"Dələduzlar insan psixologiyasından ustalıqla istifadə edərək inam qazanmağa çalışırlar" - Kibertəhlükəsizlik üzrə ekspert

"Dələduzlar insan psixologiyasından ustalıqla istifadə edərək inam qazanmağa çalışırlar" - Kibertəhlükəsizlik üzrə ekspertSon illər dələduzluq halları həm internetdə, həm də gündəlik həyatda artmaqdadır. Mütəxəssislər xəbərdarlıq edirlər ki, bu cür hallardan qorunmağın əsas yolu diqqətli olmaq və emosional qərarlar verməməkdir.

Kibertəhlükəsizlik üzrə ekspert Rauf Məmmədov BiG.AZ-a bildirib ki, dələduzlar insan psixologiyasından ustalıqla istifadə edərək inam qazanmağa çalışırlar:

"Dələduzlar əvvəlcə qurbanla dost münasibəti qurur, etibarını qazanır, sonra isə maliyyə və ya şəxsi məlumatları ələ keçirməyə cəhd edirlər. Əsas məqsədləri insanın düşünmək qabiliyyətini azaltmaq və qərar verməsini sürətləndirməkdir."

Bu gün dələduzluğun ən geniş yayılan formalarından biri onlayn saxtakarlıqlardır — saxta investisiya təklifləri, hədiyyə kampaniyaları, lotereyalar və ya tanışlıq tətbiqlərində etibar qazanmaq yolu ilə pul istəmək. Heç vaxt tanımadığınız şəxsə pul göndərməyin və şəxsi məlumatlarınızı paylaşmayın. Rəsmi görünən linklərə klikləmədən əvvəl saytın ünvanını diqqətlə yoxlayın.

Telefon zəngləri və ya mesajlar vasitəsilə bank məlumatı istəyən şəxslərə inanmaq da risklidir.Bank əməkdaşları heç vaxt telefonla kart PIN kodu, CVC nömrəsi və ya SMS-lə gələn şifrəni istəməzlər. Bu məlumatları paylaşmaq hesabınızdakı vəsaitin oğurlanmasına səbəb ola bilər.

Emosional manipulyasiyalara uymamaq da dələduzlardan qorunmanın vacib hissəsidir. Dələduzlar tez-tez təhlükə, şans və ya təcili yardım kimi ifadələrlə insanı təlaşa salır. Belə hallarda sakit qalmaq, məlumatı dəqiqləşdirmək və rəsmi qurumla əlaqə saxlamaq lazımdır".


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 848   Tarix: 06 noyabr 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Co Baydenin son durumu AÇIQLANDI

ABŞ-nin sabiq prezidenti Co Bayden prostat xərçəngi ilə bağlı son müalicəsinin nəticələrini açıqlayıb. BİG.AZ xarici mediaya istinadla xəbər verir ki, Bayden bildirib ki, ötən ilin payızında aldığı şüa müalicəsi "nəzərdə tutulduğu kimi nəticə verib". O, həkimlərə və digər tibb işçilərinə təşəkkü

15:03 222
.

Jurnalistlərin IX qurultayının vaxtı dəyişdi

Azərbaycan jurnalistlərinin IX qurultayı Rəşid Behbudov adına Mahnı Teatrında təşkil olunacaq. "Qafqazinfo" xəbər verir ki, bu barədə Jurnalistlərin IX qurultayına hazırlıq üzrə Təşkilat Komitəsi məlumat yayıb. Qurultaya hazırlıq üzrə Təşkilat Komitəsi, eyni zamanda, qurultayın keçirilmə tarixini

14:12 158
.

Bakıda ağır qəza - 4 ölü - Yenilənib

Bu gün paytaxtın Qaradağ rayonunda ağır yol qəzası baş verib. "Qafqazinfo" xəbər verir ki, saat 14:20 radələrində Bakı-Qazax avtomobil yolunun 21-ci kilometrliyində "Mercedes Atego" markalı, 88-BG-741 dövlət qeydiyyat nişanlı yük avtomobili sürücünün idarəetməni itirməsi nəticəsind

16:23 230
.

"Nənələr"in üzvünün oğlu Ukrayna müharibəsində öldürüldü

Rusiya-Ukrayna müharibəsinə həkim kimi qatılan 58 yaşlı azərbaycanlı dron hücumu zamanı öldürülüb. Axşam.az xəbər verir ki, Lənkəran rayonunun Separadi kəndindən olan 1968-ci il təvəllüdlü Vahab Ramazan oğlu Quliyev Rusiya-Ukrayna müharibəsi başlayandan bir il sonra Ukrayna tərəfindən ixtisası üzrə fəaliyyə

12:37 249
.

Onları polislə hədələdi

Müğənni Tacir Şahmalıoğlunun xeyli çəki atması uzun müddətdir müzakirə olunur. Axşam.az xəbər verir ki, sənətçi bir müddət əvvəl əməliyyat olunduğunu və diabet problemi olduğu üçün çəki atmalı olduğunu açıqlayıb. Lakin sosial şəbəkələrdə ifaçının ağır xəstəlikdən əziyyət çəkdiyi iddia olunub. T.Şahmalıoğlunu

20:45 1
.

"Minlərlə ailə illərdir gözü yolda qalıb" - Zahid Orucdan Ermənistana TƏLƏB

Ermənistan itkin düşmüş azərbaycanlıların taleyi, kütləvi və fərdi dəfn yerləri barədə bütün məlumatları təqdim etməli, müvafiq arxivlərin açılmasına və şahid ifadələrinin toplanmasına şərait yaratmalıdır. Bu sözlər Azərbaycan Prezidenti İlham Əliyevin "İtkin düşmüş şəxslər probleminin həllind

16:07 360
.

Ət qədər faydalı, yoxsa sağlamlıq üçün riskli? - İçalatla bağlı bilinənlər

"Heyvanların daxili orqanlarının istehlakı əslində qədim mətbəx mədəniyyətimizin bir hissəsidir. Məsələn, bir tikə qaraciyər qida dəyəri baxımından zəngin məhsullardan hesab olunur. Qaraciyər yalnız dəmir mənbəyi deyil, həm də orqanizm üçün vacib olan B12 vitamini, fol turşusu və A vitamini il

16:59 203
.

Yumurta bişirəndə bu səhvləri etməyin

Yumurta bişirərkən edilən səhvlərin əksəriyyəti onun qida dəyərini yox, dadını, görünüşünü və konsistensiyasını korlayır. xəbər verir ki, yumurta zülal, vitaminlər və xolin kimi faydalı mikroelementlərlə zəngin qidalardan biridir. Yumurta çox bişiriləndə bütün faydasını itirir fikri isə doğru deyil

19:00 125
.

Bu şəxslər 2000 manat cərimə olunacaq

Heyvanlara qarşı qəddarlıq, işgəncə və zorakılıq halları cəmiyyətdə narahatlıq doğuran məsələlərdəndir. Xüsusilə heyvanların qəsdən xəsarət yetirilməsi və ya öldürülməsi ilə bağlı görüntülərin yayılması bu əməllərə görə məsuliyyətin nə dərəcədə effektiv olduğunu gündəmə gətirir. Bəs Azərbaycan qanunvericiliyind

14:39 229
.