Radikal dindar arvadını beysbol dəyənəyi ilə döyərək öldürdü - Bakıdakı dəhşətli qətlin təfərrüatı
Bakıda radikal dindar həyat yoldaşını xüsusi amansızlıqla öldürüb, Gürcüstana qaçıb.
Oxu.Az-ın məlumatına görə, hadisə paytaxtın Binə qəsəbəsində baş verib.
Hadisə Bakının Xəzər rayonu, Binə qəsəbəsində baş verib. Qəsəbə sakini Ramil Məmmədov radikal dindarlara qoşulub. O, ailə üzvlərinə də bir çox qadağalar qoyub. Bu qadağalar da ailədə narazılıqlar yaradıb. Ramil Məmmədovun həyat yoldaşı Lamiyə Məmmədova da dindar olmasına baxmayaraq o, Ramil Məmmədovun qadağalarından bezib və bu da cütlük arasında narazılıq yaradıb.
Narazılıqlardan sonra Ramil Məmmədov həyat yoldaşını öldürmək qərarına gəlib. O bu məqsədlə gecə saatlarında özünə məxsus olan avtomobili yeniyetmə oğluna verərək, onu qohumlarıgilə göndərib. Bundan sonra evə gələn Ramil həyat yoldaşını ölümcül döyməyə başlayıb. Qadına ağır zərbələr endirən R.Məmmədov daha sonra evdə saxladığı, idman oyunlarında istifadə olunan beysbol dəyənəyi ilə qadının başına zərbələr endirib. Zərbələrə tab gətirməyən Lamiyə Məmmədova hadisə yerində dünyasını dəyişib.
Qadının öldüyünə əmin olan Ramil hadisə yerindən qaçıb. O, qonşularına zəng vuraraq, həyat yoldaşını evdə qətlə yetirdiyini deyib və ölkəni tərk edərək Gürcüstana qaçıb.
Polis əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri ilə R.Məmmədovun yeri müəyyən edilib və o, Gürcüstanda saxlanılaraq Azərbaycana gətirilib.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə R.Məmmədov 12 il azadlıqdan məhrum edilib.
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 735 Tarix: 01 noyabr 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşBizi daha xoşbəxt edəcək dost tipi AÇIQLANDI
Son vaxtlar insanlar əvvəlcədən uzun-uzadı razılaşmalar tələb etməyən, daha sadə və sərbəst dostluqlar üçün darıxdıqlarını daha çox etiraf edirlər. Söhbət yaxın insanın qəfil bir fincan çay içməyə gəlməsindən, qəhvə içməyi təklif etməsindən və ya hər dəqiqəni söhbətlə doldurmağa çalışmadan sadəcə bi
07.10.2026 173 Uşaqlıq FOTOSUDUR: İndi məşhur aktyordur
Türkiyənin məşhur aktyoru Kıvanç Tatlıtuğun uşaqlıq illərinə aid fotosu gündəm olub. xəbər verir ki, Tatlıtuğun uşaqlıq görünüşü ilə indiki halı arasındakı oxşarlıq sosial şəbəkə istifadəçilərində maraq yaradıb. Onun azyaşlı vaxtlarında çəkilmiş fotosunda üz cizgilərinin illər ərzində çox dəyişmədiy
07.10.2026 218 Sevgiləri kimi serialları da bitdi
"Mercan köşk" serialının aqibəti bəlli olub. Axşam.az xəbər verir ki, ekran işi 7-ci bölümdə final edərək izləyiciləri ilə vidalaşacaq. Xatırladaq ki, layihənin baş rollarını Kubilay Aka, Hafsanur Sancaktutan və Bertan Asllaninin canlandırır. Bundan əvvəl "A.B.İ." və "Aşk v
07.10.2026 197 Gürcüstana gedənlərə şad xəbər: Artıq vaxt itirmədən, bir neçə dəqiqəyə səyahət sığortasını onlayn almaq mümkündür
Gürcüstana səfər planlaşdıran vətəndaşlar üçün səyahət sığortasının əldə olunması artıq daha rahat və sürətli şəkildə həyata keçirilə bilər. "SIGORTA online" platforması Gürcüstana səfər edənlərə sərhəd tələblərinə uyğun səyahət sığortasını tam onlayn formada təqdim edir. İstifadəçilər sığort
07.10.2026 187 "Nənələr"in üzvünün oğlu Ukrayna müharibəsində öldürüldü
Rusiya-Ukrayna müharibəsinə həkim kimi qatılan 58 yaşlı azərbaycanlı dron hücumu zamanı öldürülüb. Axşam.az xəbər verir ki, Lənkəran rayonunun Separadi kəndindən olan 1968-ci il təvəllüdlü Vahab Ramazan oğlu Quliyev Rusiya-Ukrayna müharibəsi başlayandan bir il sonra Ukrayna tərəfindən ixtisası üzrə fəaliyyə
07.10.2026 284 İran ordusu: Bölgədə vura biləcəyimiz yeni hədəflər siyahısı hazırlamışıq
"İran ordusu mütəmadi olaraq regionda qabaqlayıcı zərbələrə məruz qala biləcək potensial düşmən hədəflər siyahısına düzəlişlər və dəqiqləşdirmələr edir". Teleqraf xəbər verir ki, bu barədə "Al Mayadeen"ə İran Silahlı Qüvvələrindən bildirilib. "İran ordusu düşmən hədəflərlə bağl
07.10.2026 158 76 ilin iqlim rekordu qırıla bilər - "El Nino" ilə bağlı xəbərdarlıq
Tropik Sakit Okeanda təsirini artıran güclü "El Nino" iqlim hadisəsi dəniz səthinin temperaturunu rekord səviyyələrə çatdırıb. Mütəxəssislər qarşıdakı payız və qış aylarında hadisənin "çox güclü" ola biləcəyi barədə xəbərdarlıq edirlər. "El Nino" göstəricilərinin ölçüldüy
07.10.2026 112 Aleyna Tilki sevgi həyatından DANIŞDI: "Küçədə heç kimlə əl-ələ gəzməmişəm"
Türkiyəli məşhur müğənni Aleyna Tilki şəxsi həyatı ilə bağlı diqqətçəkən açıqlamalar verib. xəbər verir ki, gənc yaşlarından musiqi dünyasında tanınan ifaçı hazırda həyatında heç kimin olmadığını bildirib. Aleyna Tilki indiyədək sevgilisi ilə küçədə əl-ələ gəzmədiyini də etiraf edib. "Sevgilim yoxdur
07.10.2026 229 Palandökendən dünyaya
Palandökendən dünyaya / Zəngəzur və Orta Dəhlizin yenidən formalaşdırdığı ticarət denklemində Ərzurumun əsas sınağı Palandöken Logistika Mərkəzini gözləyən bir obyektdən işlək ticarət bazasına çevirməkdir. Bir şəhərin iqtisadi gələcəyindən danışarkən bəzən kilometrləri, yolları, dəmir yollarını və layihələr
07.10.2026 177