Maarifləndirmə və texnologiya birləşməsə, kiberfırıldaqçılıq dayanmayacaq
"Azərbaycanda son illərdə bank hesablarından pul oğurlanması, fişinq hücumları, sosial mühəndislik üsulları və digər kiberfırıldaqçılıq formaları artmaqda davam edir. Bu hal bir çox istifadəçidə haqlı narahatlıq yaradıb".
Bunu BiG.AZ-a açıqlamasında İnformasiya Texnologiyaları üzrə Mühəndis-Tədqiqatçı, Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyasının (AKTA) eksperti Bəhruz Əliyev bildirib.
O, qeyd edib ki, mütəxəssislərin fikrincə, bəzi sahələrə xüsusi diqqət ayrılmalıdır. Banklarda təhlükəsizliklə bağlı operativ sistemlərin təkmilləşdirilməsi, "SOS" funksiyasının tətbiqi və bu mexanizm vasitəsilə bütün banklarda eyni anda şübhəli əməliyyatların izlənməsi vacibdir. Belə sistemlər kiberhücumlara qarşı daha çevik müdaxilə imkanı yarada bilər:
"Digər tərəfdən, insan faktoru da böyük risk mənbəyidir. Bir çox vətəndaş sadə kibergigiyena qaydalarına əməl etmir: zəif şifrə seçir, naməlum linklərə klikləyir, OTP kodlarını paylaşır və ya şübhəli zənglərə inanır. Buna görə rəqəmsal maarifləndirmənin genişləndirilməsi vacibdir.
Rəqəmsal savadlılıq ən kiçik yaşlardan formalaşmalıdır. Əhalinin müxtəlif sosial qrupları üçün məqsədyönlü maarifləndirmə proqramları hazırlanmalıdır. Qanunvericilik və icra mexanizmləri də daim yenilənərək, yeni kibertəhlükələrə uyğunlaşdırılmalıdır.
Tənzimləyici qurumlar banklardan iki faktorlu identifikasiya (MFA), anomal əməliyyatların avtomatik bloklanması və süni intellekt əsasında risk təhlili sistemlərinin tətbiqini tələb edə bilər.
Bununla yanaşı, televiziya, sosial media və məktəblərdə kibergigiyena təlimlərinin mütəmadi keçirilməsi geniş təsir imkanları yarada bilər.
Nəticə olaraq, "xaker və dələduz bəlası"ndan yalnız texnologiya ilə deyil, texnologiya, maarifləndirmə və hüquqi tədbirlərin birgə tətbiqi ilə qoruna bilərik".
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 669 Tarix: 07 noyabr 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşCo Baydenin son durumu AÇIQLANDI
ABŞ-nin sabiq prezidenti Co Bayden prostat xərçəngi ilə bağlı son müalicəsinin nəticələrini açıqlayıb. BİG.AZ xarici mediaya istinadla xəbər verir ki, Bayden bildirib ki, ötən ilin payızında aldığı şüa müalicəsi "nəzərdə tutulduğu kimi nəticə verib". O, həkimlərə və digər tibb işçilərinə təşəkkü
15:03 222 Jurnalistlərin IX qurultayının vaxtı dəyişdi
Azərbaycan jurnalistlərinin IX qurultayı Rəşid Behbudov adına Mahnı Teatrında təşkil olunacaq. "Qafqazinfo" xəbər verir ki, bu barədə Jurnalistlərin IX qurultayına hazırlıq üzrə Təşkilat Komitəsi məlumat yayıb. Qurultaya hazırlıq üzrə Təşkilat Komitəsi, eyni zamanda, qurultayın keçirilmə tarixini
14:12 158 Bakıda ağır qəza - 4 ölü - Yenilənib
Bu gün paytaxtın Qaradağ rayonunda ağır yol qəzası baş verib. "Qafqazinfo" xəbər verir ki, saat 14:20 radələrində Bakı-Qazax avtomobil yolunun 21-ci kilometrliyində "Mercedes Atego" markalı, 88-BG-741 dövlət qeydiyyat nişanlı yük avtomobili sürücünün idarəetməni itirməsi nəticəsind
16:23 230 "Nənələr"in üzvünün oğlu Ukrayna müharibəsində öldürüldü
Rusiya-Ukrayna müharibəsinə həkim kimi qatılan 58 yaşlı azərbaycanlı dron hücumu zamanı öldürülüb. Axşam.az xəbər verir ki, Lənkəran rayonunun Separadi kəndindən olan 1968-ci il təvəllüdlü Vahab Ramazan oğlu Quliyev Rusiya-Ukrayna müharibəsi başlayandan bir il sonra Ukrayna tərəfindən ixtisası üzrə fəaliyyə
12:37 249 Onları polislə hədələdi
Müğənni Tacir Şahmalıoğlunun xeyli çəki atması uzun müddətdir müzakirə olunur. Axşam.az xəbər verir ki, sənətçi bir müddət əvvəl əməliyyat olunduğunu və diabet problemi olduğu üçün çəki atmalı olduğunu açıqlayıb. Lakin sosial şəbəkələrdə ifaçının ağır xəstəlikdən əziyyət çəkdiyi iddia olunub. T.Şahmalıoğlunu
20:45 1 "Minlərlə ailə illərdir gözü yolda qalıb" - Zahid Orucdan Ermənistana TƏLƏB
Ermənistan itkin düşmüş azərbaycanlıların taleyi, kütləvi və fərdi dəfn yerləri barədə bütün məlumatları təqdim etməli, müvafiq arxivlərin açılmasına və şahid ifadələrinin toplanmasına şərait yaratmalıdır. Bu sözlər Azərbaycan Prezidenti İlham Əliyevin "İtkin düşmüş şəxslər probleminin həllind
16:07 360 Ət qədər faydalı, yoxsa sağlamlıq üçün riskli? - İçalatla bağlı bilinənlər
"Heyvanların daxili orqanlarının istehlakı əslində qədim mətbəx mədəniyyətimizin bir hissəsidir. Məsələn, bir tikə qaraciyər qida dəyəri baxımından zəngin məhsullardan hesab olunur. Qaraciyər yalnız dəmir mənbəyi deyil, həm də orqanizm üçün vacib olan B12 vitamini, fol turşusu və A vitamini il
16:59 203 Yumurta bişirəndə bu səhvləri etməyin
Yumurta bişirərkən edilən səhvlərin əksəriyyəti onun qida dəyərini yox, dadını, görünüşünü və konsistensiyasını korlayır. xəbər verir ki, yumurta zülal, vitaminlər və xolin kimi faydalı mikroelementlərlə zəngin qidalardan biridir. Yumurta çox bişiriləndə bütün faydasını itirir fikri isə doğru deyil
19:00 125 Bu şəxslər 2000 manat cərimə olunacaq
Heyvanlara qarşı qəddarlıq, işgəncə və zorakılıq halları cəmiyyətdə narahatlıq doğuran məsələlərdəndir. Xüsusilə heyvanların qəsdən xəsarət yetirilməsi və ya öldürülməsi ilə bağlı görüntülərin yayılması bu əməllərə görə məsuliyyətin nə dərəcədə effektiv olduğunu gündəmə gətirir. Bəs Azərbaycan qanunvericiliyind
14:39 229