Dabbaq xəstəliyi yenidən yayılır — ekspert: "Qida obyektlərinə nəzarət gücləndirilməlidir"
Son günlər dabaq xəstəliyi yenidən geniş yayılmağa başlayıb. Fermerlər heyvanlara vaksin vursalar da, yoluxma halları hələ də müşahidə olunur.
Mövzu ilə bağlı BiG.AZ-a açıqlama verən "Gənclərin Töhfəsi" İctimai Birliyinin sədri və sağlam qida təbliğatçısı Asim Vəliyev bildirib ki, xəstəliyin yenidən baş qaldırması ictimai narahatlıq doğurur.
Onun sözlərinə görə, aidiyyəti qurumlar hazırda dabaq xəstəliyinin yayıldığı bölgələrdə qabaqlayıcı tədbirlər görür:
"İlk növbədə operativ qruplar yaradılmalı, bölgələr üzrə monitorinqlər aparılmalıdır. Xüsusilə xəstəliyin aşkarlandığı ərazilərdə yerləşən qida obyektlərində yoxlamalar keçirilməli, işçilərin tibbi müayinədən keçməsi, sanitar qaydalara əməl olunması və məhsulların mənşəyi ciddi şəkildə yoxlanmalıdır. Mənşəyi şübhəli məhsullar dərhal satışdan çıxarılmalı və laborator analizə göndərilməlidir."
Asim Vəliyev qeyd edib ki, restoran və dönərxanalarda gigiyenik qaydalar əsas meyar olmalıdır:
"Qidaların hazırlanmasında istifadə olunan suyun keyfiyyəti, ətin soyudulma və bişirilmə temperaturu, işçi heyətin əl və geyim təmizliyi daim nəzarətdə saxlanmalıdır. Qayda pozuntusu aşkarlanarsa, müəssisəyə cərimə tətbiq olunmalı, zərurət yaranarsa fəaliyyət dayandırılmalıdır."
Ekspert əlavə edib ki, paralel olaraq ictimai maarifləndirmə tədbirləri də gücləndirilməlidir.
"Media qurumlarının bu məsələyə diqqət yetirməsi çox vacibdir. Televiziya, radio və sosial media vasitəsilə vətəndaşlara düzgün qidalanma, bişməmiş ət məhsullarından uzaq durmaq və şəxsi gigiyenaya riayət etmək barədə məlumat verilməlidir. Restoran sahibləri yalnız rəsmi sertifikata malik təchizatçılarla işləməlidirlər."
Vəliyev bildirib ki, xəstəliyin yayılma mənbəyi konkret bir qida növü və ya ticarət şəbəkəsi ilə bağlı olarsa, həmin məhsul dərhal dövriyyədən çıxarılmalı və geri çağırılmalıdır.
"Laborator nəticələr tam dəqiqləşənə qədər gücləndirilmiş nəzarət davam etməlidir. Profilaktik yoxlamalar, məhsul analizləri, gigiyenik nəzarət və maarifləndirmə tədbirləri bir-birini tamamladıqda, dabaq kimi yoluxucu xəstəliklərin qarşısı daha effektiv şəkildə alınar. Məqsəd təkcə xəstəliyin yayılmasını dayandırmaq deyil, həm də cəmiyyətin qida təhlükəsizliyinə olan etimadını qorumaqdır".
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 821 Tarix: 07 noyabr 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşCo Baydenin son durumu AÇIQLANDI
ABŞ-nin sabiq prezidenti Co Bayden prostat xərçəngi ilə bağlı son müalicəsinin nəticələrini açıqlayıb. BİG.AZ xarici mediaya istinadla xəbər verir ki, Bayden bildirib ki, ötən ilin payızında aldığı şüa müalicəsi "nəzərdə tutulduğu kimi nəticə verib". O, həkimlərə və digər tibb işçilərinə təşəkkü
15:03 222 Jurnalistlərin IX qurultayının vaxtı dəyişdi
Azərbaycan jurnalistlərinin IX qurultayı Rəşid Behbudov adına Mahnı Teatrında təşkil olunacaq. "Qafqazinfo" xəbər verir ki, bu barədə Jurnalistlərin IX qurultayına hazırlıq üzrə Təşkilat Komitəsi məlumat yayıb. Qurultaya hazırlıq üzrə Təşkilat Komitəsi, eyni zamanda, qurultayın keçirilmə tarixini
14:12 158 Bakıda ağır qəza - 4 ölü - Yenilənib
Bu gün paytaxtın Qaradağ rayonunda ağır yol qəzası baş verib. "Qafqazinfo" xəbər verir ki, saat 14:20 radələrində Bakı-Qazax avtomobil yolunun 21-ci kilometrliyində "Mercedes Atego" markalı, 88-BG-741 dövlət qeydiyyat nişanlı yük avtomobili sürücünün idarəetməni itirməsi nəticəsind
16:23 230 "Nənələr"in üzvünün oğlu Ukrayna müharibəsində öldürüldü
Rusiya-Ukrayna müharibəsinə həkim kimi qatılan 58 yaşlı azərbaycanlı dron hücumu zamanı öldürülüb. Axşam.az xəbər verir ki, Lənkəran rayonunun Separadi kəndindən olan 1968-ci il təvəllüdlü Vahab Ramazan oğlu Quliyev Rusiya-Ukrayna müharibəsi başlayandan bir il sonra Ukrayna tərəfindən ixtisası üzrə fəaliyyə
12:37 249 Onları polislə hədələdi
Müğənni Tacir Şahmalıoğlunun xeyli çəki atması uzun müddətdir müzakirə olunur. Axşam.az xəbər verir ki, sənətçi bir müddət əvvəl əməliyyat olunduğunu və diabet problemi olduğu üçün çəki atmalı olduğunu açıqlayıb. Lakin sosial şəbəkələrdə ifaçının ağır xəstəlikdən əziyyət çəkdiyi iddia olunub. T.Şahmalıoğlunu
20:45 1 "Minlərlə ailə illərdir gözü yolda qalıb" - Zahid Orucdan Ermənistana TƏLƏB
Ermənistan itkin düşmüş azərbaycanlıların taleyi, kütləvi və fərdi dəfn yerləri barədə bütün məlumatları təqdim etməli, müvafiq arxivlərin açılmasına və şahid ifadələrinin toplanmasına şərait yaratmalıdır. Bu sözlər Azərbaycan Prezidenti İlham Əliyevin "İtkin düşmüş şəxslər probleminin həllind
16:07 360 Ət qədər faydalı, yoxsa sağlamlıq üçün riskli? - İçalatla bağlı bilinənlər
"Heyvanların daxili orqanlarının istehlakı əslində qədim mətbəx mədəniyyətimizin bir hissəsidir. Məsələn, bir tikə qaraciyər qida dəyəri baxımından zəngin məhsullardan hesab olunur. Qaraciyər yalnız dəmir mənbəyi deyil, həm də orqanizm üçün vacib olan B12 vitamini, fol turşusu və A vitamini il
16:59 203 Yumurta bişirəndə bu səhvləri etməyin
Yumurta bişirərkən edilən səhvlərin əksəriyyəti onun qida dəyərini yox, dadını, görünüşünü və konsistensiyasını korlayır. xəbər verir ki, yumurta zülal, vitaminlər və xolin kimi faydalı mikroelementlərlə zəngin qidalardan biridir. Yumurta çox bişiriləndə bütün faydasını itirir fikri isə doğru deyil
19:00 125 Bu şəxslər 2000 manat cərimə olunacaq
Heyvanlara qarşı qəddarlıq, işgəncə və zorakılıq halları cəmiyyətdə narahatlıq doğuran məsələlərdəndir. Xüsusilə heyvanların qəsdən xəsarət yetirilməsi və ya öldürülməsi ilə bağlı görüntülərin yayılması bu əməllərə görə məsuliyyətin nə dərəcədə effektiv olduğunu gündəmə gətirir. Bəs Azərbaycan qanunvericiliyind
14:39 229