11 min kilometrlik səyahətin qorxunc dəyəri: Öz orqanlarını "yeyirlər"
Kiçik oxcüllütlər rekord qıran fasiləsiz miqrasiyalarını davam etdirmək üçün "autofagiya" adlanan bir mexanizmi işə salır. Bu proses zamanı quşlar daxili maddələr mübadiləsi sistemlərinin bir hissəsini parçalayaraq enerji ehtiyatı yaradır. Bu inanılmaz fizioloji dəyişiklik onları "ultramarafonçu havacılar"a çevirir.
Qaynarinfo xəbər verir ki, kiçik oxcüllütləri təbiətin ən dözümlü uçan canlıları kimi asanlıqla təsvir oluna bilər. Bu cəsur sahil quşları Arktikdakı çoxalma bölgələrindən Avstraliya və Yeni Zelandiyadakı qışlama yerlərinə doğru inanılmaz bir səyahətə çıxır. Qeyd olunan ən uzun fasiləsiz uçuş rekorduna sahib olan bu quşlar 11 min kilometrlik məsafəni bir həftədən çox müddətdə, yerə enmədən qət edirlər.
Bu epik miqrasiya o qədər çətin prosesdir ki, bəzi qorxulu hallar da baş verir. Məsələn, quşlar səyahəti tamamlamaq üçün bəzən sözün əsl mənasında öz bədənlərinin bəzi hissələrini "yemək" məcburiyyətində qalırlar.
Özünü yeyən maşın: autofagiya və orqanların kiçilməsi
Şimal yarımkürəsinin yayını Şimal qütbündə keçirən kiçik oxcüllütləri bu dövrdə bol qidalanır və çoxalır. Lakin sentyabrda soyuqlar düşdükdə, onlar okean üzərindən yerə enmədən cənuba doğru uçmağa başlayırlar. Bu uzun səfərdə sağ qalmaq üçün əsas şərt möhtəşəm yağ ehtiyatlarıdır.
1998-ci ildə aparılan bir elmi tədqiqat sahil içik oxcüllütlərinin (Limosa lapponica baueri) bu heyrətamiz dözümlülüyünün fizioloji sirlərini üzə çıxardı. Pasifik okeanı üzərindən yeni miqrasiyaya başlayan quşların bədənlərinin təxminən 55 faizinin yağdan ibarət olduğu müəyyən edildi ki, bu da quşlar arasında qeydə alınan ən yüksək göstəricilərdən biridir.
Tədqiqatçıları daha çox təəccübləndirən isə quşların yağ ehtiyatlarını artırarkən orqanlarında baş verən dramatik kiçilmə idi. Miqrasiya edən quşların həzm sistemi orqanları (qaraciyər, böyrəklər, bağırsaqlar və daşlıq) nəzərəçarpacaq dərəcədə kiçilir, lakin uçuş üçün həyati əhəmiyyət daşıyan döş əzələləri və ürək toxuması sağlam qalır.
Görünən odur ki, kiçik oxcüllütləri uçuş zamanı ehtiyac duymadıqları daxili orqanlarının bir hissəsini parçalayaraq "əlavə yanacaq" kimi yağ depolamaq üçün yer açırlar. Bu prosesi yunan dilində "özünü yemə" mənasını verən autofagiya adlanan hüceyrəvi mexanizmlə həyata keçirirlər. Autofagiya orqanizmin hüceyrə və toxumalarını yenidən emal etdiyi, adətən həddindən artıq aclıq və ya intensiv fiziki fəaliyyət zamanı aktivləşən həyati bir prosesdir.
Kiçilən orqanlar yenidən böyüyür
Bu inanılmaz fədakarlıqdan sonra quşlar təyinat nöqtəsinə çatdıqda kiçilmiş orqanlarını sürətlə bərpa edə bilirlər. Beləcə, dərhal qidalanmağa başlayaraq növbəti miqrasiya dövrünə hazırlaşmaq üçün fiziologiyalarını yeniləyirlər.
Sahil kiçik oxcüllütləri heyvanlar aləmində fasiləsiz miqrasiya uçuşu üzrə rekordu hələ də əllərində saxlayırlar. Son rekord 2022-ci ildə qeydə alınıb: tək bir quş Alyaska ilə Tasmaniya arasındakı 13 min 560 kilometrlik məsafəni cəmi 11 günə qət edib.
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 969 Tarix: 29 oktyabr 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşAqşin Fatehə ağır itki
Meyxanaçı Aqşin Fatehə ağır itki üz verib. Axşam.az xəbər verir ki, sənətçinin atası dünyasını dəyişib. Bu haqda Aqşin Fateh özü məlumat yayıb. Allah rəhmət eləsin!
07.10.2026 321 Ən sürətli 5 quş: şahin 389 km/saat sürət yığır, amma...
Düşünürsünüz ki, şahin sürət baxımından mütləq rekordçudur? Şaquli dalış zamanı - bəli. Lakin üfüqi uçuşda o, hətta ilk üçlüyə də düşmür. İynəquyruqlu uzunqanadlı onu demək olar ki, iki dəfə qabaqlayır. xarici mediaya istinadən xəbər verir ki, şahin dalış uçuşunda mütləq rekordçu hesab olunur. O, saatd
07.10.2026 178 "Bağça uşaq saxlamaq yeri deyil" - Ekspert SƏRT TƏNQİD ETDİ
Azərbaycanda məktəbəqədər təhsilə maraq və bu sahədə fəaliyyət göstərən müəssisələrin sayı son illərdə artmaqdadır. Dövlət bağçaları ilə yanaşı, özəl məktəbəqədər təhsil müəssisələri də uşaqların erkən yaş dövründə təhsil və sosial bacarıqlar qazanmasına imkan yaradır. Uşağın şəxsiyyət kimi formalaşmağ
07.10.2026 226 25 il sonra yenidən "Mumiya"da - Foto
Amerikalı aktyor Brendan Freyzer illər sonra "Mumiya" filmindəki "Rik O’Konnell" obrazına qayıdıb. Axşam.az xəbər verir ki, bu barədə "People" nəşri məlumat yayıb. 57 yaşlı aktyor filmin dördüncü hissəsinin çəkilişləri zamanı Böyük Britaniyada görüntülənib. Filmdə Freyzerl
07.10.2026 177 Xərçənglə saçların ağarması arasında əlaqə aşkar edildi
Saçların ağarması yalnız yaşlanmanın əlaməti olmaya bilər. Siçanlar üzərində aparılan araşdırma göstərib ki, saçın rəngini təmin edən kök hüceyrələr müəyyən zədələnmələrdən sonra xərçəngə çevrilmək riskini azaldan bir prosesdən keçir. Bunun nəticəsində isə saçlar ağarır. xarici mediaya istinadla xəbə
07.10.2026 219 Sabahın havası - Yağış, duman, külək...
Oktyabrın 8-də gözlənilən hava proqnozu açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gündüz bəzi şəhərətrafı ərazilərdə qısamüddətli yağı
07.10.2026 297 Bələdiyyə sənədi ilə evə çıxarış almaq üçün 5 əsas mərhələ
Hazırda bələdiyyə sənədi olan evə çıxarış almaq üçün hansı addımların atılmalı olduğu sualı vətəndaşlar tərəfindən tez-tez gündəmə gətirilir. Xüsusilə bələdiyyədən verilmiş sənədlərin daşınmaz əmlakın dövlət qeydiyyatı üçün nə dərəcədə əsas təşkil etdiyi, ev və torpaq sahəsinin hansı qaydada rəsmiləşdirilməl
07.10.2026 241 Tokayev Böyük Britaniyanın baş nazirini Qazaxıstana səfərə dəvət edib
Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Böyük Britaniyanın Baş naziri Endi Börnhemi ölkəyə səfərə dəvət edib. "Report" 24 KZ-yə istinadən xəbər verir ki, bu barədə Tokayev Astanada Böyük Britaniyanın ticarət üzrə dövlət naziri Anas Sarvarla görüşü zamanı bildirib. Tokayev və Sarvar iki ölk
07.10.2026 164 ABŞ-da kişi 1 milyon dollar dəyərində almaz tapdı
ABŞ sakini Cek Piradin 12 ildən artıqdır almaz axtarışı ilə məşğuldur. O, Arkanzas ştatında çəkisi 6,03 karat olan almaz tapıb. Daşın dəyəri 1 milyon dollara çata bilər. Qaynarinfo xəbər verir ki, bu barədə "New York Post" yazıb. Piradin Viskonsin ştatından olan dostu Maykl Şumaxerlə birlikd
07.10.2026 144