"Zəfər Günü Prezident İlham Əliyevin liderlik fenomeninin simvoludur" - Tural İsmayılov

"Zəfər Günü Prezident İlham Əliyevin liderlik fenomeninin simvoludur" - Tural İsmayılov"8 Noyabr – Zəfər Günü, eyni zamanda Prezident İlham Əliyevin liderlik fenomeninin simvoludur. Bu Zəfər təkcə ordunun qəhrəmanlığı ilə deyil, dövlət başçısının illərlə apardığı məqsədyönlü siyasət, siyasi iradə və strateji uzaqgörənlik sayəsində mümkün oldu. Prezident Əliyev uzun illər boyu hərbi-siyasi balansı qoruyaraq Azərbaycanın gücünü mərhələli şəkildə formalaşdırdı, diplomatik arenada haqq səsimizi dünyaya çatdırdı və sonunda "dəmir yumruq"la tarixi ədaləti bərpa etdi. Onun rəhbərliyi altında Azərbaycan XXI əsrdə təkcə regional deyil, qlobal miqyasda öz sözünü deyən dövlətə çevrildi".

Bu sözləri politoloq Tural İsmayılov BiG.AZ-a bildirib.

O qeyd edib ki, Zəfər Günü əslində İlham Əliyevin 30 illik dövlətçilik iradəsinin təntənəsidir:

"O, müharibə başlamazdan öncə informasiya, diplomatiya və iqtisadi güc amillərini bir mərkəzdə toplayaraq hərbi əməliyyatların zəminini yaratdı. Qələbə sadəcə hərb meydanında deyil, həm də siyasi müstəvidə qazanıldı — bu, liderlik məktəbinin Azərbaycan modelidir. Prezidentin soyuqqanlı, eyni zamanda prinsipial mövqeyi sayəsində Azərbaycan nə beynəlxalq təzyiqlərə boyun əydi, nə də emosional qərarlar verdi. İlham Əliyev hər addımı ilə sübut etdi ki, müasir dövrdə dövlət rəhbəri həm sərkərdə, həm diplomat, həm də strateq olmalıdır.

Bu gün azad Qarabağda dalğalanan üçrəngli bayrağın altında bir ad dayanır — Prezident İlham Əliyev. Onun qətiyyəti, xalqla birliyi və güclü idarəetmə sistemi Azərbaycanı Zəfərə apardı. Bu qələbə bir xalqın deyil, bir liderin düzgün istiqamət verdiyi millətin təntənəsidir. 8 Noyabr – İlham Əliyevin siyasi iradəsinin, xalqın ona inamının və Azərbaycan dövlətçiliyinin əbədi qalibiyyət günüdür".


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 659   Tarix: 03 noyabr 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Sinemi o əvəz edəcək - FOTO

Türkiyəli aktrisa Sinem Kobal "Mahkum" serialına çəkilməkdən imtina edib. Axşam.az-a istinadən xəbər verir ki, buna səbəb isə aktrisanın qızına vaxt ayırmaq istəməsi olub. Ekran işində Onur Tunanın tərəf müqabili isə Seray Kaya olub. Qeyd edək ki, serialda İsmayıl Hacıoğlu da yer alacaq

17.09.2021 3477
.

Azərbaycan polisindən ermənilərə süngülü dərs - VİDEO

Gorus-Qafan yolu üzərində xidmət göstərən Azərbaycan polisi yoldan keçmək istəyən ermənilərə dərs verib. "Qafqazinfo" xəbər verir ki, sosial şəbəkələrdə yayılan görüntülərdə üzərində qondarma respublikanın "bayrağ"ı olan avtomobilin postdan keçmək üçün yaxınlaşdığı görünür. Postd

18.09.2021 988
.

Nazirdən məktəblərdə şagird sıxlığı ilə bağlı AÇIQLAMA - VİDEO

Təhsil naziri Emin Əmrullayev bəzi məktəblərdə sıxlığın yaranmasına aydınlıq gətirib. Nazir Baku TV-yə eksklüziv müsahibəsində bildirib ki, Azərbaycanda valideynə övladı üçün həm məktəb, həm də müəllim seçmək hüququ verilib:. "Valideyn elektron qeydiyyatdan keçdikdən sonra bütün sinifləri sistemd

18.09.2021 1643
.

Kosmosa tarixi uçuşdan ilk görüntülər - FOTOLAR

Xəbər verdiyimiz kimi, hamısı mülki şəxslərdən ibarət olan dörd nəfəri daşıyan kosmik gəmi kosmosa göndərilib. "Qafqazinfo" xəbər verir ki, "SpaceX" kosmos turistlərinin ilk görüntülərini yayımlayıb. Həmin görüntüləri təqdim edirik:

18.09.2021 888
.

Azərbaycanda istehsal ediləcək avtomobillərin qiyməti açıqlandı - 17 min manata...

Hacıqabul Sənaye Məhəlləsində istehsal ediləcək minik avtomobillərinin qiyməti 17-20 min manat təşkil edəcək. Bu barədə "Azərbaycan Avtomobil İstehsalçıları Assosiasiyası" İctimai Birliyinin rəhbəri Emin Axundov deyib. "Minik avtomobillərinin növbəti aydan satışa çıxarılması planlaşdırılır

18.09.2021 1109
.

Biləsuvarda buğa məktəb direktorunun qabırğasını sındırdı

Biləsuvar rayonunda 7 il bəslədiyi buğa direktor müavinini xəstəxanalıq edib. -a istinadən xəbər verir ki, hadisə rayonun Aşağı Cürəli kəndində məktəb direktoru Alim Hacıyevin yaşadığı ünvanda olub. Hacıyev həyətyanı sahədəki təssərrüfatında mal-qaraya qulluq edərkən buğa ona qəfil hücum edib. Nəticəd

18.09.2021 995
.

Pelenin səhhəti yenidən pisləşib

Futbol üzrə üçqat dünya çempionu Pelenin səhhəti yenidən pisləşib. O, San-Pauludakı "Albert Enşteyn" xəstəxanasının yarımintensiv terapiya şöbəsinə köçürülüb. Braziliyalı futbol əfsanəsinin qırtlaq bölgəsində problemlər aşkar edilib. Ağırlaşmanın müvəqqəti olduğu, xüsusi müalicə və qulluq sayəsind

17.09.2021 585
.

Azərbaycanda koronavirusa yoluxanların SAYI AÇIQLANDI: 29 nəfər ÖLDÜ - FOTO

Son sutkada Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 2 042 yeni yoluxma faktı qeydə alınıb, 3 224 nəfər müalicə olunaraq sağalıb. Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 29 nəfər vəfat edib. İndiyədə

18.09.2021 2874
.

MN: "Minaatan bölmələri hədəflərə döyüş atışları yerinə yetirir" - VİDEO

2021-ci ilin döyüş hazırlığı planına uyğun olaraq Azərbaycan Ordusunun minaatan bölmələri ilə keçirilən intensiv döyüş hazırlığı məşğələləri davam edir. Müdafiə Nazirliyindən BİG.AZ-a verilən məlumata görə, məşğələlərdə batareyanın atəş mövqeyini tutması və komanda müşahidə məntəqəsinin açılması tapşırıqlar

18.09.2021 245
.