Prezident İlham Əliyev: "Tükənməz sərvət intellektual potensialdır"
"Noyabrın 3-də Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) 80 illik yubileyinə həsr olunmuş yığıncaq keçirilib. Prezident İlham Əliyevin çıxışı bu tədbirdə sadəcə yubiley nitqi deyil, elmin dövlət siyasətində strateji yerini müəyyənləşdirən konseptual proqram bəyanatı kimi dəyərləndirilir".
Bunu BiG.AZ-a açıqlamasında politoloq Turan Rzayev bildirib.
O, qeyd edib ki, Dövlət başçısı çıxışında Heydər Əliyev dövründə formalaşan elmi ənənələrə xüsusi diqqət yetirib, həmin siyasətin bu gün müasir tələblərlə davam etdiyini vurğulayıb. Onun sözlərinə görə, bu mərhələdə Azərbaycan "texnoloji və intellektual müstəqillik" dövrünə qədəm qoyur:
"Prezident qeyd edib ki, bu gün dünya neftlə deyil, bilik və süni intellektlə idarə olunur:
"Tükənən sərvət neftdir, tükənməz sərvət isə insan beynidir."
Çıxışda süni intellekt, rəqəmsallaşma və kibertəhlükəsizlik məsələlərinin xüsusi vurğulanması dövlətin elmi və texnoloji potensialının milli təhlükəsizliklə birbaşa bağlı olduğunu göstərir. Prezident bildirib ki, "kibertəhlükəsizlik virtual məsələ deyil, bu, ölkənin fiziki təhlükəsizliyidir".
Elmlə iqtisadiyyat, elmlə sənaye arasında körpü yaradılması, alimlərin dövlət strukturları ilə sıx əməkdaşlığı, qeyri-neft sektorunun inkişafı və azad edilmiş ərazilərin "müasir elmi laboratoriya"ya çevrilməsi də çıxışın əsas istiqamətlərindəndir.
Dövlət başçısı həmçinin elmin milli kimlik və tarixi yaddaşın qorunmasında mühüm rolunu vurğulayıb. Xüsusilə Qərbi Azərbaycanla bağlı tədqiqatlar, tarixi xəritələrin bərpası və saxtalaşdırmalara qarşı elmi mübarizəni prioritet kimi qiymətləndirib.
Azərbaycan dilinin qorunması məsələsinə toxunan Prezident bildirib:
"Vəziyyət məni tam qane etmir. Dil yalnız ünsiyyət vasitəsi deyil, milli kimliyin sütunudur."
Bu çıxış ümumilikdə göstərir ki, Azərbaycan artıq "postneft" dövründə elmi modernliyin ideologiyasına əsaslanan yeni inkişaf mərhələsinə qədəm qoyur".
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 704 Tarix: 05 noyabr 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşAleyna Tilki sevgi həyatından DANIŞDI: "Küçədə heç kimlə əl-ələ gəzməmişəm"
Türkiyəli məşhur müğənni Aleyna Tilki şəxsi həyatı ilə bağlı diqqətçəkən açıqlamalar verib. xəbər verir ki, gənc yaşlarından musiqi dünyasında tanınan ifaçı hazırda həyatında heç kimin olmadığını bildirib. Aleyna Tilki indiyədək sevgilisi ilə küçədə əl-ələ gəzmədiyini də etiraf edib. "Sevgilim yoxdur
07.10.2026 144 "Minlərlə ailə illərdir gözü yolda qalıb" - Zahid Orucdan Ermənistana TƏLƏB
Ermənistan itkin düşmüş azərbaycanlıların taleyi, kütləvi və fərdi dəfn yerləri barədə bütün məlumatları təqdim etməli, müvafiq arxivlərin açılmasına və şahid ifadələrinin toplanmasına şərait yaratmalıdır. Bu sözlər Azərbaycan Prezidenti İlham Əliyevin "İtkin düşmüş şəxslər probleminin həllind
07.10.2026 360 Azərbaycan-Ermənistan sülhündə son düyün: "Bakı bu məsələdə haqlıdır"
Yerdə de-fakto sülh mövcuddur, lakin dönməz sülhə gedən yolda mühüm maneə hələ də aradan qaldırılmalıdır. Teleqraf xəbər verir ki, bu fikirləri Azərbaycan Respublikası Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyov Finlandiyaya işgüzar səfəri çərçivəsində keçirdiyi görüşlər zaman
07.10.2026 200 Pensiyalar bu tarixdə ödəniləcək
Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu üzrə əmək pensiyalarının oktyabrın 14-dən gec olmayaraq ödənilməsi nəzərdə tutulub. BİG.AZ xəbər verir ki, bu barədə Dövlət Sosial Müdafiə Fondu (DSMF) məlumat yayıb. Qeyd edək ki, rayonlarda qeydiyyatda olan pensiyaçıların pensiyalarının bu ayın 20-dən, müavinətləri
07.10.2026 210 Maye əl sabunu, yoxsa bərk sabun? - DERMATOLOQDAN AÇIQLAMA
Əllərin gündəlik gigiyenasında sabundan istifadə vacibdir. Amma seçim qarşısında qaldıqda bir sual ortaya çıxır: mayə əl sabunu daha yaxşıdır, yoxsa bərk sabun? Hansı variant əlləri daha effektiv təmizləyir və gigiyena baxımından daha təhlükəsiz hesab olunur?. Bu iki sabun növü arasında həqiqətən fər
07.10.2026 155 25 il sonra yenidən "Mumiya"da - Foto
Amerikalı aktyor Brendan Freyzer illər sonra "Mumiya" filmindəki "Rik O’Konnell" obrazına qayıdıb. Axşam.az xəbər verir ki, bu barədə "People" nəşri məlumat yayıb. 57 yaşlı aktyor filmin dördüncü hissəsinin çəkilişləri zamanı Böyük Britaniyada görüntülənib. Filmdə Freyzerl
07.10.2026 1 30 il tövlə qapısına söykədiyi daş 4,5 milyard illik meteorit imiş - 75 minə satdı
ABŞ-nin Miçiqan ştatında bir fermerin təxminən 30 il ərzində tövlənin qapısını açıq saxlamaq üçün istifadə etdiyi 10 kiloqramlıq daşın 4,5 milyard illik meteorit olduğu üzə çıxıb. "Qafqazinfo" xəbər verir ki, Miçiqan sakini Devid Mazurek 1988-ci ildə Edmor şəhərindəki fermasını alarkən da
07.10.2026 1 Prezidentdən mükafat və maaş əlavələri ilə bağlı mühüm fərman
Büdcədənkənar vəsaitlər hesabına verilən vəzifə maaşına əlavələrin, mükafatların və digər ödənişlərin yuxarı hədlərinin tətbiq ediləcəyi müddət dəyişib. -a istinadən xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı "Dövlət büdcəsinin tərkibində yaradılmış məqsədli büdcə fondlarının və dövlə
07.10.2026 248 Ət qədər faydalı, yoxsa sağlamlıq üçün riskli? - İçalatla bağlı bilinənlər
"Heyvanların daxili orqanlarının istehlakı əslində qədim mətbəx mədəniyyətimizin bir hissəsidir. Məsələn, bir tikə qaraciyər qida dəyəri baxımından zəngin məhsullardan hesab olunur. Qaraciyər yalnız dəmir mənbəyi deyil, həm də orqanizm üçün vacib olan B12 vitamini, fol turşusu və A vitamini il
07.10.2026 203