Elarizin kürəkəni 10 il müddətinə həbs olundu
Valyuta alqı-satqısı həyata keçirməklə gəlir əldə etmək istəyən üç nəfərin külli miqdarda pulunu ələ keçirməkdə təqsirləndirilən Nizami Alışan 10 il müddətə azadlıqdan məhrum edilib.
BiG.AZ "Report"a istinadən xəbər verir ki, bu barədə hökm Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Aytən Əliyevanın sədrliyi ilə keçirilən prosesdə elan olunub.
Qeyd edək ki, cinayət işi üzrə Zeynal Mütəllim oğlu Usubov, Babək Məhəmməd oğlu Məmmədzadə və Yadigar Şibi oğlu İsrafilov zərərçəkən kimi tanınıblar.
İttihama görə, təqsirləndirilən Nizami Alışan asan pul qazanmaq istəyən şəxslərə özünü səhm və valyuta alqı-satqısı ilə məşğul olan mütəxəssis kimi təqdim edib. Bununla da o, Babək Məmmədzadənin 1 milyon 300 min, Zeynal Usubovun 945 min, Yadigar İsrafilovun isə 200 min dollar pulunu ələ keçirməkdə ittiham olunub.
Zərərçəkənlərə dəyən ümumi ziyan 2 milyon 445 min dollar (4 milyon 156 min 500 AZN) təşkil edir.
Nizami Alışan Cinayət Məcəlləsinin 178.4-cü (dələduzluq - xüsusilə külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə təqsirli bilinir.
O, Amerikada yaşayan müğənni Elariz Məmmədoğlunun kürəkəni, AzTV-nin keçmiş sədri Arif Alışanovun isə qardaşı oğludur.
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 886 Tarix: 03 noyabr 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Bu şəxslər 300 manatdan çox müavinət ala bilər
Himayədar valideynlərlə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) arasında 0-18 yaş arası uşağın, o cümlədən 18 yaşınadək əlilliyi müəyyən edilmiş uşağın himayədar ailəyə verilməsinə dair müqavilə bağlanıldıqda onlara müavinət verilir. -ın məlumatına görə, himayədar ailəyə verilmi
22.03.2026 501 Azərbaycan Müdafiə Nazirliyindən PUA-larla bağlı XƏBƏRDARLIQ
Azərbaycan Hərbi Hava Qüvvələrinə məxsus pilotsuz uçuş aparatları (PUA) Bakı şəhəri və Abşeron rayonu istiqamətlərində təlim-məşq uçuşları həyata keçirəcək. Bu barədə -a Müdafiə Nazirliyindən məlumat verilib. "2026-cı ilin hazırlıq planına uyğun olaraq martın 23-ü saat 16:00-da Azərbaycan Hərb
23.03.2026 534 Kürdəmirdə "Mercedes" yanıb - VİDEO
Kürdəmir rayonu, Xırdapay kəndində avtomobildə yanğın baş verib. BİG.AZ xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb. Bildirilib ki, məlumatla əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Kürdəmir Rayon Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən-xilasediciləri əraziy
22.03.2026 366 İran Hörmüz boğazından keçid üçün iki milyon dollar ödəniş təyin etdi
"İran Hörmüz boğazından tankerlərin keçidi üçün ödəniş təyin edib". IRIB telekanalının "Telegram" kanalına istinadən xəbər verir ki, bu sözləri İran parlamentinin Milli Təhlükəsizlik Komissiyasının üzvü Aləddin Borucerdi bildirib. "47 ildən sonra Hörmüz boğazında yeni suvere
22.03.2026 415 Dünyanın ən xoşbəxt ölkələri
Dünyanın ən xoşbəxt ölkələrinin yeni reytinqi açıqlanıb. Axşam.az xarici mətbuata istinadən xəbər verir ki, siyahıya bu dəfə də Finlandiya başçılıq edir. Bu ölkə artıq doqquz ildir ki, ardıcıl olaraq dünyanın ən xoşbəxt dövləti kimi tanınır. İlk beşlikdə həmçinin İslandiya, Danimarka, İsveç və Norve
22.03.2026 444 Ötən gün axtarışda olan 34 nəfər saxlanılıb
Ötən gün axtarışda olduğuna görə ümumilikdə 34, o cümlədən borclu şəxs qismində axtarışda olan 17 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib. Bu barədə BİG.AZ-a Daxili İşlər Nazirliyindən məlumat verilib. Bildirilib ki, martın 21-də ölkə ərazisində qeydə alınan 24 cinayətin açılması polis əməkdaşlar
22.03.2026 307 Heydər Əliyev Mərkəzi Pakistan bayrağının rəngləri ilə işıqlandırıldı
Heydər Əliyev Mərkəzinin binası üzərinə Pakistan bayrağı proyeksiya olunub. Qaynarinfo xəbər verir ki, proyeksiya 23 mart - Pakistan Günü münasibətilə edilib
23.03.2026 165 Niyə ilk insanlar bugünkü kimi deyildi? - Alimlər cavab verdi
Alimlər ən qədim insan növlərindən birinin təsnifatını şübhə altına alırlar. 1964-cü ildə əfsanəvi paleoantropoloq Luis Liki Tanzaniyada tapılan 2 milyon illik çənə sümüyünü Homo habilis (bacarıqlı insan) adlandırıb. Qaynarinfo "IFLScience" jurnalına istinadən xəbər verir ki, bu növ hazırd
23.03.2026 208 Qətər ordusunun helikopteri qəzaya uğrayıb
Qətər Silahlı Qüvvələrinə məxsus helikopter texniki nasazlıq səbəbindən əmirliyin sahilləri yaxınlığında dənizə düşüb. TASS-a istinadən xəbər verir ki, bu barədə Qətər Müdafiə Nazirliyi məlumat yayıb. "Hərbi helikopter gündəlik tapşırığı yerinə yetirərkən qəzaya uğrayıb və Qətərin ərazi suların
22.03.2026 306