saxlanılıblar. Bundan əlavə, Ermənistan hərbçiləri girovların arasından gəncləri - Usubəli Qarayevi, Zakir, Əliyar və Elşad Usubovları, Rövşən Həsənovu, Vüqar Hüseynovu, Ülfət Əliyevi, Tofiq Zeynalovu, Elşad Həsən oğlunu, Ələddin Paşayevi, Siyavuş Halay oğlunu, Rövşən Qaçay oğlu və Şahin adlı Xocalı sakinlərini seçib çölə çıxarıblar. Sonra atəş səsləri, ardınca isə avtomobil səsi eşidilib, hazırkı vaxtadək həmin şəxslər itkin düşmüş sayılır.

Elan olunan ifadələrə əsasən, zərərçəkmiş şəxslər Hümbətəliyev Rüfət Bəxtiyar oğlu, Cavadov Natiq Şahin oğlu, Baxşəliyev Nizami Fizuli oğlu və Nəbiyev Nadir İqor oğlu ifadələrində 2022-ci il sentyabrın 13-də Kəlbəcər rayonunun ərazisində düşmənin təxribatından bəhs ediblər. Qeyd edilib ki, həmin vaxt R.Hümbətəliyev, N.Cavadov və N.Baxşəliyev düşmənin açdığı atəşlər nəticəsində, N.Nəbiyev isə düşmənin basdırdığı minanın partlaması nəticəsində yaralanıblar. Elnur Rüstəmov, Qədim Xəlilov və Ümid İmamquliyev isə həlak olublar.

Zərərçəkmiş Mustafayev Siyasət Akif oğlunun hüquqi varisi qismində tanınaraq dindirilmiş Mustafayev Akif Məmməd oğlu ifadəsində bildirib ki, övladı 2020-ci il sentyabrın 27-də Ağdərə rayonunun Talış kəndi istiqamətində Ermənistan silahlı qüvvələrinin açdığı atəşlər nəticəsində həlak olub.

Digər zərərçəkmiş Həbibov Rahim Şirməmməd oğlu ifadəsində göstərib ki, o, "Azərbaycan Elmi-Tədqiqat və Layihə-Axtarış Energetika İnstitutu" Məhdud Məsuliyyətli Cəmiyyətin Mühəndis-axtarış idarəsinin Mühəndis-geodeziya şöbəsinin rəisi vəzifəsində işləyib və işi ilə əlaqədar "Şuşa-Xankəndi" 110 kV-luq yüksəkgərginlikli elektrik hava xəttinin çəkilməsinin planlaşdırılması məqsədilə 2023-cü il dekabrın 7-də əraziyə baxış keçirərkən mina partlayışı baş verib və xəsarət alıb.

Abbasov Alman Ənvər oğlu ifadəsində qeyd edib ki, o, Füzuli rayonunun Qarabağ kəndində yaşayır. 2020-ci il oktyabrın 9-da Ermənistan silahlı qüvvələri tərəfindən atılan artilleriya mərmilərindən biri onun yaşadığı evin yaxınlığına düşüb. Nəticədə evi və istifadəsində olan avtomobili yararsız vəziyyətə düşüb, həmin vaxt özü, habelə Rəfiyev Elçin Məmməd oğlu, Şirinov Elşən Şahmar oğlu, Aslanov Yaşar Savalan oğlu və Əhmədov Tahir Telman oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Həsənzadə Cəsarət Gülağa oğlu ifadəsində göstərib ki, 2023-cü il sentyabrın 19-da Ağdərə rayonu ərazisində Ermənistan ordusunun qalıqları və qanunsuz erməni silahlı dəstələri tərəfindən atılmış tankəleyhinə idarəolunan raket mərmisinin yaxınlığına düşüb partlaması nəticəsində o və yanında olan Akif Koroğluyev, Hüseyn Babayev və Amin Ələsgərov xəsarətlər alıblar, Füzuli Məmmədov isə həlak olub.

Balakişiyev Ehtibar Təvəggül oğlu ifadəsində qeyd edib ki, 2020-ci il oktyabrın 3-də Beyləqan şəhərinə 3 raket atılıb. Həmin raketlərdən birinin yol kənarına düşməsi nəticəsində xəsarət alıb.

Zərərçəkmiş İbrahimov Nadir Əli oğlu ifadəsində göstərib ki, 2020-ci il oktyabrın 4-də Ermənistan silahlı qüvvələri tərəfindən Gəncə şəhəri, Əziz Əliyev küçəsinə atılan raket zərbəsinin təsirindən evi dağılıb. Həmin vaxt onunla birlikdə 1 yaşlı nəvəsi Emil İbrahimov və arvadı Süheyla İbrahimova ətrafda olan şəxslərin köməyi ilə dağıntılar altından çıxarılıblar. Hadisə nəticəsində hər üçü xəsarət alıb. Yaşadıqları ərazidə hər hansı bir hərbi təyinatlı obyekt olmayıb.

Digər zərərçəkmiş Həsənova Lalə Akif qızı ifadəsində bildirib ki, 2020-ci il oktyabrın 4-də yaşadığı Gəncə şəhəri, Nəriman Nərimanov prospektindəki evə Ermənistan silahlı qüvvələri tərəfindən atılmış raket zərbələrinin təsirindən özü və qızı Nigar xəsarətlər alıblar, oğlu İlyasın sol qolu və barmaqları sınıb. Zərbənin təsirindən evləri dağılaraq yararsız hala düşüb.

Zərərçəkmiş Teymurov Fərid Füzuli oğlunun hüquqi varisi Teymurov Füzuli Əjdər oğlu ifadəsində bildirib ki, oğlu Fərid 2020-ci il oktyabrın 7-də Suqovuşan kəndi ərazisində itkin düşüb, onun nəşi yalnız 2021-ci il yanvarın 2-də tapılıb.

Zərərçəkmiş Kərimov Elmir Rəhim oğlunun hüquqi varisi Kərimov Rəhim Həkim oğlu ifadəsində bildirib ki, oğlu 2020-ci il oktyabrın 1-də Talış-Suqovuşan istiqamətində Ermənistan silahlı qüvvələrinin atdığı minaatan mərmisinin partlaması nəticəsində həlak olub.

Zərərçəkmiş Quliyev Elçin Rövşən oğlunun hüquqi varisi Quliyev Rövşən Balay oğlu oğlunun 2020-ci il sentyabrın 29-da, zərərçəkmiş Cəfərov Oruc Vaqif oğlunun hüquqi varisi Cəfərov Vaqif Mahmud oğlu övladının 2020-ci il oktyabrın 1-də, zərərçəkmiş Nağıyev Baloğlan Müdəhət oğlunun hüquqi varisi Nağıyev Müdəhət Baloğlan oğlu övladının 2020-ci il oktyabrın 5-də, zərərçəkmiş Cəfərov Təbriz İlqar oğlunun hüquqi varisi Cəfərov İlqar Qərib oğlu ifadəsində övladının 2020-ci il oktyabrın 30-da Ermənistan silahlı qüvvələrinin Suqovuşan kəndi istiqamətində açdığı atəşlər nəticəsində həlak olduqlarını bildiriblər.

Məhkəmə iclası digər ifadələrin oxunması ilə davam etdirilib.

Məhkəmə prosesi oktyabrın 27-də davam etdiriləcək.

Qeyd edək ki, Ermənistan dövlətinin, onun dövlət qurumlarının vəzifəli şəxslərinin, hərbi qüvvələrinin və qanunsuz silahlı birləşmələrin bilavasitə rəhbərliyi və iştirakı, şifahi-yazılı qaydada verdiyi tapşırıq, göstəriş və təlimatları, maddi, texniki, şəxsi heyətlə verdiyi dəstəyi, mərkəzi qaydada idarəçiliyi əsasında, eləcə də ciddi nəzarəti altında Azərbaycan ərazisində daxili və beynəlxalq hüquq normalarına zidd şəkildə, Azərbaycana hərbi təcavüz etmək məqsədilə yaradılmış, həmçinin Köçəryan Robert Sedraki, Sarkisyan Serj Azati, Manukyan Vazgen Mikaeli, Sarkisyan Vazgen Zaveni, Babayan Samvel Andraniki, Balasanyan Vitali Mikaeli, Balayan Zori Hayki, Ohanyan Seyran Muşeqi, Qaramyan Arşavir Surenoviç, Melkonyan Monte Çarlz və digərlərinin rəhbərliyi, bilavasitə və dolayı iştirakları ilə Ermənistan dövləti, o cümlədən sözügedən cinayətkar birlik tərəfindən aparılan təcavüzkar müharibənin gedişində törədilmiş çoxsaylı cinayət faktlarına dair cinayət işi üzrə 15 təqsirləndirilən şəxs ittiham edilir.

Həmin şəxslər, yəni, Harutyunyan Arayik Vladimiri, Qukasyan Arkadi Arşaviri, Sahakyan Bako Sahaki, İşxanyan Davit Rubeni, Manukyan David Azatini, Babayan David Klimi, Mnatsakanyan Levon Henrikoviç, Beqlaryan Vasili İvani, Qazaryan Erik Roberti, Allahverdiyan Davit Nelsoni, Stepanyan Qurgen Homeri, Balayan Levon Romiki, Babayan Madat Arakeloviç, Martirosyan Qarik Qriqori, Paşayan Melikset Vladimiri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 100 (təcavüzkar müharibəni planlaşdırma, hazırlama, başlama və aparma), 102 (beynəlxalq müdafiədən istifadə edən şəxslərə və ya təşkilatlara hücum etmə), 103 (soyqırımı), 105 (əhalini məhvetmə), 106 (köləlik), 107 (əhalini deportasiya etmə və ya məcburi köçürmə), 109 (təqib), 110 (insanları zorakılıqla yoxa çıxarma), 112 (beynəlxalq hüquq normalarına zidd azadlıqdan məhrumetmə), 113 (işgəncə), 114 (muzdluluq), 115 (müharibə qanunlarını və adətlərini pozma), 116 (silahlı münaqişə zamanı beynəlxalq humanitar hüquq normalarını pozma), 118 (hərbi soyğunçuluq), 120 (qəsdən adam öldürmə), 192 (qanunsuz sahibkarlıq), 214 (terrorçuluq), 214-1 (terrorçuluğu maliyyələşdirmə), 218 (cinayətkar birlik (təşkilat) yaratma), 228 (qanunsuz olaraq silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə), 270-1 (aviasiya təhlükəsizliyinə təhdid yaradan əməllər), 277 (dövlət xadiminin və ya ictimai xadimin həyatına sui-qəsd etmə), 278 (hakimiyyəti zorla ələ keçirmə və onu zorla saxlama, dövlətin konstitusiya quruluşunu zorla dəyişdirmə), 279-cu (qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələri və qrupları yaratma) və digər maddələri ilə ittiham olunurlar.

Azərbaycanca "hamınızı öldürəcəyik" deyib - FotolarAzərbaycanca "hamınızı öldürəcəyik" deyib - FotolarAzərbaycanca "hamınızı öldürəcəyik" deyib - FotolarAzərbaycanca "hamınızı öldürəcəyik" deyib - FotolarAzərbaycanca "hamınızı öldürəcəyik" deyib - FotolarAzərbaycanca "hamınızı öldürəcəyik" deyib - FotolarAzərbaycanca "hamınızı öldürəcəyik" deyib - FotolarAzərbaycanca "hamınızı öldürəcəyik" deyib - FotolarAzərbaycanca "hamınızı öldürəcəyik" deyib - FotolarAzərbaycanca "hamınızı öldürəcəyik" deyib - FotolarAzərbaycanca "hamınızı öldürəcəyik" deyib - FotolarAzərbaycanca "hamınızı öldürəcəyik" deyib - FotolarAzərbaycanca "hamınızı öldürəcəyik" deyib - FotolarAzərbaycanca "hamınızı öldürəcəyik" deyib - Fotolar


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 779   Tarix: 24 oktyabr 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Prezident xanımı və qızı ilə Fəxri xiyabanda - Fotolar

Müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, dünyaşöhrətli siyasi xadim, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin vəfatından 22 il ötür. "Qafqazinfo" xəbər verir ki, bu gün Azərbaycan Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyeva Fəxri xiyaban

12.12.2025 435
.

Teleaparıcı baş redaktoru biabır etdi: Mənə əxlaqsız təkliflər edirdi

Türkiyənin "Habertürk" telekanalının keçmiş xəbər aparıcısı Nur Köşker kanalın keçmiş baş redaktoru Mehmet Akif Ersoy haqqında diqqətçəkən açıqlamalar verib. Türkiyə mediasına istinadən xəbər verir ki, spiker kanalda çalışdığı dövrdə Mehmet Akif Ersoy tərəfindən təcavüzə məruz qaldığını iddi

12.12.2025 215
.

"Şəklini göndər, 3500 manat maaş" - İş elanı müzakirə yaratdı

Bakıda katibə axtarıldığı və 3500 manat maaş verildiyi iddia edilən elan yayılıb. Axşam.az xəbər verir ki, bununla bağlı "Baku TV" süjet hazırlayıb. Bildirilib ki, elanda "Bütöv düşən şəkil göndər, 3500 manat maaşdır" sözləri yazılıb

12.12.2025 256
.

Tamstore meyvə və tərəvəzi maya dəyərinə satacaq

Tamstore Marketlər Şəbəkəsinin bütün filiallarında meyvə və tərəvəz maya dəyərinə satılacaq. Artıq həm təzə, həm bol çeşidli, həm də ucuz meyvə tərəvəz alış-verişi üçün bazara getməyə ehtiyac qalmadı. Tamstore təzə qida istiqamətində start verdiyi strateji yanaşma ilə təkcə meyvə və tərəvəzdə yox, hə

12.12.2025 214
.

Kamran Əsədova cinayət işi açıldı - Abituriyentlərə cavabları belə ötürürmüş

Tanınmış təhsil eksperti Kamran Əsədov cinayət məsuliyyətinə cəlb edilib. "Qafqazinfo"nun əldə etdiyi məlumata görə, ekspert tanışı Gündüz Abbasovla birlikdə 2025-ci ildə keçirilən qəbul və buraxılış imtahanlarında qanunsuz texniki vasitələrdən istifadə halları ilə bağlı ittiham olunur. Gündü

12.12.2025 272
.

Alimlər həyəcan təbili çalır: Dəniz pandemiyası dəniz kirpilərini məhv edir

2021-ci ildən bəri Kanar arxipelaqında dəniz kirpisi növü Diadema africanum demək olar ki, tamamilə naməlum xəstəlikdən tələf olub. Tinerifedə populyasiya 99,7% azalaraq praktiki olaraq yoxa çıxıb, Madeira arxipelaqının yaxınlığında isə geriləmə 90%-ə çatıb. Qaunarinfo xəbər verir ki, eyni dövrdə kütləv

12.12.2025 112
.

Şamaxıda film kimi oğurluq: "İmperial"ın sahibinin 49 minlik qızılını apardılar

Şamaxıda fəaliyyət göstərən "İmperial" qızıl mağazasının sahibinə məxsus 48 989 manat dəyərində qızıl-zinət əşyaları oğurlanıb. Qaynarinfo xəbər verir ki, hadisə mağazanın satıcısı qızılları evə apararkən baş verib. Satıcı evinə çatarkən əlindəki qızıl-zinət əşyaları olan çantanı giriş qapısını

12.12.2025 215
.

Paşinyanın sülh çağırışı: diplomatik jest yoxsa real dəyişiklik?

"Paşinyanın separatçılara yönəltdiyi sülh çağırışı ilk baxışda "yeni yanaşma" kimi görünür, amma arxa planda daha çox siyasi özünümüdafiə dayanır. Ermənistan rəhbərliyi uzun müddət separatizmi dəstəkləyən tərəf kimi tanınıb və indi bu mövqedən geri çəkilmək ona həm beynəlxalq, həm də regiona

12.12.2025 178
.

Günlərlə davam edən etirazlar nəticə verdi: Bolqarıstan baş naziri istefaya getdi

Bolqarıstanın baş naziri Rosen Jelyazkov kütləvi etirazlardan sonra cümə axşamı istefa verib. O, "xalqın səsini eşitdiyini" deyib. BİG.AZ The Guardian-a istinadən xəbər verir ki, həftələrdir davam edən etirazlar hökumətin vergi və sosial ödənişləri artırmağı nəzərdə tutan büdcə planına, eləc

12.12.2025 225
.

TOP MP3