Süni intellekt əvəz etməkdən daha çox tamamlayıcı rol oynayacaq
"Süni intellekt və avtomatlaşdırma texnologiyaları ilk növbədə insanların işini tam əvəz etmək yox, onların işini yükünü azaltmaq, təkrarlanan, rutin, vaxt aparan tapşırıqları avtomatlaşdırmaq məqsədi ilə inkişaf etdirilib. Yəni süni intellekt "peşələri əvəz edəcək" ("əvəzləmə") məqsədi yox, "peşələrin fəaliyyətini dəstəkləyəcək", "insanı azad edəcək" desək daha uyğun olar".
Bunu BiG.AZ-a açıqlamasında İnformasiya Texnologiyaları üzrə mühəndis-tədqiqatçı, Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyasının (AKTA) eksperti Bəhruz Əliyev bildirib.
O, qeyd edib ki, rutin, strukturlaşdırılmış tapşırıqlar, məsələn: məlumatların daxil edilməsi, standart hesabatların hazırlanması, müəyyən növ müştəri-çağrı xidməti süni intellekt və avtomatlaşdırma tərəfindən daha tez ələ keçirilə bilər. Məsələn, bir araşdırma göstərir ki, ABŞ-da işçilərin təxminən 19 %-i "ən yüksək səviyyədə" süni intellektin təsirinə məruz olan bilən peşələrdədir, yəni işi "əvəzlənə bilər" səviyyəsindədir. Dünya səviyyəsində isə bir hesabatda bildirilir ki, təxminən 40 %-ə qədər iş "təhlükə altında ola bilər" bu da "tam əvəzlənmə" deyil, "əhəmiyyətli dərəcədə dəyişmə" anlamına gəlir. Məsələn, təxminlərinə görə 2030-cu illər təxminən 30 % işlər avtomatlaşdırıla biləcəkdir:
"Tam əvəzlənmə yəni insan olmadan işin eyni keyfiyyətdə və məsuliyyətlə aparılması, çətin və yalnız müəyyən sahələr üçün mümkündür. Məsələn, kompleks sosial qarşılıqlı əlaqə, yaradıcılıq, etik qərarvermə, qeyri-strukturlaşdırılmış mühitdə adaptasiya tələb edən işlər hələ də çox çətin əvəz olunur. Əksər araşdırmalar göstərir ki, süni intellekt əvəz etməkdən çox "tamamlayıcı" (complement) rol oynayacaq. Yəni insan + maşın birgə işləyəcək. Əgər cari məlumatlara baxsaq: Federal Reserve Bank of Dallas-ın araşdırmasında qeyd olunur ki, süni intellektin indiyə qədər böyük miqyasda iş yerlərini əvəz etdiyinə dair güclü sübut yoxdur. Həmçinin, iş bazarındakı dəyişikliklərin yalnız texnologiyadan deyil, qanunvericilikdən, sosial strukturlardan, təhsil sistemindən və biznes modellərindən də asılı olduğunu unutmamaq lazımdır.
Hansı peşələr daha çox riskdədir?
Strukturlu, təkrarlanan əməliyyatları olan peşələr daha yüksək riskə sahibdir. Eyni zamanda, məlumatların çox olduğu sahələr, Sİ-nın öyrənməsi üçün zəngin "data" olan hissələr daha tez avtomatlaşdırıla bilərlər. Amma "yüksək bacarıq tələb edən", "yaradıcılıq", "kritik qərar vermə" tələb edən sahələr hələ daha təhlükəsiz hesab olunur.
İşçilər və cəmiyyət üçün nəticələr və hazırlaşma
Texnologiyaya uyğun bacarıqları inkişaf etdirmək lazımdır. Məsələn: rəqəmsal savad, adaptasiya bacarığı, yaradıcılıq, kritik düşüncə. Çünkü süni intellektin onun qarşısını tam ala bilmədiyi "insana xas" bacarıqlar məhz bu sahələrdə olacaq. Dövlətlər və bizneslər üçün isə, təhsil-təlim sistemlərinin yenilənməsi, işçi qüvvəsinin yenidən təhsili (reskilling/upskilling) çox önəmlidir".
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 842 Tarix: 05 noyabr 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşAleyna Tilki sevgi həyatından DANIŞDI: "Küçədə heç kimlə əl-ələ gəzməmişəm"
Türkiyəli məşhur müğənni Aleyna Tilki şəxsi həyatı ilə bağlı diqqətçəkən açıqlamalar verib. xəbər verir ki, gənc yaşlarından musiqi dünyasında tanınan ifaçı hazırda həyatında heç kimin olmadığını bildirib. Aleyna Tilki indiyədək sevgilisi ilə küçədə əl-ələ gəzmədiyini də etiraf edib. "Sevgilim yoxdur
07.10.2026 144 "Minlərlə ailə illərdir gözü yolda qalıb" - Zahid Orucdan Ermənistana TƏLƏB
Ermənistan itkin düşmüş azərbaycanlıların taleyi, kütləvi və fərdi dəfn yerləri barədə bütün məlumatları təqdim etməli, müvafiq arxivlərin açılmasına və şahid ifadələrinin toplanmasına şərait yaratmalıdır. Bu sözlər Azərbaycan Prezidenti İlham Əliyevin "İtkin düşmüş şəxslər probleminin həllind
07.10.2026 360 Azərbaycan-Ermənistan sülhündə son düyün: "Bakı bu məsələdə haqlıdır"
Yerdə de-fakto sülh mövcuddur, lakin dönməz sülhə gedən yolda mühüm maneə hələ də aradan qaldırılmalıdır. Teleqraf xəbər verir ki, bu fikirləri Azərbaycan Respublikası Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyov Finlandiyaya işgüzar səfəri çərçivəsində keçirdiyi görüşlər zaman
07.10.2026 200 Pensiyalar bu tarixdə ödəniləcək
Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu üzrə əmək pensiyalarının oktyabrın 14-dən gec olmayaraq ödənilməsi nəzərdə tutulub. BİG.AZ xəbər verir ki, bu barədə Dövlət Sosial Müdafiə Fondu (DSMF) məlumat yayıb. Qeyd edək ki, rayonlarda qeydiyyatda olan pensiyaçıların pensiyalarının bu ayın 20-dən, müavinətləri
07.10.2026 210 Maye əl sabunu, yoxsa bərk sabun? - DERMATOLOQDAN AÇIQLAMA
Əllərin gündəlik gigiyenasında sabundan istifadə vacibdir. Amma seçim qarşısında qaldıqda bir sual ortaya çıxır: mayə əl sabunu daha yaxşıdır, yoxsa bərk sabun? Hansı variant əlləri daha effektiv təmizləyir və gigiyena baxımından daha təhlükəsiz hesab olunur?. Bu iki sabun növü arasında həqiqətən fər
07.10.2026 155 25 il sonra yenidən "Mumiya"da - Foto
Amerikalı aktyor Brendan Freyzer illər sonra "Mumiya" filmindəki "Rik O’Konnell" obrazına qayıdıb. Axşam.az xəbər verir ki, bu barədə "People" nəşri məlumat yayıb. 57 yaşlı aktyor filmin dördüncü hissəsinin çəkilişləri zamanı Böyük Britaniyada görüntülənib. Filmdə Freyzerl
07.10.2026 1 30 il tövlə qapısına söykədiyi daş 4,5 milyard illik meteorit imiş - 75 minə satdı
ABŞ-nin Miçiqan ştatında bir fermerin təxminən 30 il ərzində tövlənin qapısını açıq saxlamaq üçün istifadə etdiyi 10 kiloqramlıq daşın 4,5 milyard illik meteorit olduğu üzə çıxıb. "Qafqazinfo" xəbər verir ki, Miçiqan sakini Devid Mazurek 1988-ci ildə Edmor şəhərindəki fermasını alarkən da
07.10.2026 1 Prezidentdən mükafat və maaş əlavələri ilə bağlı mühüm fərman
Büdcədənkənar vəsaitlər hesabına verilən vəzifə maaşına əlavələrin, mükafatların və digər ödənişlərin yuxarı hədlərinin tətbiq ediləcəyi müddət dəyişib. -a istinadən xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı "Dövlət büdcəsinin tərkibində yaradılmış məqsədli büdcə fondlarının və dövlə
07.10.2026 248 Ət qədər faydalı, yoxsa sağlamlıq üçün riskli? - İçalatla bağlı bilinənlər
"Heyvanların daxili orqanlarının istehlakı əslində qədim mətbəx mədəniyyətimizin bir hissəsidir. Məsələn, bir tikə qaraciyər qida dəyəri baxımından zəngin məhsullardan hesab olunur. Qaraciyər yalnız dəmir mənbəyi deyil, həm də orqanizm üçün vacib olan B12 vitamini, fol turşusu və A vitamini il
07.10.2026 203