Şagirdlərin ağır çantaları: təhsil sistemi üçün "görünməz yük"
"Məktəblilərin çanta ağırlığı təkcə pedaqoji deyil, həm də sosial və sağlamlıq yönümlü ciddi problemdir. Şagirdlərin hər gün daşıdıqları çoxsaylı dərslik və iş dəftərləri onların fiziki sağlamlığına mənfi təsir göstərir, dərsə hazırlığı çətinləşdirir və təhsilə marağı azaldır".
Bunu BiG.AZ-a açıqlamasında təhsil eksperti Kamran Əsədov bildirib.
O, qeyd edib ki, Ümumdünya Səhiyyə Təşkilatının normalarına görə, çantanın çəkisi uşağın bədən çəkisinin 10 faizindən çox olmamalıdır. Lakin hazırda ibtidai sinif şagirdlərinin çantaları 5–7 kiloqrama çatır ki, bu da normadan iki-üç dəfə artıqdır. Nəticədə uşaqlarda onurğa əyrilikləri və bel ağrıları müşahidə olunur:
"Elm və Təhsil Nazirliyi problemi aradan qaldırmaq üçün rəqəmsal dərsliklər, elektron resurslar və əlavə iş dəftərlərinin azaldılması istiqamətində addımlar atır. "Rəqəmsal məktəb" layihəsi bu sahədə əsas islahatlardan biridir.
Dünya təcrübəsi göstərir ki, Finlandiyada dərsliklər elektron formadadır, Sinqapurda "split-book" sistemi tətbiq olunur, Türkiyədə isə iki nüsxəli kitab sistemi ilə çanta yükü azaldılır.
Lakin Azərbaycanda hələ də bütün məktəblər elektron infrastrukturla tam təmin olunmayıb, bəzi yerlərdə planşet və internet çatışmazlığı mövcuddur.
Çanta ağırlığı probleminin həlli təhsil sisteminin modernləşməsi ilə sıx bağlıdır. Nazirliyin rəqəmsal layihələri və yeni dərslik formatları uşaqların sağlamlığını qorumaqla yanaşı, valideynlərin xərclərini azaldacaq və şagirdlərin məktəbə marağını artıracaq".
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 774 Tarix: 03 noyabr 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşQaraciyər köçürülən aktyorun işləməsinə icazə verildi
Bir neçə ay öncə qaraciyər köçürülən türkiyəli aktyor Ufuk Özkan artıq çəkiliş meydançasına qayıtmağa hazır olduğunu açıqlayıb. "Qafqazinfo" "Sabah"a istinadən xəbər verir ki, aktyor sağlamlığının qaydasında olduğunu və həkimlərdən işinin başına qayıtmaq üçün lazımi razılığı aldığın
10.07.2026 364 İran danışıqlardan imtina etdi
İran Xarici İşlər naziri Abbas Əraqçi ABŞ ilə yekun razılaşma üzrə danışıqlara hazır olmadıqlarını açıqlayıb. BİG.AZ ABC News-a istinadən xəbər verirki, Əraqçinin sözlərinə görə, Vaşinqton təhdidlərini davam etdirdiyi və əvvəlki öhdəliklərinə əməl etmədiyi müddətdə Tehran danışıqlar masasına qayıtmayacaq
10.07.2026 257 Telefonlar bizi məhv edir - Onurğa xəstəliklərinə qədər...
Rəqəmsal cihazlardan uzun müddət istifadə təkcə zehni yorğunluğa səbəb olmur. Mütəxəssislər bildirirlər ki, smartfon və digər elektron cihazların həddindən artıq istifadəsi görmə qabiliyyətindən tutmuş onurğa sağlamlığına, əzələ gücünə və motor bacarıqlarına qədər bir çox sahəyə mənfi təsir göstərə bilər
10.07.2026 259 ABŞ şirkəti Ermənistanda yeni infrastruktur layihəsini qiymətləndirir
ABŞ mühəndisləri Beynəlxalq Sülh və Rifah üçün Tramp Marşrutu (TRIPP) layihəsinin tikinti sahəsini araşdırmaq məqsədilə Ermənistana səfər ediblər. xəbər verir ki, bu barədə ABŞ-ın Yerevandakı səfirliyi rəsmi "Facebook" səhifəsində məlumat yayıb. Səfirliyin açıqlamasında bildirilib ki, ötə
11:11 157 Emindən Kərəm Bürsinə hədiyyə - Video
Xəbər verdiyimiz kimi, türkiyəli aktyor Kərəm Bürsin Bakıya gəlib. Axşam.az xəbər verir ki, sənətçi "Sea Breeze"dəki "Şöhrət xiyabanı"nda onun şərəfinə qoyulmuş "ulduz"un açılış mərasimində iştirak edib. Bununla bağlı Xalq artisti Emin Ağalarov sosial şəbəkədə paylaşım edib:
10:33 229 Tramp ABŞ və İranın danışıqları davam etdirmək barədə razılığa gəldiyini, lakin atəşkəsin bitdiyini bildirib
ABŞ prezidenti Donald Tramp ABŞ və İranın bu həftə hərbi əməliyyatların artmasına baxmayaraq danışıqları davam etdirmək barədə razılığa gəldiyini, lakin ötən ay iki tərəf arasında əldə edilən atəşkəsin bitdiyini bildirib. BİG.AZ Reuters-ə istinadən xəbər verir ki, ABŞ həmçinin cümə günü İranın Hörmü
09:48 164 İranın xarici işlər naziri Əraqçi Omanda səfərdədir
İranın dövlət mediasının məlumatına görə, İranın xarici işlər naziri Abbas Əraqçi şənbə günü Omanın Məsqət şəhərinə səfər edib. BİG.AZ The Jerusalem Post-a istinadən xəbər verir ki, Əraqçi Hörmüz boğazı ilə bağlı bir sıra məsələləri müzakirə edəcək. Müəllif: İlkin Məmmədkərimov [hh4-unikal]
10:54 170 İyun ayı tarixə düşdü
Qərbi Avropada müşahidə olunan güclü istilər fonunda 2026-cı ilin iyun ayı region tarixində ən isti iyun ayı kimi qeydə alınıb. Ötən ay həmçinin qlobal miqyasda müşahidələr tarixinin ikinci ən isti iyun ayı olub. "Qafqazinfo" xəbər verir ki, bu barədə Kopernik İqlim Dəyişikliyi Xidməti (C3S
10.07.2026 360 40 manatdan 10 min manata qədər cərimə: Kimlər risk altındadır?
"Vergi Məcəlləsinə əsasən, vergi hesabatlarının və digər məlumatların təqdim edilməsi ilə bağlı hüquqpozmalarına görə maliyyə sanksiyaları nəzərdə tutulur". Bunu BİG.AZ-a açıqlamasında Vəkillər Kollegiyasının üzvü Rəşad Əliyev bildirib. O, qeyd edib ki, qanunvericiliyə əsasən, vergi hesabatını
10.07.2026 473