Şahbaz Şərif Prezidenti təbrik etdi
Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərif Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb.
"Qafqazinfo" xəbər verir ki, məktubda deyilir:
"Zati-aliləri.
Qırx dörd günlük Vətən müharibəsində Azərbaycanın Qələbəsinin beşinci ildönümü münasibətilə Pakistan xalqı və Hökuməti adından, eləcə də şəxsən öz adımdan Sizə ən səmimi təbriklərimizi çatdırıram.
Bu tarixi gün Azərbaycanın öz suverenliyini və ərazi bütövlüyünü bərpa etmək üçün göstərdiyi cəsarətin, birliyin və sarsılmaz qətiyyətin parlaq təcəssümüdür. Bu qətiyyətli Qələbə nəticəsində sevimli Şuşa şəhəri də daxil olmaqla Azərbaycanın əzəli torpaqları azad edilib.
Bu əlamətdar hadisə, həmçinin Ermənistanla tarixi razılaşmanın əldə edilməsini, bununla da Qafqaz regionunun davamlı sülh və yeni iqtisadi imkanlar dövrünə qədəm qoymasında Zati-alinizin dövlət xadimi kimi müstəsna xidmətlərini və uzaqgörən liderliyini yüksək qiymətləndirmək üçün yaxşı fürsətdir.
Zati-aliləri, 2025-ci il noyabrın 8-də Bakıda Zəfər Günü ilə bağlı tədbirlərdə Sizinlə birlikdə iştirak etməyi səbirsizliklə gözləyirəm. Əminəm ki, səfərim xüsusilə də 2025-ci il iyulun 4-də Xankəndidə keçirilən İqtisadi Əməkdaşlıq Təşkilatının XVII Zirvə görüşü zamanı əldə olunan mühüm razılıq çərçivəsində qarşılıqlı faydalı gündəliyimizi inkişaf etdirmək üçün gözəl fürsət yaradacaqdır.
Ən qısa zamanda Zati-alinizə münasib vaxtda Pakistana səfərinizi səbirsizliklə gözləyirik. Bu baxımdan, məmnunluqla bildirirəm ki, heyətlərimiz həmin səfər zamanı bir sıra qarşılıqlı faydalı təşəbbüslərin rəsmi şəkildə başladılması üçün bəzi məsələləri yekunlaşdırmaq istiqamətində səylə çalışırlar.
Bu xoş fürsətdən istifadə edərək, Pakistanın qardaş xalqlarımızın rifahı naminə əlaqələrimizi çoxşaxəli, qarşılıqlı faydalı strateji və iqtisadi tərəfdaşlıq səviyyəsinə yüksəltmək əzmində olduğunu bir daha vurğulayıram.
Zati-aliləri, Sizə olan ən yüksək ehtiramımı qəbul etməyinizi xahiş edirəm".
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 871 Tarix: 05 noyabr 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşAleyna Tilki sevgi həyatından DANIŞDI: "Küçədə heç kimlə əl-ələ gəzməmişəm"
Türkiyəli məşhur müğənni Aleyna Tilki şəxsi həyatı ilə bağlı diqqətçəkən açıqlamalar verib. xəbər verir ki, gənc yaşlarından musiqi dünyasında tanınan ifaçı hazırda həyatında heç kimin olmadığını bildirib. Aleyna Tilki indiyədək sevgilisi ilə küçədə əl-ələ gəzmədiyini də etiraf edib. "Sevgilim yoxdur
07.10.2026 144 "Minlərlə ailə illərdir gözü yolda qalıb" - Zahid Orucdan Ermənistana TƏLƏB
Ermənistan itkin düşmüş azərbaycanlıların taleyi, kütləvi və fərdi dəfn yerləri barədə bütün məlumatları təqdim etməli, müvafiq arxivlərin açılmasına və şahid ifadələrinin toplanmasına şərait yaratmalıdır. Bu sözlər Azərbaycan Prezidenti İlham Əliyevin "İtkin düşmüş şəxslər probleminin həllind
07.10.2026 360 Azərbaycan-Ermənistan sülhündə son düyün: "Bakı bu məsələdə haqlıdır"
Yerdə de-fakto sülh mövcuddur, lakin dönməz sülhə gedən yolda mühüm maneə hələ də aradan qaldırılmalıdır. Teleqraf xəbər verir ki, bu fikirləri Azərbaycan Respublikası Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyov Finlandiyaya işgüzar səfəri çərçivəsində keçirdiyi görüşlər zaman
07.10.2026 200 Pensiyalar bu tarixdə ödəniləcək
Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu üzrə əmək pensiyalarının oktyabrın 14-dən gec olmayaraq ödənilməsi nəzərdə tutulub. BİG.AZ xəbər verir ki, bu barədə Dövlət Sosial Müdafiə Fondu (DSMF) məlumat yayıb. Qeyd edək ki, rayonlarda qeydiyyatda olan pensiyaçıların pensiyalarının bu ayın 20-dən, müavinətləri
07.10.2026 210 Maye əl sabunu, yoxsa bərk sabun? - DERMATOLOQDAN AÇIQLAMA
Əllərin gündəlik gigiyenasında sabundan istifadə vacibdir. Amma seçim qarşısında qaldıqda bir sual ortaya çıxır: mayə əl sabunu daha yaxşıdır, yoxsa bərk sabun? Hansı variant əlləri daha effektiv təmizləyir və gigiyena baxımından daha təhlükəsiz hesab olunur?. Bu iki sabun növü arasında həqiqətən fər
07.10.2026 155 25 il sonra yenidən "Mumiya"da - Foto
Amerikalı aktyor Brendan Freyzer illər sonra "Mumiya" filmindəki "Rik O’Konnell" obrazına qayıdıb. Axşam.az xəbər verir ki, bu barədə "People" nəşri məlumat yayıb. 57 yaşlı aktyor filmin dördüncü hissəsinin çəkilişləri zamanı Böyük Britaniyada görüntülənib. Filmdə Freyzerl
07.10.2026 1 30 il tövlə qapısına söykədiyi daş 4,5 milyard illik meteorit imiş - 75 minə satdı
ABŞ-nin Miçiqan ştatında bir fermerin təxminən 30 il ərzində tövlənin qapısını açıq saxlamaq üçün istifadə etdiyi 10 kiloqramlıq daşın 4,5 milyard illik meteorit olduğu üzə çıxıb. "Qafqazinfo" xəbər verir ki, Miçiqan sakini Devid Mazurek 1988-ci ildə Edmor şəhərindəki fermasını alarkən da
07.10.2026 1 Prezidentdən mükafat və maaş əlavələri ilə bağlı mühüm fərman
Büdcədənkənar vəsaitlər hesabına verilən vəzifə maaşına əlavələrin, mükafatların və digər ödənişlərin yuxarı hədlərinin tətbiq ediləcəyi müddət dəyişib. -a istinadən xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı "Dövlət büdcəsinin tərkibində yaradılmış məqsədli büdcə fondlarının və dövlə
07.10.2026 248 Ət qədər faydalı, yoxsa sağlamlıq üçün riskli? - İçalatla bağlı bilinənlər
"Heyvanların daxili orqanlarının istehlakı əslində qədim mətbəx mədəniyyətimizin bir hissəsidir. Məsələn, bir tikə qaraciyər qida dəyəri baxımından zəngin məhsullardan hesab olunur. Qaraciyər yalnız dəmir mənbəyi deyil, həm də orqanizm üçün vacib olan B12 vitamini, fol turşusu və A vitamini il
07.10.2026 203