Payız — göbələklərin həm bolluq, həm də təhlükə mövsümü

Payız — göbələklərin həm bolluq, həm də təhlükə mövsümü"Payız ayları təbiətin ən bol məhsullarından biri olan göbələklərin yetişdiyi dövrdür. Bu fəsildə bir çoxları meşələrdə, dağlarda və kənd ərazilərində yabanı göbələk yığmağa üstünlük verir. Lakin nəzərə almaq lazımdır ki, təbii şəraitdə bitən göbələklərin istifadəsi ciddi risk daşıyır. Onların düzgün tanınmaması və yanlış şəkildə hazırlanması ağır zəhərlənməyə, hətta ölümə səbəb ola bilər".

Bunu BiG.AZ-a açıqlamasında Gənclərin Töhfəsi İctimai Birliyinin sədri və sağlam qida təbliğatçısı Asim Vəliyev bildirib.

O, qeyd edib ki, dünyada minlərlə göbələk növü mövcuddur, lakin onların yalnız az bir hissəsi yeməlidir. Çox sayda növ isə zəhərlidir və təcrübəli göbələk yığanlar belə, bəzən bu fərqi ayırd edə bilmirlər. Zəhərli göbələklərdə olan toksinlər yüksək temperaturda da məhv olmur — yəni qızartmaq və ya qaynatmaq onları zərərsizləşdirmir:

"Zəhərli göbələk yedikdən sonra əlamətlər bir neçə saatdan bir-iki günə qədər özünü göstərə bilər. Ən çox müşahidə olunan simptomlar ürəkbulanma, qusma, qarın ağrısı, güclü ishal, halsızlıq, başgicəllənmə, eləcə də qaraciyər və böyrək zədələnməsini göstərən sarılıq və sidik problemləridir. Əgər zəhərlənmiş şəxsə vaxtında tibbi yardım göstərilməzsə, nəticə həyati təhlükə ilə sonlana bilər.

Təhlükədən qorunmaq üçün göbələkləri yalnız etibarlı satış mənbələrindən — bazarlardan və nəzarət olunan ticarət nöqtələrindən almaq lazımdır. Küçə kənarında və ya tanımadığınız şəxslərdən alınan göbələklər sağlamlıq üçün böyük risk yaradır. Eyni zamanda, meşələrdə yabanı göbələk yığmaq da təhlükəlidir. Təcrübəli şəxslər belə bəzən zəhərli və yeməli növləri səhv salırlar.

Göbələkləri heç vaxt çiy halda yemək olmaz. Hətta yeməli növlər belə çiy halda mədə-bağırsaq problemləri yarada bilər. Onlar yaxşı bişirildikdə daha təhlükəsiz sayılır. Göbələklər ümumiyyətlə ağır həzm olunan qidadır, buna görə də uşaqlar, yaşlılar, hamilə qadınlar və xroniki xəstəliyi olan şəxslər üçün məsləhət görülmür.

Bəzən bir yeməli göbələyin arasında qarışan kiçik bir zəhərli növ bütün yeməyi təhlükəli hala sala bilər. Bu səbəbdən, göbələk yedikdən sonra yuxarıda sadalanan əlamətlərdən hər hansı biri müşahidə olunarsa, vaxt itirmədən təcili tibbi yardıma müraciət etmək vacibdir. Özbaşına müalicə isə vəziyyəti daha da ağırlaşdıra bilər".


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 763   Tarix: 05 noyabr 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Aleyna Tilki sevgi həyatından DANIŞDI: "Küçədə heç kimlə əl-ələ gəzməmişəm"

Türkiyəli məşhur müğənni Aleyna Tilki şəxsi həyatı ilə bağlı diqqətçəkən açıqlamalar verib. xəbər verir ki, gənc yaşlarından musiqi dünyasında tanınan ifaçı hazırda həyatında heç kimin olmadığını bildirib. Aleyna Tilki indiyədək sevgilisi ilə küçədə əl-ələ gəzmədiyini də etiraf edib. "Sevgilim yoxdur

07.10.2026 144
.

"Minlərlə ailə illərdir gözü yolda qalıb" - Zahid Orucdan Ermənistana TƏLƏB

Ermənistan itkin düşmüş azərbaycanlıların taleyi, kütləvi və fərdi dəfn yerləri barədə bütün məlumatları təqdim etməli, müvafiq arxivlərin açılmasına və şahid ifadələrinin toplanmasına şərait yaratmalıdır. Bu sözlər Azərbaycan Prezidenti İlham Əliyevin "İtkin düşmüş şəxslər probleminin həllind

07.10.2026 360
.

Azərbaycan-Ermənistan sülhündə son düyün: "Bakı bu məsələdə haqlıdır"

Yerdə de-fakto sülh mövcuddur, lakin dönməz sülhə gedən yolda mühüm maneə hələ də aradan qaldırılmalıdır. Teleqraf xəbər verir ki, bu fikirləri Azərbaycan Respublikası Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyov Finlandiyaya işgüzar səfəri çərçivəsində keçirdiyi görüşlər zaman

07.10.2026 200
.

Pensiyalar bu tarixdə ödəniləcək

Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu üzrə əmək pensiyalarının oktyabrın 14-dən gec olmayaraq ödənilməsi nəzərdə tutulub. BİG.AZ xəbər verir ki, bu barədə Dövlət Sosial Müdafiə Fondu (DSMF) məlumat yayıb. Qeyd edək ki, rayonlarda qeydiyyatda olan pensiyaçıların pensiyalarının bu ayın 20-dən, müavinətləri

07.10.2026 210
.

Maye əl sabunu, yoxsa bərk sabun? - DERMATOLOQDAN AÇIQLAMA

Əllərin gündəlik gigiyenasında sabundan istifadə vacibdir. Amma seçim qarşısında qaldıqda bir sual ortaya çıxır: mayə əl sabunu daha yaxşıdır, yoxsa bərk sabun? Hansı variant əlləri daha effektiv təmizləyir və gigiyena baxımından daha təhlükəsiz hesab olunur?. Bu iki sabun növü arasında həqiqətən fər

07.10.2026 155
.

25 il sonra yenidən "Mumiya"da - Foto

Amerikalı aktyor Brendan Freyzer illər sonra "Mumiya" filmindəki "Rik O’Konnell" obrazına qayıdıb. Axşam.az xəbər verir ki, bu barədə "People" nəşri məlumat yayıb. 57 yaşlı aktyor filmin dördüncü hissəsinin çəkilişləri zamanı Böyük Britaniyada görüntülənib. Filmdə Freyzerl

07.10.2026 1
.

30 il tövlə qapısına söykədiyi daş 4,5 milyard illik meteorit imiş - 75 minə satdı

ABŞ-nin Miçiqan ştatında bir fermerin təxminən 30 il ərzində tövlənin qapısını açıq saxlamaq üçün istifadə etdiyi 10 kiloqramlıq daşın 4,5 milyard illik meteorit olduğu üzə çıxıb. "Qafqazinfo" xəbər verir ki, Miçiqan sakini Devid Mazurek 1988-ci ildə Edmor şəhərindəki fermasını alarkən da

07.10.2026 1
.

Prezidentdən mükafat və maaş əlavələri ilə bağlı mühüm fərman

Büdcədənkənar vəsaitlər hesabına verilən vəzifə maaşına əlavələrin, mükafatların və digər ödənişlərin yuxarı hədlərinin tətbiq ediləcəyi müddət dəyişib. -a istinadən xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı "Dövlət büdcəsinin tərkibində yaradılmış məqsədli büdcə fondlarının və dövlə

07.10.2026 248
.

Ət qədər faydalı, yoxsa sağlamlıq üçün riskli? - İçalatla bağlı bilinənlər

"Heyvanların daxili orqanlarının istehlakı əslində qədim mətbəx mədəniyyətimizin bir hissəsidir. Məsələn, bir tikə qaraciyər qida dəyəri baxımından zəngin məhsullardan hesab olunur. Qaraciyər yalnız dəmir mənbəyi deyil, həm də orqanizm üçün vacib olan B12 vitamini, fol turşusu və A vitamini il

07.10.2026 203
.