"Tramp marşrutu" Cənubi Qafqazda geosiyasi, iqtisadi və enerji təhlükəsizliyi arenasında yeni qaydaların formalaşmasına açar ola bilər"
TRIPP layihəsinin (Zəngəzur dəhlizinin Ermənistan ərazisindən keçəcək 42 kilometrlik hissəsinin - red.) həyata keçirilməsi Ermənistan, Azərbaycan və qonşu dövlətləri birləşdirən boru kəmərləri, elektrikötürücü xətlər və rabitə kabellərinin inşası üçün şərait yaradır.
Bu barədə Ermənistan parlamentinin sədri Alen Simonyan Avronestin Parlament Assambleyasının İrəvanda keçirilən 12-ci plenar iclasında bildirib.
"Layihə təkcə dəmir yolu əlaqələrinin inkişafını deyil, həm də Ermənistan, Azərbaycan və regionun digər ölkələri arasında avtomobil yolları, boru kəmərləri, elektrikötürücü xətlər və rabitə kabellərinin inşası perspektivini nəzərdə tutur", - A.Simonyan qeyd edib.
Politoloq Nicat Qasımov BiG.AZ-a bildirib ki, bu layihə iki ölkə arasında münaqişədən sonrakı normallaşma mərhələsində regionda infrastruktur əlaqələrinin bərpası və inkişafı perspektivinə daxil edilir. Bu, yalnız ikitərəfli iqtisadi əməkdaşlıqla qalmayıb, üçüncü tərəf ölkələrin də layihəyə qoşulması üçün zəmin yarada bilər:
Avropa İttifaqının (və ya onun təşəbbüsü ilə) Qara dəniz və Cənub Qafqaz regionuna yönəlmiş strateji planları çərçivəsində belə layihələrin reallaşması, Avropa- Asiya enerji və nəqliyyat kəmərlərinin formalaşmasına təsir edir. Bu isə bölgədə Rusiya, Türkiyə, İran və digər dövlətlərin maraqlarını da əhatə edir.
Boru kəmərləri, elektrik xətləri və rabitə infrastukturu yalnız iqtisadi deyil, təhlükəsizlik və strateji məsələdir. Layihənin reallaşması ilə bu infrastrukturların şaxələndirilməsi mümkündür. Bu isə nüfuz balansını dəyişə bilər.
TRIPP ("Tramp marşrutu") layihəsi yalnız regional nəqliyyat-enerji planı deyil, Cənubi Qafqazda geosiyasi, iqtisadi və enerji təhlükəsizliyi arenasında yeni qaydaların formalaşmasına açar ola bilər. Lakin bu açarın işləməsi üçün sabitlik, şəffaflıq, münasib dövlətlər arasında güclü koordinasiya və məqsədyönlü investisiya tələb olunur.
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 991 Tarix: 29 oktyabr 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşGürcüstanda ilk dəfə Ana Südü Bankı fəaliyyətə başlayıb
Gürcüstanda ilk dəfə Ana Südü Bankı Batumidə, İaşvili adına Mərkəzi Ana və Uşaq Xəstəxanasında rəsmi olaraq fəaliyyətə başlayıb. "Report"un Gürcüstan bürosu xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb. Açılış mərasimində Gürcüstanın işğal olunmuş ərazilərindən olan məcbur
17:50 93 Vyetnamın Fukuok adası sahillərində kater çevrilib, 15 nəfər ölüb
Vyetnamın cənubundakı Fukuok adası sahillərində sürət kateri çevrilib, nəticədə 15 nəfər ölüb. "Report" xəbər verir ki, bu barədə "VnExpress" məlumat yayıb. "Göyərtəsində 32 hindistanlı turist, həmçinin dörd heyət üzvü və xidmət personalının olduğu gəmi Fukuok adası sularınd
17:00 123 Tramp: Əgər Tehran ABŞ prezidentini hədəfə alsa, raketlər İrana yönələcək
ABŞ prezidenti Donald Tramp cümə günü bildirib ki, İran hökuməti prezidentin sui-qəsdini həyata keçirərsə və ya ona cəhd edərsə, orduya İrana qarşı hücumlara hazır olmağı əmr edib. BİG.AZ Reuters-ə istinadən xəbər verir ki, o, "Truth Social"da paylaşımında bildirib ki, "100 raket İra
10:00 196 Prezident "Həkəriçay" su anbarının təməlini qoydu - Fotolar
Bu gün Azərbaycan Prezidenti İlham Əliyev Laçında "Həkəriçay" su anbarının təməlini qoyub. "Qafqazinfo" xəbər verir ki, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədri Zaur Mikayılov Prezident İlham Əliyevə layihə barədə məlumat verib. Bildirildi ki, layihəyə əsasən Azərbaycanı
11:23 226 Ankarada əməliyyat: Çox sayda bələdiyyə işçisi saxlanıldı, sədrin həbsinə order verildi
Türkiyənin paytaxtı Ankarada ən böyük bələdiyyələrdən olan Çankayada rüşvətxorluq işi ilə bağlı istintaq başlayıb. -ın xəbərinə görə, bu barədə "TRT Haber" telekanalı məlumat verib. Məlumata görə, şəhər bələdiyyə sədri Hüseyn Can Güner də daxil olmaqla, 36 şübhəlinin həbsinə order verilib
18:30 46 Prezident Kiçik Qaladərəsində sakinlərlə görüşdü
Prezident İlham Əliyev iyulun 11-də Şuşa rayonunun Kiçik Qaladərəsi kəndində fərdi evlərin və infrastrukturun bərpası sahəsində görülən işlərlə tanış olub və kəndə qayıdan sakinlərlə görüşüb. "Qafqazinfo" xəbər verir ki, Şuşa rayonunda Azərbaycan Prezidentinin xüsusi nümayəndəsi Aydın Kərimo
14:10 165 Rəsmilər Kiyevin Rusiyanın raket hücumuna məruz qaldığını bildirirlər
Rəsmilər bildiriblər ki, Rusiya şənbə günü səhər saatlarında Ukraynanın paytaxtı Kiyevi ballistik raketlərlə vurub. Reuters şahidi hava xəbərdarlığı elan edilməzdən əvvəl şəhərdə bir sıra güclü partlayışlar eşidib. BİG.AZ Reuters-ə istinadən xəbər verir ki, şəhər hərbi administrasiyası Telegram mesajlaşm
10:06 186 "Müctəba Xameneyinin harada olduğu ilə bağlı suallar artır" - "Reuters"
İranın ali lideri Əli Xameneyinin dəfn mərasimindən sonra ali lider Müctəba Xameneyinin uzun müddətdir ictimaiyyət qarşısına çıxmamasının onun səhhəti ilə bağlı sualları yenidən gündməmə gətirib. Bu barədə "Reuters" agentliyi yazıb. Agentliyin Tehrandakı yüksək vəzifəli mənbələrə istinadə
10.07.2026 354 Prezident İlham Əliyev Şuşada "Yasəmən" hotelinin yeni korpusları ilə tanış olub - FOTO
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 11-də Şuşada Heydər Əliyev Fondu tərəfindən bərpa edilmiş "Yasəmən" hotelinin yeni korpusları ilə tanış olub. BİG.AZ AZƏRTAC-a istinadən xəbər verir ki, Prezidentin köməkçisi Anar Ələkbərov dövlətimizin başçısına görülmüş işlər barəd
16:34 154