"Saçlarımı da ona görə sarıya boyamışdım..." - Mahir Emreli
"O mənim dayımoğlu yox, qardaşım idi. Biz bir evdə böyümüşük".
Bunu "Qafqazinfo"ya açıqlamasında Azərbaycan millisinin üzvü Mahir Emreli deyib.
O, noyabrın 1-də meyiti tapılan dayısıoğlu Sabit Ağayevdən danışıb: "Həmin gecə xəbər tutdum. Mənim üçün dəhşətli xəbərdir. Onunla bir evdə yaşamışıq. Harasa bir yerə gedəndə onu dost-tanışa qardaşım kimi təqdim edirdim. Çünki biz həqiqətən, qardaş olmuşuq. Bu xəbər məni çox sarsıtdı. Həmin gecə belə bir hadisənin olduğunu öyrəndim və sabaha qədər yata bilmədim. Mən "Konyaspor"da çıxış edəndə o yanımda idi və bir evdə qalırdıq.
Bir müddət saçlarımı sarı rəngə boyamağımın səbəbi də Sabit idi. O, "Qalatasaray" futbolçusu Mauro İkardinin azarkeşi idi. Ona görə də məndən xahiş edirdi ki, saçımı sarı edim. Mən də etdim. Sabit özü də futbolçu olub. "Simurq" komandasında oynayırdı, əvəzedici heyətdə xeyli oyun keçirmişdi. Amma sonradan Zaqatala klubu dağıldığı üçün o da futbolun başını buraxdı. İşi var idi, hər şey qaydasında idi. Niyə intihar elədiyini heç bilmirəm... Çünki çox zarafatcıl, şən adam idi. Bir mesaj yazanda belə o qədər şən yazırdı ki, düşünürdün bundan xoşbəxt adam yoxdur. Nə baş verdi, nə oldu?.. Özü də evli idi, 4-5 aylıq uşağı var. Amma hamımızı bədbəxt eləyib getdi. Özümə gələ bilmirəm..."
M.Emreli həmçinin mərhum dayısıoğlu haqqında yayılan şayiələrə də aydınlıq gətirib: "Onun toy maşınını da mən idarə etmişəm. Nə problemi olsa, mənə deyərdi. Bilmirəm ki, niyə belə oldu?.. Hər kəs yazır ki, borcu var idi, bunlar boş söhbətlərdir. Heç kim çıxıb deyə bilməz ki, onun borcu var. Kirayə evə 2-3 həftə olardı ki, çıxmışdı. Amma hər kəs deyir ki, kirayədə yaşayıb, bunlar hamısı şayiədir. Elə bir məsələdir ki, ancaq ailəsi bilər. Biz qarışa bilmərik".

BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 813 Tarix: 03 noyabr 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş"Kreml nəzarəti itirir, iqtisadiyyat laxlayır" - "Ölkə 30 il geriyə qayıdır..."
Ukrayna PUA-larının ardıcıl zərbələri nəticəsində Rusiyanın neft emalı sənayesi iflic vəziyyətinə düşüb. Ölkədə yaranan dözülməz yanacaq böhranı fonunda Rusiya Prezidenti Vladimir Putin hökumətlə növbəti təcili iclasını keçirib. Toplantıda daxili bazarda benzin qıtlığını aradan qaldırmaq üçün ölkəd
10.07.2026 351 Ölümdən əvvəl insanlar nə görür? Həkimlərdən maraqlı açıqlama
İnsan ömrünün son anları əsrlər boyu həm elm adamlarını, həm də adi insanları düşündürən ən sirli mövzulardan biri olub. Ölümün özündən çox, həmin ana qədər insanın nə hiss etdiyi, nə gördüyü və beynində hansı proseslərin baş verdiyi barədə saysız-hesabsız fərziyyələr irəli sürülüb. Son illərdə dünyanı
10.07.2026 328 Prezident "Həkəriçay" su anbarının təməlini qoydu - Fotolar
Bu gün Azərbaycan Prezidenti İlham Əliyev Laçında "Həkəriçay" su anbarının təməlini qoyub. "Qafqazinfo" xəbər verir ki, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədri Zaur Mikayılov Prezident İlham Əliyevə layihə barədə məlumat verib. Bildirildi ki, layihəyə əsasən Azərbaycanı
11:23 175 Bu gülü qoparana 700 minlik CƏRİMƏ
Türkiyənin Ordu vilayətinin Akkuş rayonunda bitən və dünyada yalnız bu bölgədə rast gəlinən endemik Akkuş zanbağını qoparan şəxslər 699 min türk lirəsi (30 min manata yaxın) məbləğində inzibati cərimə ilə üzləşəcəklər. Türkiyə KİV-ə istinadən xəbər verir ki, Ordu təxminən 700 qeydiyyata alınmış bitk
10.07.2026 268 Bazar gününün havası
İyulun 12-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraiti əsasən yağmursuz olacaq. Şimal-qərb küləyi gündüz arabir güclənəcək. Havanın temperaturu gecə 20-25 isti, gündüz 30-34 isti olacaq. Atmosfer təzyiq
13:16 130 "Bolt" sürücüləri sərnişinlərdən artıq ödəniş tələb edir
Son günlər "Bolt"da fəaliyyət göstərən bəzi sürücülərlə bağlı eyni məzmunlu şikayətlər artmaqdadır. Sərnişinlərin iddiasına görə, tətbiqdə görünən gediş haqqı ilə sürücünün sistemində göstərilən məbləğ arasında 2-3 manat fərq yaranır və sürücülər müştəridən öz sistemlərindəki məbləği tələ
10.07.2026 293 ABŞ İsraili İranla müharibədən uzaq tutmağa çalışır
CNN-in yaydığı məlumata görə, ABŞ administrasiyası İsrail ilə İran arasında münaqişənin daha da genişlənməsinin qarşısını almağa çalışır və İsraili müharibənin yeni mərhələsinə cəlb etməmək üçün diplomatik səylərini artırıb. Vaşinqton hesab edir ki, münaqişənin yenidən alovlanması Yaxın Şərqdə vəziyyət
10.07.2026 223 Polşa Ukraynanı dəstəkləməyə davam edəcək
ABŞ və NATO-nun müraciəti əsasında Ukraynaya bir neçə "Patriot" raketinin verilməsi düzgün addımdır və hökumətin bu qərarını şəxsən müdafiə edəcəyəm. xəbər verir ki, bunu Polşanın müdafiə naziri Vladislav Kosinyak-Kamış deyib. "Polşa Ukraynanı dəstəkləyəcək və bacardığı qədər kömək edəcək
10.07.2026 252 Ardıcıl ikinci dəfə dünyanın yaşamaq üçün ən yaxşı şəhəri seçildi (SİYAHI)
Danimarkanın paytaxtı Kopenhagen ardıcıl ikinci il dünyanın yaşamaq üçün ən əlverişli şəhəri seçilib. Qaynarinfo BBC-yə istinadən xəbər verir ki, bu nəticə "Economist Intelligence Unit" ("EIU") analitik mərkəzinin 2026-cı il üzrə Qlobal Yaşayış Keyfiyyəti İndeksində əks olunub. Hə
10.07.2026 272