Maştağada 450 manata görə baş verən amansız qətlin TƏFƏRRÜATI
Bakıda 75 yaşlı qadına qarşı quldurluq edərək, onu amansızlıqla öldürməkdə təqsirləndirilən Süleyman Cəbiyevin cinayət işi üzrə məhkəmə hazırlıq iclası keçirilib.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Elnur Nuriyevin sədrliyi ilə baş tutan iclasda təqsirləndirilənin anket məlumatları dəqiqləşdirilib və həbs qətimkan tədbirinin dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilib.
Məhkəmənin ilk baxış iclası noyabrın 7-nə təyin edilib.
Qeyd edək ki, hadisə 2025-ci il mayın 28-də Sabunçu rayonunun Maştağa qəsəbəsində baş verib. 75 yaşlı Jalə Əskərxanovanın meyiti mənzilində aşkar olunub. İlkin araşdırmalar onun bir neçə gün əvvəl bıçaqla öldürüldüyünü göstərib. Şübhəli şəxs kimi qonşusu, əvvəllər oğurluqda məhkum olunmuş 30 yaşlı Süleyman Cəbiyev tutulub.
İstintaqa görə, Süleyman Cəbiyev hasardan aşaraq qadının evinə girib, onun boğazından tutaraq pulların yerini soruşub və daha sonra qadına bir neçə bıçaq zərbəsi endirib. O, paltar dolabından 450 manat pul götürərək, hadisə yerindən qaçıb.
Hadisədən 4 gün sonra mərhumun yaxınları Jalə Əskərxanovanın onların zənglərinə cavab verməməsinə görə onun evinə gələrək meyitini aşkar ediblər.
Süleyman Cəbiyev ifadəsində bildirib ki, o, qonşusunu tamah məqsədilə yox, hadisədən bir neçə gün əvvəl onu söydüyü üçün öldürüb. Buna görə də qadının evinə gəlib. Məsələyə aydınlıq gətirmək istəyəndə isə qadın onu yenidən təhqir edib. Bundan sonra Süleyman Cəbiyev qadına xəsarətlər yetirib.
Süleyman Cəbiyevə qarşı Cinayət Məcəlləsinin bir neçə maddəsi üzrə, o cümlədən xüsusi amansızlıqla adam öldürmə və quldurluq ittihamları irəli sürülüb.(oxu.az)
Daha ətraflı Baku TV-nin süjetində:
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 552 Tarix: 25 oktyabr 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Bu vərdiş ölümcül ola bilər - niyə qulaqcıqla yatmaq olmaz?
Getdikcə daha çox insan yuxuya sakit musiqi, podkast və ya yağış səsi altında gedir, çoxları isə bunu qulaqlıqla edir. -ın xarici mediaya istinadla məlumatına görə, lakin həkimlər xəbərdarlıq edir ki, bu vərdiş eşitmə, dərinin vəziyyəti və hətta təhlükəsizlik baxımından ciddi risk daşıya bilər. Mütəxəssislə
10.12.2025 151 Gəncədə şagirdlərin zəhərləndiyi dönərxana bağlandı - Fotolar
Gəncədə zəhərlənmə baş verən dönərxanın fəaliyyəti məhdudlaşdırılıb. Bu barədə "Qafqazinfo"nun sorğusuna cavab olaraq Qida Təhlükəsizliyi Agentliyindən bildirilib. Qeyd edilib ki, baş verən hadisə ilə bağlı araşdırmalar davam edir: "Gəncədə baş verən hadisə Qida Təhlükəsizliyi Agentliy
10.12.2025 209 Azərbaycan təhsili süni intellektlə necə güclənə bilər?
"Süni intellektin təhsil sahəsinə tətbiqi texnoloji yenilənmə deyil, təhsil sisteminin düşünmə və idarəetmə tərzinin dəyişməsidir. Burada əsas məqam ondan ibarətdir ki, süni intellekt müəllimin yerini tutmaq üçün yox, müəllim əməyinin səmərəliliyini artırmaq və təhsilin keyfiyyətini yüksəltmək üçü
10.12.2025 180 Axios: Suriyada İsrail ilə Türkiyə arasında müharibə qaçılmazdır
BİG.AZ Axios-a istinadən xəbər verir ki, agentliyin analitik yazısında Suriyada İsrail və Türkiyə arasında artan gərginliyə diqqət çəkilib. Agentlik yazır ki, hər iki ölkənin Suriyadakı hərbi aktivliyi paralel şəkildə genişlənir və bu, regionda birbaşa toqquşma riskini artırır. Məqalədə vurğulanır ki
10.12.2025 427 17 illik maneədən sonra qəbul olunan Rəqabət Məcəlləsi niyə effekt vermədi? - İQTİSADÇI AÇIQLADI
Ölkədə 17 illik manədən sonra nəhayət 1 iyul 2024-cü ildə ölkədə rəqabət məcəlləsi qəbul olundu. Lakin məcəllənin qəbulundan 1 il 6 aya yaxın vaxt keçməsinə baxmayaraq, biz hər hansısa bir sahədə monopoliyaya ilə bağlı hər hansısa bir dəyişikliyin olduğunu görmürük. Prezidentin sərəncamı ilə Antiinhisa
10.12.2025 199 Metroda qadına qarşı əxlaqsız hərəkətlər edən kişi - Həbs olundu
Bakı metrosunda qatarda qadına qarşı əxlaqsız hərəkətlər etmiş şəxs inzibati məsuliyyətə cəlb olunub. qafqazinfo-ya istinadən xəbər verir ki, hadisə dekabrın 8-i metronun "Nərimanov" stansiyasında qeydə alınıb. Gürcüstan vətəndaşı Mirvari Salmanova (ad-soyadlar şərtidir) qatardan düşərək orad
10.12.2025 374 Bakıda restoranlarda "çayvoy" qadağası
Restoranlarda servis haqqının tutulması Azərbaycanda turizmin inkişafına mənfi təsir göstərməklə yanaşı, müştərilərin böyük narazılığına səbəb olur. Bakıda yerləşən bəzi restoranların vətəndaşlara əvvəlcədən məlumat vermədən ümumi hesaba 10-15% servis haqqı əlavə etməsi uzun müddətdir ki, çox az adam
10.12.2025 322 ABŞ Çinlə radar hadisəsi ilə bağlı mübahisədə Yaponiyanı dəstəkləyir
Birləşmiş Ştatlar keçən həftə keçirilən təlim zamanı ilk dəfə Çini Yaponiya hərbi təyyarələrinə radar vurduğuna görə tənqid edib. BİG.AZ The Guardian-a istinadən xəbər verir ki, Yaponiyanın Okinava adaları yaxınlığında hərbi təlim zamanı Yaponiyanın baş naziri Sanae Takaichi keçən ay Tokionun Çinin Tayvan
10.12.2025 190 Bakıda yağışa görə azyaşlı xəstəxanalıq oldu - Video
Artıq bir neçə gündür ölkə ərazisində yağıntılı hava müşahidə edilir. "Qafqazinfo" xəbər verir ki, paytaxtın bir sıra küçə və prospektlərini su basıb, nəqliyyatın hərəkəti çətinləşib. " bildirir ki, Türkan qəsəbəsində də eyni mənzərə müşahidə olunur. Belə ki, qısa müddətdə yağan yağı
10.12.2025 200