Tailandda kraliça öldü: Ölkədə birillik matəm elan edildi

Tailandda kraliça öldü: Ölkədə birillik matəm elan edildiTailandın sabiq kraliçası, kral Maha Vaçiralonqkonun anası Sirikit 93 yaşında vəfat edib.

Oxu.Az xəbər verir ki, bu barədə məlumatı Tailand Kral Sarayına istinadla "Kommersant" yayıb.

Məlumatda deyilir: "Krallıqda Ülyahəzrət ana kraliça Sirikitin vəfatı ilə əlaqədar matəm elan olunur. Matəm bir il davam edəcək".

Sirikit 2019-cu ildən xəstəxanada həkimlərin nəzarəti altında idi. 2025-ci il oktyabrın 17-də onun qan dövranında infeksiya aşkar edilib.

Bildirilir ki, ana kraliça ilə vida mərasimi ölkənin bütün sakinləri üçün açıq olacaq. Mərasim Banqkokda Kral iqamətgahının Ananda Samakhom təntənəli salonunda keçiriləcək.

Qeyd edək ki, vəfat etmiş kraliça 60 il ərzində keçmiş kral Pumipon Adulyadetin həyat yoldaşı olub.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 688   Tarix: 25 oktyabr 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Sakit okeanda güclü seysmik aktivlik: Tonqa akvatoriyasında 7.6 ballıq zəlzələ oldu

Sakit okeanda, Tonqa Krallığı akvatoriyasında 7.3 ballıq güclü zəlzələ baş verib. xəbər verir ki, bu barədə Rusiya Elmlər Akademiyasının Vahid Geofizika Xidməti məlumat yayıb. Məlumata görə, Bakı vaxtı ilə saat 08:38-də qeydə alınan zəlzələnin episentri Tonqanın ikinci ən çox əhalisi olan Neiafu adasında

12:00 242
.

Raketin üzərinə fotosunu vurub təşəkkür etdilər - Video

İran hərbçiləri istifadə etdikləri raketlərin üzərinə İspaniya Baş naziri Pedro Sançesin fotosunu vurublar. "Qafqazinfo" xəbər verir ki, bu barədə məlumatı "Tasnim" agentliyi yayıb. Raketlərin üzərində Sançesin fotosu ilə yanaşı onun ABŞ və İsrailin İranla bağlı həyata keçirdiyi əməliyyat

23.03.2026 646
.

ABŞ-də kibertəhdidlər və süni intellektlə mübarizə üçün yeni idarə yaradıldı

ABŞ Dövlət Departamenti süni intellekt (AI) və digər inkişaf etməkdə olan texnologiyaların yaratdığı kibertəhdidləri aradan qaldırmaq üçün yeni bir bölmə yaradıb. xəbər verir ki, bu barədə "ABC News" mənbələrə istinadən məlumat yayıb. Xəbərə görə, yeni yaradılan İnkişaf Etməkdə olan Təhdidlə

17:15 140
.

Qəbələdə "KİA" ilə vurulan 71 yaşlı qadın öldü

Martın 23-də saat 20 radələrində Qəbələ şəhərində Hamlet Yolçuyev idarə etdiyi "KİA" markalı avtomobillə yolu keçən piyada, 71 yaşlı Samaya Hüseynovanı vurub. Piyada aldığı xəsarətlərdən ölüb. Daxili İşlər Nazirliyi mətbuat xidmətinin regional qrupundan -a bildirilib ki, faktla bağlı Qəbəl

11:30 275
.

Qızıl və digər qiymətli metallar ucuzlaşır

Qızılın və digər qiymətli metalların qiymətlərində ucuzlaşma müşahidə olunur. xəbər verir ki, bunu ticarət məlumatları sübut edir. Bakı vaxtı ilə saat 09:26-ya olan məlumata görə, Nyu-York Ticarət Birjasının bölməsi olan "Comex"də iyun ayına çatdırılma ilə qızıl füçerslərinin qiyməti 64.9

15:15 239
.

"Gəray bəy" obrazı ilə yaddaşlara həkk olan Həsənağa Turabovun doğum günüdür

Martın 24-də Azərbaycan teatr və kino aktyoru, rejissoru, Xalq artisti Həsənağa Turabovun doğum günüdür. xatırladır ki, Həsənağa Turabov 1938-ci ildə Bakı şəhərində anadan olub. O, 31 saylı orta məktəbi bitirdikdən sonra Azərbaycan İncəsənət İnstitutuna daxil olub və 1960-cı ildə aktyorluq ixtisası üzr

14:45 239
.

Sosial şəbəkədə yayılan görüntülər gündəmi alt-üst etdi: "Novruzda qadın kimi geyinmək adəti yoxdur!" - VİDEO

Azərbaycanın ən qədim bayramlarından biri Novruz bayramıdır. Bu bayramın özünəməxsus adət-ənənələri var. Xalqımız bu adətləri hər il sevə-sevə yerinə yetirir. Keçəl, Kosa və Bahar qızı bu bayramın ayrılmaz hissəsidir. Baku TV-nin məlumatına görə, son illər bəzi fərqli Novruz ənənələrinə uyğun olmaya

23.03.2026 862
.

Şəmkirdə eyni vaxtda baş verən iki ayrı qəzada xəsarət alanların vəziyyəti AÇIQLANDI

Şəmkirdə baş verən iki ayrı yol-nəqliyyat hadisəsində xəsarət alan şəxslərin vəziyyətləri açıqlanıb. Bu barədə -a Şəmkir Rayon Mərkəzi Xəstəxanasından (RMX) məlumat verilib. Bildirilib ki, Şəmkir rayon ərazisində baş verən yol-nəqliyyat hadisəsində iki nəfər (kişi) xəsarət alaraq Şəmkir RMX-nin Təcil

18:30 102
.

Putin azərbaycanlı alimi təltif etdi

Rusiya Prezidenti Vladimir Putin azərbaycanlı alim, geologiya və minerologiya elmləri doktoru Vaqif Kərimovu təltif edib. "Qafqazinfo" xəbər verir ki, bu barədə Rusiya mətbuatı məlumat yayıb. Putinin imzaladığı Fərmanla Vaqif Yunus oğlu Kərimova "Rusiya Federasiyasının Əməkdar elm xadimi"

23.03.2026 545
.

TOP MP3